Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəsmi "Facebook" səhifəsi

Təhsil işçilərinin sentyabr konfransı keçirilibGoranboy rayonunda Goranboy rayonu və Naftalan şəhəri üzrə təhsil işçilər...
01/09/2026

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Goranboy rayonunda Goranboy rayonu və Naftalan şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfransda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Goranboy-Naftalan təhsil sektorunun müdiri Vüsal Cəfərov, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər təhsil işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Goranboy şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra şagirdlərin əl işləri, yaradıcılıq nümunələri və təhsil sahəsində əldə olunan nailiyyətləri əks etdirən sərgiyə baxış keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edərək, müəllimlərin gənc nəslin savadlı və vətənpərvər şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra Goranboy-Naftalan təhsil sektorunun müdiri Vüsal Cəfərov 2025–2026-cı tədris ilində sektor üzrə görülmüş işlər, əldə olunan nəticələr və təhsil müəssisələrinin fəaliyyəti barədə hesabat xarakterli məruzə ilə çıxış edib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında regionda təhsil sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və yeni tədris ili üçün qarşıda duran əsas vəzifələr barədə məlumat verib.

Elçin Kərimov qeyd edib ki, yeni tədris ilində əsas diqqət təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil müəssisələrində idarəetmənin daha səmərəli təşkilinə, müəllimlərin peşəkar inkişafının dəstəklənməsinə və şagirdlərin bilik və bacarıqlarının artırılmasına yönəldiləcək.

Regional Təhsil İdarəsinin müdiri təhsil müəssisələrinin fəaliyyətinin nəticəyönümlü təşkili, tədris prosesinin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi və müasir çağırışlara uyğun təhsil mühitinin formalaşdırılmasının qarşıda duran əsas prioritetlərdən olduğunu vurğulayıb.

Konfransda yeni tədris ilində qarşıya qoyulan məqsədlər, təhsil müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və yüksək nəticələrin əldə olunması istiqamətində görüləcək işlər müzakirə edilib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

01/09/2026

Yeni Tədris İlində Böyük Başlanğıc

Bu gündən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 ümumi təhsil müəssisəsində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelində dərslərə start verilib.

Yeni təmayül tədris modeli çərçivəsində təhsil alacaq, yüksək nəticələri və gələcək hədəfləri ilə seçilən şagirdlərimizi təqdim edirik.

İlk təqdimatımız – Ayan Əhmədova

IX sinif buraxılış imtahanında 300 mümkün baldan 294 bal toplayan Ayan Əhmədova yeni tədris ilində öz gələcək hədəflərinə doğru Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbində davam etmək qərarına gəlib.

Ayanın seçimində əsas ünvan məhz 22 nömrəli məktəb olub. Yüksək nəticə göstərən şagirdin yeni təmayül tədris modeli çərçivəsində təhsilini davam etdirmək üçün bu məktəbi seçməsi onun qarşısına qoyduğu yüksək akademik hədəflərin göstəricisidir.

294 ballıq nəticə, doğru seçim və böyük hədəflər!

İnanırıq ki, Ayan Yeni təmayüllü tədris modeli üzrə gücləndirilmiş akademik mühitdə bilik və bacarıqlarını daha da inkişaf etdirərək ali təhsil arzularına uğurla çatacaq.

Təqdimat marafonumuz davam edir. Qarşıda yeni məktəblər, yeni seçimlər və gələcəyin uğurlu şagirdləri var!

31/08/2026

📢 Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır

🗓️ Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

📌 Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

❗️ Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

📍 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.

🤝 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan inziba...
29/08/2026

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim edilib.

✔️ 15 sual – Azərbaycan Respublikasının qanunvericiliyi
✔️ 15 sual – informasiya-kommunikasiya texnologiyaları
✔️ 30 sual – müraciət edilən vəzifə üzrə peşə bilikləri

Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilib. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyib.

Qeyd edək ki, namizədlərin təyinatı topladıqları bal ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Namizədlər imtahan prosesinin nəticələri ilə bağlı 3 (üç) iş günü müddətində apellyasiya müraciəti edə bilərlər.

Bütün namizədlərə uğurlar arzulayırıq.

İnzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsinin test mərhələsi ilə bağlı namizədlərə SMS bi...
27/08/2026

İnzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsinin test mərhələsi ilə bağlı namizədlərə SMS bildirişləri göndərilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün namizədlər əvvəlcədən müəyyən edilmiş qaydada qeydiyyatdan keçiblər. Test mərhələsində yalnız SMS bildirişi göndərilmiş namizədlər iştirak edə biləcəklər.

Namizədlər SMS bildirişində qeyd olunan vaxtda və göstərilən ümumi təhsil müəssisəsində olmalı və şəxsiyyəti təsdiq edən sənədi özləri ilə gətirməlidirlər.

Bütün namizədlərə test mərhələsində uğurlar arzulayırıq!

