Binəqədi Gənclər Evi / Binagadi Youth House

Binəqədi Gənclər Evi / Binagadi Youth House Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
🏢 Binəqədi Gənclər Evi
📍 Ünvan:Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.

Sani Axundov küç. 13/37, AZ1000
☎️ Tel: (012) 561 92 02
📱 Mob: (055) 361 92 02

✨ Gəncliyi birlikdə yaşadaq!

📌 4 sentyabr tarixində “İdeyadan Reallığa” təşəbbüsü çərçivəsində həyata keçirilən ilk ideyamız — Röya Səfərzadənin müəl...
05/09/2026

📌 4 sentyabr tarixində “İdeyadan Reallığa” təşəbbüsü çərçivəsində həyata keçirilən ilk ideyamız — Röya Səfərzadənin müəllifi olduğu “Layihə İdarəçiliyi: İdeyadan uğurlu layihəyə” təlim proqramının ilk təlimləri keçirildi.

Təlimlər çərçivəsində Raziyə Dadaşzadə tərəfindən layihələrin hazırlanması və yazılması mövzusunda sessiya keçirildi. İştirakçılar ideyanın layihəyə çevrilməsi, layihənin məqsəd və vəzifələrinin düzgün müəyyənləşdirilməsi, fəaliyyətlərin planlaşdırılması və layihənin strukturlaşdırılması ilə bağlı əsas məqamları öyrəndilər.

Daha sonra Ləman Qurbanova tərəfindən PR və kommunikasiya mövzusunda təlim keçirildi. Sessiyada effektiv kommunikasiya, düzgün mesajın formalaşdırılması, auditoriya ilə ünsiyyət, PR-in layihələrin tanıdılmasındakı rolu və kommunikasiya zamanı diqqət edilməli məqamlar haqqında danışıldı.

Bu təlimlər gənclərin öz ideyalarını daha düzgün formalaşdırmasına, təqdim etməsinə və reallaşdırmasına dəstək olmaq məqsədi daşıyır.

Bu, “İdeyadan Reallığa” yolunda sadəcə ilk addımdır. 🚀

🗣️ İngilis dili danışıq dərsləriİngilis dilində danışıq bacarıqlarınızı inkişaf etdirmək istəyirsiniz? O zaman ödənişsiz...
05/09/2026

🗣️ İngilis dili danışıq dərsləri

İngilis dilində danışıq bacarıqlarınızı inkişaf etdirmək istəyirsiniz? O zaman ödənişsiz danışıq dərslərimizə qoşula bilərsiniz!

👨‍🏫 Təlimçi: Səbuhi Tağıyev

📌 B1–B2 səviyyəsi
🗓️ 2-ci gün | ⏰ 15:00

📌 A1–A2 səviyyəsi
🗓️ 6-cı gün | ⏰ 12:00

Dərslər zamanı danışıq bacarıqlarınızı inkişaf etdirəcək, yeni söz və ifadələr öyrənəcək və ingilis dilində daha rahat ünsiyyət qurmaq imkanı əldə edəcəksiniz.

📌Danışıq dərslərimizə qoşulmaq üçün “+” qoymağınız kifayətdir.

03/09/2026

Özünü daha yaxşı ifadə etmək, auditoriya qarşısında inamla çıxış etmək və ünsiyyət bacarıqlarını inkişaf etdirmək istəyirsən?

“GÜZGÜ: Etika, empatiya və təqdimat sənəti” layihəsi 14–29 yaş aralığındakı gənclər üçün nəzərdə tutulmuş 1 aylıq, 8 sessiyadan ibarət təlim proqramıdır.

Təlim müddətində:
🗣️ Nitq və təqdimat bacarıqları
🧍 Bədən dili
🧠 Emosional zəka
🤝 Etik ünsiyyət
üzrə praktiki bacarıqlarını inkişaf etdirə biləcəksən.

📍 Məkan: Binəqədi Gənclər Evi
🗓️ Tarix: 7 sentyabr – 2 oktyabr 2026
📅 Günlər: Həftənin II və IV günləri
⏰ Saat:10:00–12:00 (10:45–11:15 fasilə ilə)
⏳ Son müraciət tarixi: 5 sentyabr

⚠️ Qeyd: Təlimdə iştirakçı sayı keyfiyyətli və fərdi psixoloji geribildirimin təmin olunması məqsədilə 20–25 nəfərlə məhdudlaşdırılacaq.

Özünü necə göstərdiyin deyil, özünü necə ifadə etdiyin önəmlidir.
Öz səsini tapmağa hazırsansa, “GÜZGÜ” yaz, iştirak üçün link göndərək! ✨

⚽  Binəqədi Gənclər Evinin təşkilatçılığı, Sumqayıt Gənclər Evinin əməkdaşlığı ilə gənclər arasında futbol turniri keçir...
02/09/2026

⚽ Binəqədi Gənclər Evinin təşkilatçılığı, Sumqayıt Gənclər Evinin əməkdaşlığı ilə gənclər arasında futbol turniri keçiriləcək!

Futbolun həyəcanını meydanda yaşamağa, komanda ruhunu və rəqabət hissini birlikdə paylaşmağa hazır olun! 🔥

📅 6 sentyabr
⏰ 15:00–16:00
📍 Binəqədi Gənclər Evi

🏆 Turnirdə gənclər öz bacarıqlarını nümayiş etdirmək, yeni dostluqlar qurmaq və sağlam rəqabət mühitində mübarizə aparmaq imkanı əldə edəcəklər.

📣 Azarkeş kimi futbolu izləmək istəyirsinizsə, aşağıdakı nömrəyə yazaraq iştirakınızı bildirə bilərsiniz:

📞 055-361-92-02

Sizi həm meydanda, həm də tribunada gözləyirik! ⚽🙌

⚽🏆

25/08/2026

“İdeyan var, amma onu layihəyə çevirməyi bilmirsən?” 💡

“Layihə idarəçiliyi: İdeyadan uğurlu layihəyə” adlı 2 günlük təlimdə layihə ideyasının formalaşdırılması, layihənin düzgün yazılması, fəaliyyət planının hazırlanması, büdcənin qurulması, PR planının hazırlanması və risklərin idarə olunması ilə bağlı praktiki biliklər əldə edəcəksən. 🚀

Təlim zamanı ideyanı necə düzgün layihəyə çevirməyi, layihə sənədini necə hazırlamağı və layihənin uğurlu şəkildə həyata keçirilməsi üçün hansı addımları atmaq lazım olduğunu öyrənəcəksən.

📅 4–5 sentyabr
📍 Binəqədi Gənclər Evi
⏳ Qeydiyyat üçün son tarix: 28 avqust

Layihə ideyanı reallaşdırmağa hazırsansa, qeydiyyatdan keç və təlimdə yerini tut! ✨

🔗 Qeydiyyat linki üçün “ideyadan reallığa” yazmağınız kifayətdir.

MASKOTUMUZU SİZ YARADIN! 🧩✨Binəqədi Gənclər Evi özünəməxsus maskotunu yaradır və onun dizaynını gənclərimizə həvalə edir...
25/08/2026

MASKOTUMUZU SİZ YARADIN! 🧩✨

Binəqədi Gənclər Evi özünəməxsus maskotunu yaradır və onun dizaynını gənclərimizə həvalə edirik!

🎨 Nə hazırlamalısınız?
Binəqədi Gənclər Evinə məxsus, daha əvvəl istifadə olunmamış, orijinal maskot obrazı yaradın. Bu, insan obrazı, heyvan, fantastik personaj və ya tamamilə özünüzün yaratdığı fərqli bir illüstrativ obraz ola bilər.

🏆 2 maskot dizaynı seçiləcək.
Seçim mərhələsində qalibləri yenə də sizin səsverməniz müəyyən edəcək.

Seçilən dizaynlar bizim tərəfimizdən fiziki maskota çevriləcək, hazırlanacaq və Binəqədi Gənclər Evinin tədbir və fəaliyyətlərində istifadə olunacaq.

📌 İşinizi necə təqdim etməlisiniz?

• Kağız üzərində hazırladığınız ilkin eskiz
• Maskotun AI vasitəsilə hazırlanmış 3D vizual versiyası
• İşin portfolio formasında təqdimatı
• Maskotunuzun ideyası və özündə nələri, hansı dəyərləri və elementləri birləşdirdiyinə dair qısa izah

📅 Son müraciət tarixi: 30 sentyabr

💙 Sənin ideyan Binəqədi Gənclər Evinin yeni simasına çevrilə bilər!

İştirak üçün şərhdə “Maskotumuzu yarat” yazmağınız kifayətdir.

“İdeyanı Reallaşdır” layihəsi çərçivəsində gənclərimizin hazırladığı və həyata keçiriləcək layihələri sizə təqdim edirik...
21/08/2026

“İdeyanı Reallaşdır” layihəsi çərçivəsində gənclərimizin hazırladığı və həyata keçiriləcək layihələri sizə təqdim edirik. ✨

Sentyabr–dekabr ayları ərzində müxtəlif mövzu və formatlarda həyata keçiriləcək layihələr gənclərin ideyalarını reallaşdırmasına, yeni bacarıqlar qazanmasına və yaradıcılıqlarını ortaya qoymasına imkan yaradacaq.

📌 Hər bir layihə üzrə qeydiyyat əvvəlcədən elan olunacaq və ətraflı məlumat paylaşılacaq.

Gənclərimizin ideyaları artıq reallığa çevrilir!

İdeyadan reallığa! 💙Binəqədi Gənclər Evində gənclərin layihə ideyalarının müzakirəsinə həsr olunmuş “İdeyadan reallığa” ...
20/08/2026

İdeyadan reallığa! 💙

Binəqədi Gənclər Evində gənclərin layihə ideyalarının müzakirəsinə həsr olunmuş “İdeyadan reallığa” görüşü keçirilib.

Görüş zamanı gənclərin təqdim etdiyi layihə ideyaları dinlənilib, onların həyata keçirilməsi imkanları və qarşıdakı mərhələlər müzakirə olunub. Sentyabr–dekabr ayları ərzində layihələrin hansı ardıcıllıqla həyata keçiriləcəyi müəyyənləşdirilərək fəaliyyət planına əlavə olundu. 🗓️

Həmçinin hər bir layihə üzrə Binəqədi Gənclər Evinin əməkdaşları arasından kuratorlar təyin olunub. Kuratorlar layihələrin hazırlıq və icra prosesində gənclərlə birlikdə çalışacaqlar.

Gənclərin ideyalarının dəstəklənməsi və onların real layihələrə çevrilməsi istiqamətində fəaliyyətimiz davam edir. 💙

Address

Suleyman Sani Axundov 13/37
Binagady
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Binəqədi Gənclər Evi / Binagadi Youth House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Binəqədi Gənclər Evi / Binagadi Youth House:

Shortcuts

Share