26/08/2026
“İdman edək, əylənək!” – uşaqlar üçün əyləncəli idman tədbiri keçirilib
25 avqust 2026-cı il tarixində Daşkəsən rayon Mədəniyyət Mərkəzinin qarşısında uşaqların asudə vaxtının səmərəli təşkili və onların idmana marağının artırılması məqsədilə “İdman edək, əylənək!” adlı əyləncəli idman tədbiri keçirilib.
Tədbir zamanı uşaqlar müxtəlif əyləncəli və hərəkətli idman oyunlarında iştirak edib, komanda şəklində mübarizə apararaq həm fiziki fəallıqlarını artırıb, həm də asudə vaxtlarını maraqlı və yaddaqalan şəkildə keçiriblər.
Tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, dostluq və komanda ruhunun gücləndirilməsi olub.