28/07/2026
“Səhifə, səhifə kəşf” başlıqlı kitab sərgisi təşkil edilib.
İyulun 27-də Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli şəhər kitabxana filialı tərəfindən “Səhifə, səhifə kəşf” başlıqlı kitab sərgisi təşkil edilib. Heydər Əliyev Mərkəzində təşkil edilən sərginin məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etməkdir. Sərgidə Azərbaycan və dünya ədəbiyyatının incilərindən ibarət müxtəlif janrlı kitablar nümayiş olunub.