14/08/2026
🔴 Məktəbimizin məzunu Mətin Polis Akademiyasının tələbəsi adını qazandı!
🌟 Mətin məktəbimizin ötənilki məzunlarındandır. O, ötən il tələbə adını qazansa da, ən böyük arzusu olan Polis Akademiyasına qəbul ola bilməmişdi. Lakin məqsədindən və arzusundan vaz keçməyən Mətin əzmi, zəhməti və inadkar mübarizəsi sayəsində nəhayət, arzusuna qovuşdu.
👏 Bu böyük uğur münasibətilə Mətini səmimi-qəlbdən təbrik edir, ona təhsilində uğurlar, gələcək peşə fəaliyyətində şərəf və məsuliyyət arzulayırıq.
🇦🇿 İnanırıq ki, Mətin vətəninə və dövlətinə layiqincə xidmət edəcək, seçdiyi şərəfli peşənin məsuliyyətini daim uca tutacaq və məktəbimizin adını gələcək uğurları ilə daha da yüksəldəcək.
Uğurların bol olsun, Mətin! Arzularının ardınca inamla get! 🇦🇿🌟