Taleh Mərdanov

Taleh Mərdanov Mədəniyyət Nazirliyi

Qarabaqqal kənd İƏD-si, Qarabaqqal kənd Bələdiyyəsi, Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd Kitabxana filialı...
15/12/2025

Qarabaqqal kənd İƏD-si, Qarabaqqal kənd Bələdiyyəsi, Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd Kitabxana filialının əməkdaşları ilə birgə, Şəhid Qasımov Qismət Yolçu oğlunun anası Zümrüd ananı ad günü münasibətilə təbrik etdik.Allah şəhidlərimizə rəhmət eləsin.

Qarabaqqal kənd Mədəniyyət evində Ümummilli lider Heydər Əliyevin ad gününə həsr edilmiş "Günəşə qovuşmaq istəyirəm mən"...
08/05/2025

Qarabaqqal kənd Mədəniyyət evində Ümummilli lider Heydər Əliyevin ad gününə həsr edilmiş "Günəşə qovuşmaq istəyirəm mən"adlı tədbir keçirilib.

15.03.2024-cü ildə Qarabaqqal kənd Mədəniyyət Evi, Qarabaqqal kənd tam orta məktəbi və Qarabaqqal kənd kitabxana filialı...
05/04/2024

15.03.2024-cü ildə Qarabaqqal kənd Mədəniyyət Evi, Qarabaqqal kənd tam orta məktəbi və Qarabaqqal kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.

"Azərbaycanın sönməz günəşi" adlı tədbir keçirildi.12.12.2023-cü il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsini...
12/12/2023

"Azərbaycanın sönməz günəşi" adlı tədbir keçirildi.
12.12.2023-cü il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Azərbaycanın sönməz günəşi" adlı tədbir keçirildi.Tədbirdə ilk öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şahidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra isə Qarabaqqal kənd Mədəniyyət Evinin direktoru Sehran Qədirzadə və Qarabaqqal kənd kitabxana filialının müdiri Sevdayə Mehdiyeva Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında geniş məlumatlar verib.Sonda Qarabaqqal kənd tam orta məktəbinin şagirdləri Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

07.11.2023-cü ildə Qarabaqqal kənd tam orta məktəbində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət...
07/11/2023

07.11.2023-cü ildə Qarabaqqal kənd tam orta məktəbində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qarabaqqal kənd Mədəniyyət Evi , Qarabaqqal kənd kitabxana filialı və Qarabaqqal kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Zəfərin Mübarək Azərbaycan" adlı tədbir keçirildi.Bu gözəl günü bizə canı və qanı bahasına bizə yaşadan şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi.Şəhidlərimizə Allahdan rəhmət qazilərimizə can sağlığı diləyirik. Yaşasın Ali Baş Komandan!Esq olsun Müzəffər Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Qarabaqqal kənd Mədəniyyət evində Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd kitabxanası birgə təşkilatçılığı ilə...
15/09/2023

Qarabaqqal kənd Mədəniyyət evində Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd kitabxanası birgə təşkilatçılığı ilə 15 Sentyabr "Musiqi Ruhun Qidasıdır"adlı tədbir keçirildi.

Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd kitabxanasının birgə təşkilatçılığı ilə 17.06.2023-cü ildə "Tibb İşçil...
17/06/2023

Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd kitabxanasının birgə təşkilatçılığı ilə 17.06.2023-cü ildə "Tibb İşçilərinin Peşə Bayramı" münasibətilə Qarabaqqal kənd Həkim məntəqəsində sağlamlığımızın daima qayğısında duran həkim və tibb bacıları ilə görüş keçirildi.

Qarabaqqal kənd Mədəniyyət evində Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd kitabxanasının birgə təşkilatçılığı ...
15/05/2023

Qarabaqqal kənd Mədəniyyət evində Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd kitabxanasının birgə təşkilatçılığı ilə Ulu Öndərimiz HEYDƏR ƏLİYEV in 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin müdiri Rafiq İsgəndərov, Mirzə Ələkbər Sabir adına Göyçay rayon MKS-nin müdiri Zəfər Hacıyev, Rəsul Rza adına Göyçay rayon Mədəniyyət Mərkəzinin müdiri Azad Xudaverdiyev, Göyçay rayon Qarabaqqal İƏD-si nümayəndəsi Kamil Qasımov, Qarabaqqal kənd Mədəniyyət evinin işçiləri, Qarabaqqal kənd kitabxanasının işçiləri, Qarabaqqal kənd orta məktəbinin işçiləri, Qarabaqqal Bələdiyyəsinin üzvləri, Qarabaqqal kənd uşaq bağçası əməkdaşları, Çayarxı kənd uşaq bağçasının işçiləri,Hacalıkənd kəndi məktəbinin işçiləri və kənd sakinləri iştirak etdilər.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında anadan olub.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olub,lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifəsində işləyib.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabr 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyini irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend kilinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Heydər Əliyev beş dəfə keçmiş SSRİ- min Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çox saylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına , nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

31/03/2023

"31 Mart Azərbaycanlıların Soyqırım Günü" adlı tədbir keçirildi.Soyqırım 1918-ci ilin 30mart və 3aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində,eləcə də Şamaxı,Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,Salyan,Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.Bu soyqırımın nəticəsində 12minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 Azərbaycan kəndini məhv etmiş, 3257kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər.Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir.Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

24/02/2023

Göyçay rayon Qarabaqqal kənd Mədəniyyət evində Qarabaqqal kənd Mədəniyyət evi və Qarabaqqal kənd kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirildi.Tədbirdə Göyçay rayon Qarabaqqal İƏD-si nümayəndəsi Kamil Qasımov, Qarabaqqal kənd bələdiyyəsi Əli Xəlilov, Qarabaqqal kənd Mədəniyyət evinin işçiləri, Qarabaqqal kənd kitabxanasının işçiləri, Qarabaqqal kənd tam orta məktəbinin şagirdləri iştirak etdilər.

Address

Göyçay Rayon Qarabaqqal Kəndi
Göyçay
2321

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+994517470467

Alerts

Be the first to know and let us send you an email when Taleh Mərdanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Taleh Mərdanov:

Share