Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook hesabı.

27/08/2026
25/08/2026

İncəsənət məktəblərində ilk dəfə yeni yaradıcı ixtisaslara şagird qəbulu başlayır

Mədəniyyət Nazirliyi incəsənət məktəblərində yaradıcı sənaye sahələrinə aid ixtisaslara artan maraq və tələbatı nəzərə alaraq, ilk dəfə 5 yeni yaradıcı istiqamət üzrə şagird qəbuluna başlayır.

Yeni təşəbbüsün əsas məqsədi müasir yaradıcı sahələrə marağı və potensialı olan yeniyetmələrin bacarıqlarını üzə çıxarmaq, onların yeni istiqamətlər üzrə təhsil imkanlarını genişləndirmək və gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.

Müraciətlər 25 avqust – 5 sentyabr 2026-cı il tarixlərində qəbul olunur.

Qəbul 5 yaradıcı ixtisas üzrə aparılacaq
• Bədii keramika — 12–16 yaş
• Geyim üzrə dizayn — 12–16 yaş
• Rəqəmsal musiqi — 14–16 yaş
• 3D personaj animasiyası — 14–16 yaş
• Fotoqrafiya — 14–16 yaş

Namizədlər seçdikləri istiqamət üzrə yaradıcılıq qabiliyyəti, sahəyə uyğun bilik və bacarıqları əsasında qiymətləndiriləcəklər.

Kimlər müraciət edə bilər?
Bədii keramika və Geyim üzrə dizayn ixtisaslarına müraciət edən namizədlər üçün 4 illik təhsil sistemi üzrə rəssamlıq ixtisasını bitirmək əsas şərtlərdən biridir.

Rəqəmsal musiqi ixtisasına müraciət edən namizədlər üçün isə hər hansı musiqi ixtisası üzrə 5 və ya 7 illik musiqi məktəbini bitirmək əsas şərtlərdən biridir.

Müraciət necə edilir?
Müsabiqədə iştirak etmək istəyən namizədlər 25 avqust saat 12:00-dan 5 sentyabr 2026-cı il tarixinədək “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron formada müraciət edə bilərlər.

Müraciət zamanı namizəd müvafiq yaradıcı ixtisası seçəcək, yaş uyğunluğu sistem tərəfindən avtomatik yoxlanılacaq.

Namizədlərin qiymətləndirilməsi isə hər bir ixtisas üzrə əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında həyata keçiriləcək.

Yeni yaradıcı istiqamətlər — yeni bacarıqlar, yeni imkanlar və gələcəyin yaradıcı peşələrinə aparan yol.

24/08/2026

Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqust 2026-cı il tarixində, ömrünün 96-cı ilində vəfat edib.
Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas – 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.
Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.
Zəngin yaradıcılığa malik bəstəkar üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Hümayun", "Dügah"), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir") musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.
Professor Tofiq Bakıxanov eyni zamanda yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.
Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.
Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar incəsənət xadimi” (1973), “Xalq artisti” (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli “Əmək” (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Tofiq Bakıxanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

“Son iki ildə 10 minə yaxın müəllimin bilik və bacarıqları qiymətləndirilib. İncəsənət təhsili sistemində ölkə miqyasınd...
14/08/2026

“Son iki ildə 10 minə yaxın müəllimin bilik və bacarıqları qiymətləndirilib. İncəsənət təhsili sistemində ölkə miqyasında ilk dəfə həyata keçirilən bu proses müəllim potensialı haqqında real mənzərəni görməyə imkan yaradıb.

Nəticələr göstərir ki, müəllimlərin böyük əksəriyyəti tələb olunan peşəkarlıq səviyyəsini nümayiş etdirir.”

Daha ətraflı linkdə:https://qafqazinfo.az/news/detail/eneneden-muasir-yaradici-tehsile-dogru-518302

Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif ...
13/08/2026

Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin nəticələri ilə bağlı sənəd qəbulu müddəti uzadılıb.

Qəbul olunan namizədlər tələb olunan sənədləri 23 avqust 2026-cı il tarixinədək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.

Mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri elan olunub Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyin...
07/08/2026

Mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinin məzunları üçün keçirilmiş mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.

Ölkə üzrə imtahana 9 minə yaxın şagird cəlb olunub. İmtahanda iştirak edən şagirdlərin 83 faizə yaxını uğurlu nəticə göstərərək incəsənət təhsilini müvəffəqiyyətlə başa vurub.

Bu il buraxılış tələblərini yerinə yetirə bilməyən şagirdlərin təhsillərini uğurla tamamlamaq imkanı saxlanılıb. Onlar növbəti 5 il ərzində keçiriləcək buraxılış imtahanlarında yenidən iştirak edə bilərlər.

İmtahan nəticəsi ilə razı olmayan şagirdlərin valideynləri nəticələrin elan olunduğu tarixdən etibarən 3 iş günü ərzində “MyCulture” vahid şəxsi kabinetinin “e-Müraciətlər” bölməsində “Mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələrindən apellyasiya müraciəti” xidmətinə keçid etməklə apellyasiya müraciəti edə bilərlər.

Üzrlü səbəbdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün isə sentyabr ayı ərzində əlavə imtahan təşkil olunacaq.

Şagirdlər nəticələri ilə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

07/08/2026

İnkişafyönümlü təlimlər yekunlaşıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Qarabağ, Gəncə-Daşkəsən və Mərkəzi Aran regionları üzrə incəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təşkil olunan və 450-dən çox iştirakçını əhatə edən inkişafyönümlü təlimlər çərçivəsində əyani dərslər yekunlaşıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə iyun ayından distant formatda başlayan təlimlərin səmərəliliyinin artırılması və iştirakçıların praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə əyani məşğələlər də təşkil edilib. Fortepiano, tar, kamança və qarmon ixtisasları üzrə əyani dərslər 9-31 iyul tarixlərində Ağcabədi, Gəncə və Mingəçevir şəhərlərində, 4-6 avqust tarixlərində isə Bakı şəhərində keçirilib. Bakı şəhərində əyani təlimlər paytaxtda və Abşeron rayonunda fəaliyyət göstərən Qarabağ Regional Mədəniyyət İdarəsinə tabeli məktəblərin təhsilverənləri üçün nəzərdə tutulub.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin rəhbər işçiləri Gəncə, Mingəçevir və Bakı şəhərlərində əyani təlimlərdə iştirak edərək dərslərin gedişatını izləyiblər. Bildirilib ki, təlimlər təhsilverənlərin növbəti işə qəbul üzrə müsabiqəyə daha hazırlıqlı şəkildə qatılmaları baxımından da böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, təlimlər attestasiya zamanı komissiya üzvlərinin səsverməsi nəticəsində kiçik səs çoxluğu ilə (2 lehinə, 3 əleyhinə səslə) tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlər üçün keçirilir. 2 aylıq təlim müddətində ümumilikdə 12 ixtisas və 3 nəzəri, tədris metodiki fənn üzrə məşğələlər yüksəkixtisaslı, təcrübəli müəllimlər tərəfindən aparılır.

Əyani formatda dərslər yekunlaşsa da, nəzəriyyə ixtisası üzrə distant təlimlər davam edir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor ...
04/08/2026

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə müsabiqə elan edir.

Namizədlər “MyCulture” vahid şəxsi kabineti üzərindən müraciət edə bilərlər.

https://my.culture.az/

Address

Əttarlar Kūçəsi
G***a
AZ2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222662948

Alerts

Be the first to know and let us send you an email when Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi:

Shortcuts

Share