11/08/2026
📚 “Arvan”da sözün işığı: Şeir, tərcümə və fikir adamlarının unudulmaz görüşü
📖🌿 07 avqust 2026-cı il tarixində Əli Səmədli yadigarı Arvan kitabxanası yenidən sözün, poeziyanın və ziyalılığın ünvanına çevrildi.
⏳ Həmin gün zaman sanki öz axarını dayandırmışdı. Çünki "Arvan"ın mehriban və işıqlı mühitində ədəbiyyatın, mədəniyyətin, tərcümə sənətinin və yaradıcılığın incəlikləri ətrafında dərin fikir mübadilələri aparılırdı.
🇹🇷📚 Türkiyənin Bursa şəhərində yaşayan həmyerlimiz, şair Günel Vakıf -ın yeni nəşr olunmuş “Ben bir şiirim” kitabının təqdimatı keçirildi. Kitab müəllifi yaradıcılıq yolu, poeziyaya baxışı və yeni əsəri haqqında iştirakçılarla səmimi söhbət etdi.
Tədbirin xüsusi qonaqları sırasında Göyçayın dəyərli ziyalısı– görkəmli şair, yazıçı və tərcüməçi Mahir Qarayev, tanınmış nasir, publisist, tərcüməçi və ssenarist Nəriman Əbdülrəhmanlı, mədəniyyət yazarı Vasif Ayan və uzun illər Azərbaycan mətbuatında fəaliyyət göstərən tanınmış jurnalist, yazıçı-publisist , “Ədalət” qəzetinin baş redaktorunun müavini
Məzahir Əhmədoğlu da iştirak edirdilər.
Görüş zamanı poeziya, nəsr, tərcüməçilik sənəti, ölkə və bölgə mətbuatının bugünkü vəziyyəti, ədəbi mühitdə mövcud problemlər və perspektivlər ətrafında maraqlı müzakirələr aparıldı. Qonaqlar öz həyat təcrübələrini, xatirələrini və yaradıcılıq düşüncələrini bölüşərək tədbirə xüsusi rəng qatdılar.
🤝 Bir daha aydın oldu ki, “Arvan” təkcə Göyçayın deyil, qəlbi və ruhu bu torpaqlara bağlı olan insanların da görüş məkanıdır. Burada müxtəlif nəsillərdən olan yazarlar, şairlər, ziyalılar və kitabsevərlər bir araya gələrək sözün ətrafında birləşirlər.
📜 Tədbirdə iştirak edən şairlər öz yaradıcılıqlarından nümunələr səsləndirdilər, yeni şeirlərini oxudular və ədəbi fikir mübadiləsi apardılar. Görüşün sonunda xatirə şəkilləri çəkdirilsə də, söhbətlər bununla yekunlaşmadı.
Daha sonra çay süfrəsi ətrafında davam edən müzakirələrdə Göyçayın ictimai-mədəni həyatından və gələcək nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparıldı.
Tədbirin ən təsirli anlarından biri isə ixtisasca həkim və şairə
Nuranə Rəfailqızının səsləndirdiyi “Bir qadının yoxluğu” şeiri oldu. Şeirdə qadının ailədəki və cəmiyyətdəki əvəzsiz yeri böyük həssaslıqla təsvir edilirdi. Şairənin ifadə etdiyi kimi, qadınsız ev, qadınsız ata, oğul, qardaş və həyat yoldaşı sanki yetim qalır, hətta evin əşyaları belə öz sahibinin yoxluğunu hiss edir.
Belə görüşlər bir daha sübut edir ki, sözə, kitaba və mənəvi dəyərlərə bağlı insanlar yaşadıqca ədəbiyyatın işığı da sönməyəcək.
📍 Arvan Kitabxanası, Göyçay
📅 07 avqust 2026-cı il