GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyi

GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyi Gənclərin Sosial və Fərdi İnkişaf, Karyera Platforması

 Qısa zaman ərzində maraqlı və diqqətçəkən təqdimatlar hazırlamaq üçün saytların siyahısını əldə etmək istəyirsinizsə, r...
02/09/2026



Qısa zaman ərzində maraqlı və diqqətçəkən təqdimatlar hazırlamaq üçün saytların siyahısını əldə etmək istəyirsinizsə, rəy bölməsinə yazmağınız kifayətdir. 😉

🎨💻 Gəncədə “Rəqəmsal Gənclik” proqramı çərçivəsində “Dizayn Bacarıqları və Karyera İmkanları” mövzusunda təlim keçirilib...
28/08/2026

🎨💻 Gəncədə “Rəqəmsal Gənclik” proqramı çərçivəsində “Dizayn Bacarıqları və Karyera İmkanları” mövzusunda təlim keçirilib.

Təlimdə gənclərə dizayn bacarıqlarının inkişaf etdirilməsi, bu bacarıqların peşəkar fəaliyyətə tətbiqi, dizayn sahəsində karyera qurmaq və gəlir əldə etmək imkanları barədə məlumat verilib.

👨🏻‍🏫 Təlim Azərbaycan Texnologiya Universitetinin Mətbəə şöbəsinin müdiri Mobil Qarayev tərəfindən keçirilib.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!Dövlətimizin inkişafı...
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!

Dövlətimizin inkişafı və xalqımızın rifahı naminə çoxşaxəli fəaliyyəti ilə böyük rəğbət və hörmət qazanan Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində davamlı uğurlar arzulayırıq.

🎯 Əziz gənclər,“Rəqəmsal Gənclik” proqramı çərçivəsində “Dizayn Bacarıqları və Karyera İmkanları” mövzusunda təşkil olun...
20/08/2026

🎯 Əziz gənclər,

“Rəqəmsal Gənclik” proqramı çərçivəsində “Dizayn Bacarıqları və Karyera İmkanları” mövzusunda təşkil olunan təlimdə iştirak etməyə sizi dəvət edirik. 🎨💻

💡 Təlim çərçivəsində siz dizayn bacarıqlarının inkişaf etdirilməsi, bu bacarıqların peşəkar fəaliyyətə tətbiqi, dizayn sahəsində karyera və gəlir imkanları barədə faydalı məlumatlar əldə edəcəksiniz.

👨🏻‍🏫 Təlim Azərbaycan Texnologiya Universitetinin Mətbəə şöbəsinin müdiri Mobil Qarayev tərəfindən keçiriləcək.

📅 Tarix: 25 avqust
🕒 Saat: 11:00
📍 Məkan: Gəncə şəhər Heydər Əliyev Mərkəzi

🚀 Dizayn bacarıqlarınızı inkişaf etdirmək, yaradıcılığınızı üzə çıxarmaq və bu sahədə yeni karyera imkanları kəşf etmək üçün bu fürsəti qaçırmayın!

Qeyd edək ki, təlim ödənişsizdir və sonda iştirak edən şəxslərə onlayn sertifikat təqdim olunacaq📝.

📌 Qeydiyyat və ətraflı məlumat üçün link: https://forms.gle/7P2qYQBWhCFkvKN69

📍Gəncədə “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində gənclər üçün “Ünsiyyət bacarıqları” mövzusunda təlim təşkil o...
19/08/2026

📍Gəncədə “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində gənclər üçün “Ünsiyyət bacarıqları” mövzusunda təlim təşkil olunub.

🗣️ Təlim zamanı effektiv ünsiyyətin əsas prinsipləri, fikirlərin aydın və düzgün ifadə olunması, aktiv dinləmə, qarşılıqlı anlaşmanın formalaşdırılması və müxtəlif situasiyalarda düzgün kommunikasiya qurulması ilə bağlı məlumatlar təqdim edilib.

Praktiki çalışmalar və müzakirələr vasitəsilə iştirakçıların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə, öz fikirlərini daha inamlı ifadə etmələrinə və gündəlik, akademik və peşəkar mühitdə effektiv kommunikasiya qurma bacarıqlarının möhkəmləndirilməsinə diqqət yetirilib.

