02/09/2026
🕊️ 21 Avqust – 21 Sentyabr | Sülh Aylığı
📌 Tarixlərin ölkədə “Sülh Aylığı” elan edilməsi ilə əlaqədar olaraq, 21 avqust – 21 sentyabr tarixləri sülh, həmrəylik və qarşılıqlı anlaşma dəyərlərinin təşviqinə həsr olunur.
🌍 Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli 36/67 saylı qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilib. 2001-ci ildə qəbul edilmiş 55/282 saylı qətnamə ilə isə 21 sentyabr hər il Beynəlxalq Sülh Günü kimi müəyyənləşdirilib və bu tarix qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunub.
🤝 Sülh mədəniyyətinin təşviqi, qarşılıqlı hörmət və dialoq dəyərlərinin gücləndirilməsi cəmiyyətin, xüsusilə də gənclərin fəal iştirakını tələb edir.
🌿 Sülh yalnız bir gün deyil, hər gün qorunmalı olan dəyərdir.
🕊️ Sülh gələcəyimizdir!