02/09/2026
Sülh insanların bir-birinə hörmətlə yanaşdığı, bərabərliyin və ədalətin qorunduğu bir cəmiyyətin əsasını təşkil edir.
21 avqust–21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı” insanları birləşdirən ortaq dəyərlərin, qarşılıqlı anlayışın və insan hüquqlarına hörmətin əhəmiyyətini bir daha ön plana çıxarır.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilib, həmçinin 28 sentyabr 2001-ci il tarixli qətnaməsi ilə 21 sentyabr bu əlamətdar günün hər il qeyd olunacağı tarix kimi müəyyən edilərək qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunub.