14/07/2026
👩🏫 Yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu elan olunur!
📚 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, 2026–2027-ci tədris ilindən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı aşağıdakı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə üçün qeydiyyat başlanılır.
🏫 Vakansiya elan olunan ümumi təhsil müəssisələri:
🔹 Gəncə şəhər M.Ə. Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
🔹 Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi
🔹 Gəncə şəhər N. Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbi
🔹 Gəncə şəhər M. Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi
🔹 Goranboy rayon 4 nömrəli tam orta ümumtəhsil məktəbi
🎯 Adı qeyd olunan təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək.
🌟 Yeni təmayüllü tədris modelinin uğurlu tətbiqinə töhfə vermək, peşəkar komandada fəaliyyət göstərmək və gələcək nəslin keyfiyyətli təhsil almasına öz töhfəsini vermək istəyən müəllimləri müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edirik.
📌 Müsahibədə iştirak üçün tələblər:
✅ Yalnız Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlər müraciət edə bilərlər.
✅ Namizədlər ali pedaqoji təhsilə malik olmalıdırlar.
✅ MİQ və Sertifikasiya üzrə nəticəsi 85% və ya daha yüksək olan müəllimlər müsahibədə iştirak edə bilərlər.
🗓️ Qeydiyyat üçün son tarix: 1 avqust
Qeydiyyat linki
https://docs.google.com/forms/d/1nSitnkyar5yPMic3QG0DYLGhqsK-oyf2MTLIrlnFq6A/edit