Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Boradigah
  • Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, Public School, C. Cabbarlı küçəsi, Boradigah.

24/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

20/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

Boradigah qəsəbə orta məktəbinin 1969-cu il buraxılışı.Allah dünyasını dəyişən müəllim və məzunlara rəhmət eləsin.
15/08/2026

Boradigah qəsəbə orta məktəbinin 1969-cu il buraxılışı.
Allah dünyasını dəyişən müəllim və məzunlara rəhmət eləsin.

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini...
01/08/2026

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.

📰 22 iyul Milli Mətbuat Günüdür.“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür...
22/07/2026

📰 22 iyul Milli Mətbuat Günüdür.

“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

Bu əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

Valideynlərin nəzərinə
08/07/2026

Valideynlərin nəzərinə

Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanuna əsasən valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil mü...
07/07/2026

Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanuna əsasən valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək hüququ var.
20 il bundan öncə məktəbimizi bitirmiş bir qrup məzun və Rusiyada yaşayan həmyerlilərimiz könüllü olaraq məktəbin infrastrukturunda cari təmir işləri apardılar. Belə ki, məktəbin sanitar qovşağı yeniləndi.
Su çəni yenisi ilə əvəz olunmuşdur. Məktəbə printer, proyektor və səsucaldıcı hədiyyə edilmişdir. Bununla da şagird və işçi kollektivinin məktəb-iş şəraiti daha da yaxşılaşdırılmışdır. Məktəb kollektivi adından əziyyəti olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Məktəb-məzun əlaqələrinin səmərəli qurulması bizi fərəhləndirir.

İyulun 2-si – Azərbaycan Polisi Günüdür.İctimai asayişin qorunması, eyni zamanda təhsil müəssisələrində təhlükəsizliyin ...
02/07/2026

İyulun 2-si – Azərbaycan Polisi Günüdür.

İctimai asayişin qorunması, eyni zamanda təhsil müəssisələrində təhlükəsizliyin təmin olunmasına xidmət edən bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 🇦🇿Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə x...
26/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 🇦🇿

Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

🌟 Qürurverici uğur! 🌟Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test i...
25/06/2026

🌟 Qürurverici uğur! 🌟

Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində məktəbimizin texnologiya müəllimi Şükürzadə Nərgiz yüksək nəticə göstərərək 54 bal toplamışdır.

👏 Nərgiz müəllimənin uğurları daimi olsun!







Address

C. Cabbarlı Küçəsi
Boradigah

Alerts

Be the first to know and let us send you an email when Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category