Göygöl Rayon İcra Hakimiyyəti

Göygöl Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir. Göygöl haqqında: https://az.wikipedia.org/wiki/G%C3%B6yg%C3%B6l

Heyvandarlıq kompleksi ilə tanışlıqGöygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov aidiyyəti qurumların əməkdaşl...
12/08/2026

Heyvandarlıq kompleksi ilə tanışlıq

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov aidiyyəti qurumların əməkdaşları ilə birlikdə rayonun Haçaqaya kəndi ərazisində yeni yaradılmış, fermer Ramil Məhəmmədiyə məxsus “Gəncə-Agro 2023” MMC-nin heyvandarlıq kompleksi ilə tanış olub.
Tanışlıq məqsədilə təşkil olunmuş ziyarət zamanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aqrar sahənin inkişafına, fermerlərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıq ifadə edilərək, yaradılan əlverişli şəraitin kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artırılmasına və yeni iş yerlərinin açılmasına mühüm töhfə verdiyi bildirib.
Məlumat verilib ki, kompleksdə 500 baş iribuynuzlu mal-qara üçün nəzərdə tutulmuş müasir ferma binası və yardımçı tikililər mövcuddur. Bildirilib ki, Macarıstandan 197 baş Holstein-Friz cinsindən olan damazlıq düyə gətirilib, bir müddət sonra həmin cinsdən olan heyvanların sayı 500 başa çatdırılması nəzərdə tutulub. Həmçinin qeyd olunub ki, ilkin mərhələdə kompleksdə hazırda 10 nəfər daimi işlə təmin edilib.

Bənövşəli kəndində sakinlərlə görüş keçirilibRayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş səyyar qəbul qrafikinə uyğ...
11/08/2026

Bənövşəli kəndində sakinlərlə görüş keçirilib

Rayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş səyyar qəbul qrafikinə uyğun olaraq Bənövşəli kəndində sakinlərlə görüş keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, YAP rayon təşkilatının sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, inzibati ərazi üzrə nümayəndəlik və bələdiyyə üzvləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin icrası nəzarətə götürülüb.

Sakinlərin növbəti qəbulu keçirilibGöygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı rayo...
10/08/2026

Sakinlərin növbəti qəbulu keçirilib

Göygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı rayon sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Daxil olan müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətini...
07/08/2026

Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycanın zəngin memarlıq irsinin öyrənilməsi, qorunması və təbliği məqsədilə Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib.
“Qərbi Azərbaycanın memarlıq irsi” mövzusuna həsr olunmuş görüşdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı müəyyən etdiyi ideoloji xəttin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısının rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış məsələsinin artıq yalnız tarixi fakta deyil, dövlət strategiyasına çevrildiyini vurğulayıblar.
Tədbirdə Qərbi Azərbaycanın tarixi şəhərləri, memarlıq abidələri, məscidləri, qalaları, körpüləri, qəbiristanlıqları və digər maddi-mədəni irs nümunələri haqqında geniş məlumat verilərək bu abidələrin xalqımızın zəngin tarixini, milli kimliyini və mədəni irsini özündə əks etdirdiyi, onların öyrənilməsi və təbliğinin mühüm əhəmiyyət daşıdığı, qorunmasının zəruriliyi qeyd olunub.
Sonda Qərbi Azərbaycanın memarlıq irsinə həsr olunmuş videoçarx təqdim olunub.

Maarifləndirici görüş keçirilibRayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evində “Gənclərin asudə vaxtının səm...
07/08/2026

Maarifləndirici görüş keçirilib

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evində “Gənclərin asudə vaxtının səmərəli təşkili” mövzusunda maarifləndirici görüş keçirilib.
Əvvəlcə Göygöl rayonu üzrə Uşaq Səfirlər Məclisinin üzvləri mövzu ilə bağlı slayd təqdimatı ilə çıxış edərək asudə vaxtın səmərəli təşkilinin gənclərin inkişafındakı əhəmiyyətindən danışıblar.
Çıxış edən natiqlər rəqəmsal balansın qorunması, mütaliə, idman, könüllülük fəaliyyəti, yaradıcılıq, xarici dil öyrənilməsi və şəxsi inkişafı dəstəkləyən digər faydalı məşğuliyyətlər barədə məlumat veriblər.
İnteraktiv müzakirələr zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda asudə vaxtın düzgün təşkilinin sağlam və məhsuldar həyat tərzinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb, mövzuya həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilib.