27/08/2026

Gəncə-Daşkəsən təhsilinin ən yüksək nəticəsi – 692.1 bal!

Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin məzunu Əli Mehdiyev ali məktəbə qəbul imtahanlarında 692.1 bal toplayaraq yüksək nəticə göstərib.

Əli Mehdiyev bu nəticə ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan məzun olub və ADA Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasına qəbul olunub.

Əlinin uğuru ilə qürur duyur, onu təbrik edir və gələcək təhsil yolunda yeni nailiyyətlər arzulayırıq!

📢 Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır🗓️  28 a...
26/08/2026

📢 Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır

🗓️ 28 avqust saat 15:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 8 vakant yer seçə bilərlər.

📌 Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.

📌 Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

26/08/2026
📢 DİREKTOR MÜAVİNİ OLMAQ İSTƏYƏN MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!🎓 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə direktor müavini və...
26/08/2026

📢 DİREKTOR MÜAVİNİ OLMAQ İSTƏYƏN MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!

🎓 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsi elan edilir.

👩‍🏫 Kimlər müsabiqədə iştirak edə bilər?
Şagird sayı 501-dən çox olan ümumi təhsil müəssisələrində çalışan və sertifikasiya üzrə 51-dən çox bal toplayan müəllimlər;

Şagird sayı 500-dən az olan ümumi təhsil müəssisələrində çalışan və sertifikasiya üzrə 42 və daha çox bal toplayan müəllimlər;

Digər qiymətləndirmələr üzrə isə 70%-dən daha çox nəticə göstərmiş müəllimlər direktor müavinlərinin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər. ✅

📝 Müsabiqə necə keçiriləcək?
Müsabiqə 2 mərhələdən ibarətdir:
🔹 Sənəd qəbulu
🔹 Müsahibə

❗ Test mərhələsi keçirilməyəcək.

Namizəd müsabiqə zamanı 3 vakant yer seçə bilər.

Namizədlər aşağıdakı bacarıqlar üzrə qiymətləndiriləcəklər:
🔸 Liderlik və strateji idarəetmə bacarıqları
🔸 Pedaqoji və tədris bacarıqları
🔸 İdarəçilik və təşkilatçılıq bacarıqları
🔸 Ünsiyyət və əlaqə bacarıqları
🔸 Problemlərin həlli və qərarvermə
🔸 Rəqəmsal və texnoloji bacarıqlar
🔸 Sosial və emosional bacarıqlar

📍 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə vakant yerlər:

Daşkəsən rayonu

• Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Aşağı Daşkəsən kənd G. İsmayılov adına tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Xoşbulaq kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Alaxançallı kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Mollahəsənli kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Əmirvar/Əhmədli kənd S. Ələkbərov adına ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Qabaqtəpə kənd A. Rüstəmov adına tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Dəstəfur kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Təzəkənd kənd Ş. Cavad adına ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Daşkəsən rayon Zinzahal kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Gəncə şəhəri

• Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Gəncə şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Gəncə şəhər 28 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziya — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Goranboy rayonu

• Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Hafiz Alıyev adına Muzdurlar kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Qafqaz Məmmədov adına Kələk kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Yunis Nəcəfov adına Qarqucaq kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon F. Hacıyev adına Aşağı Ballıqaya kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Etibar Verdiyev adına Məşədiqaralar kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Goranboy rayon Bəşirli kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Göygöl rayonu

• Göygöl rayon Araz Möyləmov adına Xaqani kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü Lisey — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon İbrahim Mahmudov adına Çaylı kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Xəlil Muradov adına Gəncə kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Eldar Əsgərov adına Əlimədədli kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Kərəmli kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Keşkü kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon M. Qəhrəmanov adına Göyçəkənd kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Göygöl rayon Nadil kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Naftalan şəhəri

• Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Samux rayonu

• Samux rayon Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Samux rayon Şahmalı Ağamalıyev adına Füzuli kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Samux rayon Seyidlər kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
• Samux rayon Burunqovaq kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

⏰ Son qeydiyyat tarixi: 27 avqust, saat 17:00

🔗 Qeydiyyatdan keçmək üçün link: https://miq.edu.az/muavin?fbclid=IwY2xjawT7YjJwZG9mAWV4dG4DYWVtAjEwAGJyaWQRMWtsNVZQWkhoUmVCMXYyRVFzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEen7KzBEFpehfTWVITCoQKqhN-SY0pG5_YNlIb-IQ4rXCJvXljHHG7QoAUfw4_aem_2u2sp94MhELz7p6SDGEF_Q

Zəfər tariximiz – Laçın Şəhəri Günü! 🇦🇿
26/08/2026

Zəfər tariximiz – Laçın Şəhəri Günü! 🇦🇿

Address

Gəncə ş. Atatürk Pr. Və M. Hacıyev Küç. Kəsişməsi
Gandza

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi:

Shortcuts

Share