Göyçay Gənclər Evi

Göyçay Gənclər Evi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göyçay Gənclər Evi, Government Organization, Heydər Əliyev prosp. 237, Göyçay.

Bu gün Göyçay Gənclər evinin könüllüləri ilə birlikdə Bayraq Muzeyinə ekskursiya təşkil olundu.Ekskursiya zamanı könüllü...
03/09/2026

Bu gün Göyçay Gənclər evinin könüllüləri ilə birlikdə Bayraq Muzeyinə ekskursiya təşkil olundu.

Ekskursiya zamanı könüllülər muzeydə nümayiş etdirilən zəngin eksponatlarla yaxından tanış oldular. Müxtəlif dövrlərə aid bayraqlar, milli geyimlər, orden və medallar haqqında məlumat əldə edərək tariximizin izlərini əks etdirən nümunələri böyük maraqla izlədilər. 🇦🇿

Bu cür ekskursiyalar gənclərin tarixi və milli dəyərlərimizi daha yaxından tanımasına, onların tariximizə olan marağının artırılmasına mühüm töhfə verir.


21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı” insanların bir-birinə hörmətlə yanaşdığı, bərabərlik və əda...
03/09/2026

21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı” insanların bir-birinə hörmətlə yanaşdığı, bərabərlik və ədalətin qorunduğu cəmiyyətin əsasını təşkil edən sülh dəyərlərinin təşviqinə həsr olunub🌿

Qeyd edək ki, BMT Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qətnaməsi ilə 21 sentyabr Beynəlxalq Sülh Günü elan edilib. 28 sentyabr 2001-ci il tarixli qətnamə ilə isə 21 sentyabr tarixinin hər il qeyd olunacağı müəyyən edilib.
Sülh – həmrəyliyimiz, seçimimiz və gələcəyimizdir! 🕊️

🧠🎯 Miyonçu oyunu ilə həm düşündük, həm əyləndik!1 sentyabr 2026-cı ildə Göyçay Gənclər evində gənclərin iştirakı ilə ma...
01/09/2026

🧠🎯 Miyonçu oyunu ilə həm düşündük, həm əyləndik!

1 sentyabr 2026-cı ildə Göyçay Gənclər evində gənclərin iştirakı ilə maraqlı və dinamik Miyonçu oyunu keçirildi. 🤩

Oyun zamanı gənclərə müxtəlif intellektual suallar ünvanlandı, bilik və çevikliklərini sınamaqla yanaşı, birlikdə əyləncəli anlar yaşadılar. 🧩

31 avqust 2026-cı il tarixində Göyçay Gənclər evində gənclərin sağlam həyat tərzinin formalaşdırılması, düzgün qərarverm...
31/08/2026

31 avqust 2026-cı il tarixində Göyçay Gənclər evində gənclərin sağlam həyat tərzinin formalaşdırılması, düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti mövzusunda “Sağlam Gələcək – Düzgün Seçimlər” adlı psixoloji təlim keçirilib.🌿🧠

Təlim zamanı sağlam gələcəyin formalaşmasında şəxsi seçimlərin rolu, davranışların nəticələri, riskli vəziyyətlərdən qorunma və özünə faydalı seçimlər etməyin yolları barədə məlumat verilib, iştirakçılarla fikir mübadiləsi və müzakirələr aparılıb. ✅

📌Qeyd edək ki, təlim psixoloq Ləman Xələfova tərəfindən keçirilib.

28/08/2026

Göyçay Gənclər evi könüllüləri ilə birlikdə keçirdiyimiz əyləncəli gündən xoş xatirələr. ☀️🌿

28/08/2026

Göyçay Gənclər evi könüllüləri ilə piknikdən xoş anlar! 🤩

Birlikdə daha çox gülüş, daha çox xatirə! ☀️💐

̇mi̇bi̇rli̇kdə

Göyçay Gənclər evi və Göyçay rayon gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə gənclər üçün əyləncəli piknik tə...
28/08/2026

Göyçay Gənclər evi və Göyçay rayon gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə gənclər üçün əyləncəli piknik təşkil olundu! 🌳☀️

Piknikin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlar arasında sağlam ünsiyyət mühitinin yaradılması və komanda işi bacarıqlarının inkişaf etdirilməsidir.

Gənclərimiz bir-birindən maraqlı, dinamik və əyləncəli oyunlar oynadılar və maraqlı bir gün keçirdilər.

26 avqust tarixində “Yumşaq Bacarıqlar” (Soft Skills) mövzusunda təlim keçirilib.Gənclərin fərdi və peşəkar inkişafı məq...
26/08/2026

26 avqust tarixində “Yumşaq Bacarıqlar” (Soft Skills) mövzusunda təlim keçirilib.

Gənclərin fərdi və peşəkar inkişafı məqsədilə təşkil edilən təlimdə effektiv ünsiyyət, komanda işi, zamanın idarə olunması və kritik təfəkkür kimi vacib mövzular əhatə olunub. İnteraktiv formatda keçən tədbirdə gənclər praktiki tapşırıqlar icra edib, suallarını ünvanlayıblar.

Qeyd edək ki, təlim Göyçay Gənclər evinin könüllüsü, təlimçi Zinhar Bəbişov tərəfindən keçirilib.

Göyçay Gənclər evində keçirilən “Kompüter kursu”ndan görüntülər 💻📚 Gənclərimizin rəqəmsal bacarıqlarının inkişafına yönə...
25/08/2026

Göyçay Gənclər evində keçirilən “Kompüter kursu”ndan görüntülər 💻📚 Gənclərimizin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş təlimlər davam edir!

Göyçay Gənclər evinin əməkdaşları və könüllüləri İsmayıllı rayonunun qədim və tarixi məkanlarından biri olan “Basqal ham...
24/08/2026

Göyçay Gənclər evinin əməkdaşları və könüllüləri İsmayıllı rayonunun qədim və tarixi məkanlarından biri olan “Basqal hamamı”na ekskursiya ediblər.

Ekskursiya zamanı iştirakçılar Basqalın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olub, qədim hamamın memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti haqqında məlumat əldə ediblər.

✨ Tariximizi tanıyaq, irsimizi qoruyaq!

Address

Heydər Əliyev Prosp. 237
Göyçay
AZ2300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994516514062

Alerts

Be the first to know and let us send you an email when Göyçay Gənclər Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Göyçay Gənclər Evi:

Shortcuts

Share