Festivala hazırlıq işləri müzakirə olunub05–06 sentyabr 2026-cı il tarixlərində Göygöldə keçiriləcək III Moruq Festivalı...
06/08/2026

Festivala hazırlıq işləri müzakirə olunub

05–06 sentyabr 2026-cı il tarixlərində Göygöldə keçiriləcək III Moruq Festivalı ilə əlaqədar hazırlıq işlərinə həsr olunmuş iclas keçirilib. İclasda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aidiyyəti dövlət qurumlarının, xidmət sahələrinin və digər təşkilatların rəhbərləri, eləcə də məsul əməkdaşları iştirak ediblər.
Toplantıda festivalın yüksək səviyyədə təşkili məqsədilə görüləcək işlər, tədbirin proqramı, iştirakçıların və qonaqların qarşılanması, təhlükəsizlik tədbirlərinin təşkili, nəqliyyatın hərəkətinin tənzimlənməsi, sanitariya-gigiyena qaydalarına əməl olunması, ərazinin abadlaşdırılması, ticarət və sərgi zonalarının yaradılması, eləcə də digər təşkilati məsələlər geniş müzakirə edilib.

Yeni Zod kəndində səyyar qəbul keçirilibRayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş səyyar qəbul qrafikinə uyğun ol...
05/08/2026

Yeni Zod kəndində səyyar qəbul keçirilib

Rayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş səyyar qəbul qrafikinə uyğun olaraq Yeni Zod kəndində sakinlərlə görüş keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, YAP rayon təşkilatının sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, inzibati ərazi üzrə nümayəndəlik və bələdiyyə üzvləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin icrası nəzarətə götürülüb.

Yeni salınmış intensiv moruqçuluq təsərrüfatı ilə tanışlıqGöygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Səmədl...
04/08/2026

Yeni salınmış intensiv moruqçuluq təsərrüfatı ilə tanışlıq

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Səmədli qəsəbəsində fermer Fuad Zalova məxsus yeni salınmış intensiv moruqçuluq təsərrüfatı ilə yerində tanış olub.
Məlumat verilib ki, müasir damcı suvarma sistemi ilə becərilən 8 hektar moruq sahəsində yığım mövsümündə hər gün 50 nəfər mövsümi işçi çalışır. İntensiv becərmə üsulu sayəsində hər hektardan orta hesabla 8–10 ton məhsul əldə edilir.
Görüşdə ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi və yaradılan əlverişli şərait yüksək qiymətləndirilərək Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə edilib.

Qanunsuz tikili söküldüGöygöl rayonunun Üçtəpə kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz t...
04/08/2026

Qanunsuz tikili söküldü

Göygöl rayonunun Üçtəpə kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz tikili sökülüb.
Qeyd edək ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılıb.
Aparılan monitorinqlərin bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Növbəti vətəndaş qəbulu keçirilibGöygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu təşkil olunub. Qəbul zamanı sa...
03/08/2026

Növbəti vətəndaş qəbulu keçirilib

Göygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu təşkil olunub. Qəbul zamanı sakinlərin müxtəlif mövzular üzrə müraciətləri dinlənilib, onların həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Müraciətlər qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Address

Göygöl Rayon Icra Hakimiyyeti, 1A, Azay Kazımov, Goygol District, Ganja-Dashkasan
Göygöl
2500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222053013

Alerts

Be the first to know and let us send you an email when Göygöl Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Göygöl Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share