📍 Gəncədə “İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində həyata keçirilən “Yay Təcrübə Proqramı” iştirakçıları üçün “Lide...
14/08/2026

📍 Gəncədə “İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində həyata keçirilən “Yay Təcrübə Proqramı” iştirakçıları üçün “Liderlik və Komanda İşi” mövzusunda təlim təşkil olunub.

💡 Təlim zamanı gənclərə effektiv liderliyin əsas prinsipləri, komanda daxilində düzgün ünsiyyət və əməkdaşlığın əhəmiyyəti, liderlik bacarıqlarının inkişaf etdirilməsi və komanda işində hər bir üzvün rolu barədə ətraflı məlumat verilib.

✨ İnteraktiv fəaliyyətlər və praktiki tapşırıqlar vasitəsilə iştirakçılar komanda şəklində işləmək, fikir mübadiləsi aparmaq və qarşıya qoyulan məqsədlərə birlikdə nail olmaq bacarıqlarını inkişaf etdiriblər.

Gəncə’də 12 Avqust – Beynəlxalq Gənclər Günü qeyd olunub. 🎉12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Gəncə şəhəri...
12/08/2026

Gəncə’də 12 Avqust – Beynəlxalq Gənclər Günü qeyd olunub. 🎉

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Gəncə şəhərində gənclərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Gənclərin İnkişafı və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin koordinatoru Alagöz Quliyeva çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onların cəmiyyətin inkişafındakı mühüm rolundan, gənclər üçün yaradılan imkanlardan və həyata keçirilən layihələrdən bəhs edib.

🏆 Tədbir çərçivəsində il ərzində müxtəlif fəaliyyətlərdə fəal iştirak edən gənclərin təltif olunması mərasimi keçirilib.

🧠 Daha sonra gənclərin bilik və dünyagörüşünün artırılması məqsədilə kiçik intellektual yarış təşkil olunub. Yarışda fərqlənən iştirakçılara kitablar hədiyyə edilib. 📚

Tədbir gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual inkişafının dəstəklənməsi və ictimai fəallığının artırılması baxımından əhəmiyyətli olub.

Gənclər, siz fikirləriniz, enerjiniz və arzularınızla gələcəyin memarısınız.Bugün sizin gününüzdür. Beynəlxalq Gənclər G...
12/08/2026

Gənclər, siz fikirləriniz, enerjiniz və arzularınızla gələcəyin memarısınız.

Bugün sizin gününüzdür. Beynəlxalq Gənclər Gününüz mübarək! 💙

🎯 Gənclər “Birlikdə Hədəfə” turnirində bir araya gəldilər!12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Gəncə-Daşkəsə...
08/08/2026

🎯 Gənclər “Birlikdə Hədəfə” turnirində bir araya gəldilər!

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Birlikdə Hədəfə” adlı güllə atıcılığı turniri keçirilib. 💫

🎯 Yarış zamanı iştirakçılar dəqiqlik, çeviklik və diqqət bacarıqlarını sınamaqla yanaşı, komanda ruhunu və sağlam rəqabət əzmini nümayiş etdiriblər.

Qeyd edək ki, turnirdə GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyi ilə yanaşı, digər gənclər təşkilatları da iştirak ediblər.

📍Gəncədə “İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində həyata keçirilən “Yay Təcrübə Proqramı”nın açılış mərasimi uğurla...
03/08/2026

📍Gəncədə “İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində həyata keçirilən “Yay Təcrübə Proqramı”nın açılış mərasimi uğurla baş tutub.

Görüş çərçivəsində iştirakçılar proqramın məqsədi, fəaliyyət istiqamətləri və qarşıdakı iki ay ərzində həyata keçiriləcək fəaliyyətlər barədə məlumatlandırılıb. Eyni zamanda, təcrübəçilərin bir-birini daha yaxından tanıması məqsədilə tanışlıq sessiyaları təşkil olunub.

✨ Təcrübə proqramında iştirak edən bütün gənclərə uğurlar arzulayırıq!

Address

G***a
AZ2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994508660220

Alerts

Be the first to know and let us send you an email when GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyi:

Shortcuts

Share