Culfa Rayon İcra Hakimiyyəti

Culfa Rayon İcra Hakimiyyəti Rayonda 23 ərazi vahidini özündə birləşdirən 19 inzibati ərazi dairəsi üzrə nümayəndəlik, 1 şəhər, 22 kənd vardır.

08 avqust 1930-cu ildə yaradılan Culfa rayonu Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati-ərazi vahididir. İnzibati mərkəzi Culfa şəhəridir. Rayon respublika paytaxtından cənub-qərbdə, muxtar respublika paytaxtından şərqdə yerləşir. Şimal-şərqdə Ermənistan, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. Culfa rayonunda 19 bələdiyyə fəaliyyət göstərir ki, onlarda

n 1-i şəhər, 18-i kənd bələdiyyələridir. Rayon əhalisinin (01.08.2022) sayı 47 min 634 nəfər olmuşdur.

Əlincə kəndində maarifləndirici tədbir keçirilib“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Culfa Rayon İcra Hakimiyyətini...
04/09/2026

Əlincə kəndində maarifləndirici tədbir keçirilib

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əlincə kəndində "Tarix və mədəniyyət abidələrinin bərpası, qorunması və ətrafının abadlaşdırılması" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə tarixi irsin qorunmasının əhəmiyyəti barədə iştirakçılara məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Əbrəqunus kəndində fermer və təsərrüfatçılarla maarifləndirici tədbir keçirilibCulfa Rayon İcra Hakimiyyəti və Naxçıvan ...
03/09/2026

Əbrəqunus kəndində fermer və təsərrüfatçılarla maarifləndirici tədbir keçirilib
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Əbrəqunus kəndində təsərrüfatçılar və fermerlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının torpağa və ətraf mühitə vurduğu zərərlər, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, suvarma suyunun düzgün idarə olunması, müasir suvarma sistemləri ilə ənənəvi suvarma üsulları arasındakı fərqlər, həmçinin taxıl biçinindən sonra yay şumunun aparılması və torpağın təkrar və payızlıq əkinlər üçün hazırlanması məsələləri barədə ətraflı məlumat verilib.
Çıxışlarda əkin sahələrinin yandırılmasının qarşısının alınmasının, su ehtiyatlarından səmərəli istifadənin və aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin məhsuldarlığın artırılması baxımından əhəmiyyəti vurğulanıb.
Tədbirdə Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin və “Naxçıvan Aqroservis” ASC-nin əməkdaşları da iştirak edib, fermer və təsərrüfatçıları maraqlandıran suallar cavablandırılıb.

3 Sentyabr – müstəqil Azərbaycanın təməlinin qoyulduğu tarixi günAzad və müstəqil Azərbaycanın dövlətçilik tarixində elə...
02/09/2026

