Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb

  • Home
  • Azerbaijan
  • Göygöl
  • Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb

Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb Bu səhifə Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəbinin rəsmi Facebook səhifəsidir.

05/09/2026

Yay məktəbi çərçivəsində məktəbimizin biologiya müəllimi Aidə Həsənova Aide Hesenova şagirdləri ilə birlikdə vizual öyrənmə üsulundan istifadə etməklə maraqlı və əyləncəli dərs təşkil edib.
Mövzunun vizual şəkildə təqdim olunması şagirdlərin həm dərs prosesində fəal iştirakına, həm də öyrəndiklərini daha yaxşı mənimsəməsinə imkan yaradıb.
Belə yaradıcı və interaktiv təşəbbüslər şagirdlərin dərsə, mövzuya və öyrənməyə marağını və motivasiyasını artırır.
Öyrənmək maraqlı olduqda, bilik daha yaddaqalan olur!
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

2025-2026-cı tədris ilində Göygöl rayonu üzrə 4-cü siniflərin monitorinq nəticələrində məktəbimiz yüksək nəticə göstərən...
03/09/2026

2025-2026-cı tədris ilində Göygöl rayonu üzrə 4-cü siniflərin monitorinq nəticələrində məktəbimiz yüksək nəticə göstərən məktəblər sırasında yer alıb!

Şagird sayı 100 nəfərdən çox olan məktəblər arasında

🔹 Oxu üzrə – 595 orta bal nəticə ilə
🔹 Riyaziyyat üzrə – 510,5 orta bal nəticə ilə

məktəbimiz ən yüksək nəticə göstərən ilk 10 məktəb sırasında qərarlaşıb.

Bununla yanaşı, VI siniflər üzrə Təbiət fənnindən keçirilmiş monitorinqdə də məktəbimiz ən yüksək nəticə göstərən 10 məktəb sırasında yer alıb.

VI sinif riyaziyyat və oxu üzrə monitorinqin nəticələrində də əvvəlki tədris illəri ilə müqayisədə orta göstəricilərdə artım var.
Bu nəticələr şagirdlərimizin əzmkarlığının, müəllimlərimizin peşəkarlığının və məktəb–şagird–valideyn əməkdaşlığının uğurlu nəticəsidir.
Yeni tədris ilində də çatışmazlıqları təhlil edib aradan qaldırmalı, nəticələri daha da yüksəkltməliyik!
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

20/08/2026

Məktəbimizin biologiya müəllimi Aide Hesenova ilə biologiya dərsləri hər zaman maraqlı, interaktiv və şagirdyönümlü keçir.

Ötən tədris ilində olduğu kimi, bu il də Aidə müəllimənin rəhbərliyi ilə şagirdlərimizi yeni, maraqlı və interaktiv dərslər gözləyir.

Çünki öyrənmək yalnız dinləmək deyil — araşdırmaq, müşahidə etmək, düşünmək və kəşf etməkdir!

Ən böyük uğurlar kiçik addımlarla başlayır.

Şagirdlərimizə yeni tədris ilində bol kəşflər və uğurlar arzulayırıq!
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

Uğurlar, Raul! 🎓🇦🇿Məktəbimizin məzunu Muradov Raul Ramin oğlu qəbul imtahanında 580 bal toplayaraq Azərbaycan Respublika...
12/08/2026

Uğurlar, Raul! 🎓🇦🇿
Məktəbimizin məzunu Muradov Raul Ramin oğlu qəbul imtahanında 580 bal toplayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Kibertəhlükəsizlik (İnformasiya təhlükəsizliyi) fakültəsinə qəbul olunmuşdur.

Raula bu məsuliyyətli və gələcək üçün mühüm sahədə təhsilində və fəaliyyətində uğurlar arzulayırıq!
Məzunumuzu, onun müəllimlərini və valideynlərini təbrik edirik!
Gələcəyin təhlükəsizliyinə töhfə verəcək uğurlu karyera yolunda uğurlar, Raul
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

Məktəbli geyim formasıNizam-intizam, səliqə və məktəb qaydalarına hörmət — nümunəvi şagird olmağın əsas göstəricilərində...
08/08/2026

Məktəbli geyim forması

Nizam-intizam, səliqə və məktəb qaydalarına hörmət — nümunəvi şagird olmağın əsas göstəricilərindəndir.
Geyim formasına və xarici görünüş qaydalarına əməl edək, məktəbimizi birlikdə daha gözəl və nizamlı edək!
Əvvəlki tədris illərində olduğu kimi yeni tədris ilində də şagirdlərin geyim forması, eləcə də xarici görünüş qaydaları və digər qaydaları bir daha valideyn və şagirdlərin nəzərinə çatdırırıq!
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi


2026–2027-ci tədris ili üçün I sinfə qeydiyyat davam edir!🏫 Göygöl şəhər İ. Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil...
05/08/2026

2026–2027-ci tədris ili üçün I sinfə qeydiyyat davam edir!

🏫 Göygöl şəhər İ. Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi valideynləri övladlarını məktəbimizin 1A sinfinə qeydiyyatdan keçirməyə dəvət edir.