3 Sentyabr – müstəqil Azərbaycanın təməlinin qoyulduğu tarixi gün

Azad və müstəqil Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. 3 sentyabr 1991-ci il də məhz belə tarixi günlərdəndir. Həmin gün Naxçıvanda qəbul edilən mühüm qərar və atılan qətiyyətli addımlar sonrakı illərdə Azərbaycanın dövlət müstəqilliyinə gedən yolun əsas istiqamətlərini müəyyənləşdirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi ölkəmizin müasir tarixində xüsusi yer tutur. Ulu Öndər milli dövlətçilik ideyasını real siyasi mübarizənin əsas qayəsinə çevirərək xalqın müstəqillik arzularının gerçəkləşməsi üçün mühüm addımlar atdı. Onun zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi və siyasi iradəsi ən mürəkkəb şəraitdə belə Azərbaycanın milli maraqlarının müdafiəsini təmin etdi.
1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanın siyasi həyatında yeni mərhələ başlandı. Ulu Öndər ilk iş olaraq sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi. Bu qərar muxtar respublikanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm başlanğıc oldu.
Sonrakı mərhələdə Naxçıvanda sovet qoşunlarına məxsus hərbi texnika və silahların saxlanılması təmin edildi. Bütün bunlar o dövrün mürəkkəb ictimai-siyasi və hərbi şəraitində Naxçıvanın müdafiəsinin təşkili baxımından böyük əhəmiyyət daşıyırdı.
Ümumilli Liderin Naxçıvan rəhbərliyi dövründə qəbul edilən qərarlar təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın gələcək dövlətçilik kursunun formalaşmasına ciddi təsir göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin qərarların tarixi əhəmiyyətini dəfələrlə vurğulayıb. Məhz həmin dövrdə Naxçıvanın adından “sovet sosialist” ifadələri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi və bu bayrağın Azərbaycanın dövlət rəmzi kimi təsdiqlənməsi üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı.
Naxçıvanın atdığı bu addımlar Azərbaycanın dövlət müstəqilliyinə aparan yolun mühüm siyasi göstəricilərindən birinə çevrildi. 1991-ci ildə Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referendumda Naxçıvanın iştirak etməməsi də muxtar respublikanın müstəqillik istiqamətində nümayiş etdirdiyi qətiyyətin daha bir nümunəsi idi.
Heydər Əliyevin Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi dövr həm də milli dövlətçilik atributlarının bərpası və milli ideologiyanın möhkəmləndirilməsi ilə yadda qaldı. 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiqləndi. Ardınca Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi qəbul edilməsi barədə vəsatət qaldırıldı. 1991-ci il fevralın 5-də bu məsələ ilə bağlı qanun qəbul edilərək üçrəngli bayraq yenidən Azərbaycanın Dövlət bayrağı elan edildi.
Beləliklə, üçrəngli bayraq əvvəlcə Naxçıvanda – 1990-cı il noyabrın 17-də, daha sonra isə bütün Azərbaycanda – 1991-ci il fevralın 5-də dövlətçilik rəmzinə çevrildi.
Həmin illərdə Naxçıvanda Kommunist Partiyasının fəaliyyətinin dayandırılması və sovet ordusu hissələrinin muxtar respublika ərazisindən çıxarılması da milli dövlətçilik baxımından mühüm hadisələr sırasında idi.
Ulu Öndərin Naxçıvan fəaliyyətinin mühüm istiqamətlərindən biri də blokada şəraitində yaşayan muxtar respublikanın xarici əlaqələrinin genişləndirilməsi və əhalinin sosial-iqtisadi çətinliklərinin aradan qaldırılması olmuşdur. Türkiyə və İranla əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımlar Naxçıvanın ağır blokada şəraitində mühüm dayaq qazandırdı. 1992-ci ildə Türkiyə ilə əlaqələrin daha da inkişafına xidmət edən “Ümid” körpüsünün istifadəyə verilməsi bu siyasətin mühüm nəticələrindən biri oldu.
Naxçıvanın müdafiəsi, milli dövlətçilik atributlarının bərpası, beynəlxalq və regional əlaqələrin genişləndirilməsi ilə yanaşı, siyasi təşkilatlanma da Ulu Öndərin fəaliyyətinin mühüm istiqamətlərindən idi. Məhz Naxçıvan dövründə Yeni Azərbaycan Partiyasının yaradılmasının əsası qoyuldu və sonrakı illərdə bu siyasi təşkilat ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvələrdən birinə çevrildi.
Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri kimi fəaliyyətində milli həmrəylik ideyası da xüsusi yer tuturdu. Dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi məqsədilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 31 Dekabrın Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Bu qərar sonrakı dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin mühüm rəmzlərindən birinə çevrildi.
1993-cü ilin yayında isə Azərbaycan ağır sınaq qarşısında qaldı. Ölkədə dərin siyasi böhran, silahlı qarşıdurma və hakimiyyət böhranı hökm sürürdü. Dövlət müstəqilliyinin yenidən itirilməsi və ölkənin parçalanması təhlükəsi real xarakter almışdı. Belə bir mürəkkəb məqamda xalq öz ümidini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə bağladı.
Xalqın çağırışına cavab verən Ulu Öndər 1993-cü il iyunun 15-də Bakıya qayıdaraq siyasi hakimiyyətə yenidən gəldi. Onun rəhbərliyi ilə Azərbaycan qısa müddətdə xaos və anarxiya təhlükəsindən xilas edildi, dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu tarixi hadisə Azərbaycanın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu gün Azərbaycanın əldə etdiyi böyük siyasi, iqtisadi və hərbi uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Bu siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətə çevirdi.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə yeni və şanlı səhifə yazdı. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhər və kəndlər yenidən qurulur, Böyük Qayıdış prosesi davam etdirilir.
Bu baxımdan 3 sentyabr 1991-ci il yalnız Naxçıvanın siyasi tarixində mühüm bir tarix deyil. Bu gün müstəqil Azərbaycanın dövlətçilik yolunda atılmış qətiyyətli addımların başlanğıc nöqtələrindən biri kimi tariximizdə özünəməxsus yer tutur.
Məhz Naxçıvanda nümayiş etdirilən siyasi iradə, milli qətiyyət və dövlətçilik düşüncəsi sonrakı illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə mühüm zəmin yaratdı. Bu gün dünya birliyində öz sözünü deyən, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü Azərbaycan dövlətinin uğurlarına nəzər salarkən, həmin dövlətçilik yolunun mühüm mərhələlərindən birinin 3 sentyabr 1991-ci ildə Naxçıvanda başlandığını xüsusi qeyd etmək lazımdır.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Ərəzin kəndində sakinlərin iştirakı ilə səyyar qəbul keçirib.Azər...
02/09/2026

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Ərəzin kəndində sakinlərin iştirakı ilə səyyar qəbul keçirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə diqqət və həssaslıqla yanaşılması, onların problemlərinin yerində öyrənilməsi və həlli ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq təşkil olunan qəbulda rayon icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və bələdiyyə sədri iştirak ediblər.