👩‍🏫 Sinif müəllimi: Cəfərova Əzizə Yusif qızı 🎓 Sertifikasiya nəticəsi: 48 bal 2025–2026-cı tədris ilində IV siniflərin monitorinqində məktəb üzrə ən yüksək nəticə göstərən sinif müəllimi.

Məktəbimizdə şagirdlər üçün: ✅ Müasir və inkişafyönümlü tədris; ✅ Hər dərs günündən sonra müəllim tərəfindən 1 saat ödənişsiz əlavə məşğələ; ✅ Ödənişsiz İngilis dili və şahmat dərnəkləri; ✅ Fərdi yanaşma və hər bir şagirdin potensialının inkişafına dəstək; ✅ Təhlükəsiz, müasir və yüksək tədris şəraiti.

2020-ci il təvəllüdlü uşaqların I sinfə qəbulu üçün qeydiyyatın son tarixi — 14 avqust 2026-cı il.
📍 Ünvan: Göygöl şəhəri, Hümmel küçəsi 52.
Sizi məktəbimizdə görməkdən məmnun olarıq!

Məktəbimizdə yay tətili dövründə əsaslı təmir işləri davam edir2026–2027-ci tədris ilinə hazırlıq çərçivəsində məktəbimi...
18/07/2026

Məktəbimizdə yay tətili dövründə əsaslı təmir işləri davam edir

2026–2027-ci tədris ilinə hazırlıq çərçivəsində məktəbimizdə dövlət qurumları tərəfindən əsaslı təmir işləri həyata keçirilir.

Hazırda istismar müddətini başa vurmuş sanitar qovşaqlar tamamilə yenidən qurulur, köhnə su və kanalizasiya xətləri sökülərək müasir standartlara cavab verən yeni kommunikasiya xətləri ilə əvəz olunur. Təmir işləri çərçivəsində sanitar qovşaqların infrastrukturu tam yenilənir.

Yay tətili dövründə işçilərin əksəriyyəti əmək məzuniyyətində olsa da, məktəb binasında təmir işləri planlı şəkildə davam etdirilir. Görülən işlərin əsas məqsədi yeni tədris ilini daha təhlükəsiz, rahat və müasir şəraitdə qarşılamaq, şagirdlər və müəllimlər üçün daha əlverişli təhsil mühiti yaratmaqdır.

Məktəbimizin maddi-texniki bazasının yaxşılaşdırılmasına göstərilən diqqət və dəstəyə görə aidiyyəti dövlət qurumlarına təşəkkürümüzü bildiririk.

📸 Fotolarda təmir prosesindən görüntülər təqdim olunur.

Məktəbimizin təsviri incəsənət müəllimi Orucova Lalə Azər qızı müəllimlərin sertifikatlaşdırılması prosesi çərçivəsində ...
24/06/2026

Məktəbimizin təsviri incəsənət müəllimi Orucova Lalə Azər qızı müəllimlərin sertifikatlaşdırılması prosesi çərçivəsində keçirilmiş imtahanda yüksək nəticə göstərməsi münasibəti ilə təbrik edir, peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq!

Məktəbimizdə şagirdlərin mütaliəyə marağının artırılması və oxu bacarıqlarının inkişaf etdirilməsi məqsədilə əvvəlki ayl...
25/05/2026

Məktəbimizdə şagirdlərin mütaliəyə marağının artırılması və oxu bacarıqlarının inkişaf etdirilməsi məqsədilə əvvəlki aylarda olduğu kimi, may ayı ərzində də müxtəlif siniflərdə “Oxu dəqiqələri” təşkil olunmuşdur.

Şagirdlər oxuduqları mətnləri müzakirə etmiş, fikirlərini bölüşmüş və mütaliənin əhəmiyyətini daha yaxından hiss etmişlər.

Bu cür fəaliyyətlərin keçirilməsi şagirdlərdə düzgün, sürətli və şüurlu oxu vərdişlərinin formalaşdırılmasına xidmət edir.
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

Məktəbimizin IX sinif şagirdi Ləman Mustafayeva əldə etdiyi növbəti uğuru məktəb kollektivi ilə bölüşüb. Şagirdimiz “VII...
23/05/2026

Məktəbimizin IX sinif şagirdi Ləman Mustafayeva əldə etdiyi növbəti uğuru məktəb kollektivi ilə bölüşüb. Şagirdimiz “VIII English Language Olympiad for Academic Purposes” (Akademik Məqsədlər üçün VIII İngilis Dili Olimpiadası) müsabiqəsində yüksək nəticə göstərdiyinə görə ADA Universiteti tərəfindən “Certificate of Award for Outstanding Performance” (Yüksək Nailiyyətə görə Təltif Sertifikatı) ilə təltif olunub.

Ləman Mustafayevanı bu uğuru münasibətilə təbrik edir, ona gələcək təhsil həyatında yeni nailiyyətlər və uğurlar arzulayırıq!

Address

Hummel 50
Göygöl
2500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994222052423

Website

Alerts

Be the first to know and let us send you an email when Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumi təhsil məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category