Görüşdə Ərəzin kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər və təkliflər müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, qanunvericiliyə uyğun olaraq bəzi müraciətlər üzrə vətəndaşlara ətraflı izahat təqdim edilib.

Şəhid Mahmud Zeynalovun məzarı ziyarət edilib və ailəsinə baş çəkilib.Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahid...
02/09/2026

Şəhid Mahmud Zeynalovun məzarı ziyarət edilib və ailəsinə baş çəkilib.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə 1992-ci il sentyabrın 19-da Mil dağı istiqamətində gedən döyüşlərdə şəhid olan Zeynalov Mahmud Zeynalabdin oğlunun məzarını ziyarət edib.
Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Naim Cahidzadə şəhidin ailəsinə baş çəkərək ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.
Görüş zamanı Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, onların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

02/09/2026

Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri (31.08-01.09.2026)

01/09/2026
Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilibSentyabrın 1-də Heydər Əliyev Sarayınd...
01/09/2026

Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib
Sentyabrın 1-də Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini 2025-2026-cı tədris ilində bitirən və ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan təhsilinin 2025-2026-cı tədris ilində əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək yüksək nəticə göstərən məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib. Bildirilib ki, məzunların yüksək nəticələri onların bilik, əzmkarlıq və məqsədyönlü fəaliyyətinin, eyni zamanda valideyn və müəllimlərin fədakar əməyinin nəticəsidir. Bu nailiyyətlər yalnız məzunların şəxsi uğuru deyil, həm də Naxçıvan təhsilinin inkişaf səviyyəsini və regionun yüksək intellektual potensialını nümayiş etdirir.
Qeyd olunub ki, Azərbaycanda təhsilin inkişafı və milli kadr potensialının formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən etibarən gənclərin müasir biliklərə yiyələnməsi, yüksək ixtisaslı milli kadrların hazırlanması və azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vurğulanıb ki, bu strateji siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Ölkədə təhsil infrastrukturunun yenilənməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin inkişafına və dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərilən dövlət dəstəyi insan kapitalının inkişafına verilən yüksək dəyərin ifadəsidir.
Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin Naxçıvanın təhsil və elm mühitinin inkişafına göstərdiyi diqqətdən də danışıb. Qeyd edib ki, dövlət başçısının 11 avqust 2026-cı ildə Naxçıvana səfərindən bir gün sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisinin tapşırılması regionda gənclərin təhsil imkanlarının genişləndirilməsi və müasir təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və müasir idarəetmə mexanizmlərinin tətbiqinin ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb. Naxçıvanın da bu inkişaf prosesinin mühüm tərkib hissəsi olduğu vurğulanaraq regionda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, müasir infrastrukturun yaradılması və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin geniş perspektivlər açdığı bildirilib.
Ceyhun Cəlilov gənclərə müraciət edərək ali məktəbə qəbulun həyatlarının yeni və daha məsuliyyətli mərhələsinin başlanğıcı olduğunu qeyd edib. Gənclər seçdikləri ixtisas üzrə dərin biliklərə yiyələnməyə, daim öz üzərlərində çalışmağa və dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə etməyə çağırılıblar. Bildirilib ki, gənclərin əldə etdikləri bilik və bacarıqları gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə mühüm töhfə verəcək.
Daha sonra I ixtisas qrupu üzrə muxtar respublika birincisi Gülay Aslanovanın valideyni Nailə Aslanova çıxış edərək övladının yüksək nəticə göstərərək tələbə adını qazanmasından duyduğu qürur və sevinc hisslərini bölüşüb. O, gənclərin uğurlarında valideyn və müəllimlərin əməyinin mühüm rol oynadığını vurğulayıb.
2025-2026-cı tədris ilində qəbul imtahanlarında muxtar respublika üzrə ən yüksək nəticə – 690,6 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olan Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev məzunlar adından çıxış edib.
Sonra qəbul imtahanlarında 650-700 bal aralığında nəticə göstərmiş məzunların mükafatlandırılması mərasimi keçirilib. Mükafatlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən təqdim olunub.
Qeyd edək ki, qəbul imtahanlarında 500-650 bal intervalında nəticə göstərən məzunlara da mükafatlar təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və universitetin nəzdində Naxçıvan Musiqi Kollecinin tələbələri və solistlərin iştirakı ilə konsert proqramı təqdim olunub.
Sonda yüksək nəticə göstərmiş məzunlarla xatirə fotosu çəkdirilib.

Address

Culfa şəhəri, Təbriz Küçəsi 12
Culfa
AZ7200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365460400

Alerts

Be the first to know and let us send you an email when Culfa Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Culfa Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share