Likantropia

Likantropia İntellektin Nirvanasında görüşək...

  10 avqust 1913-cü ildə Rumıniya, Serbiya, Monteneqro, Yunanıstan və Bolqarıstan arasında İkinci Balkan Müharibəsi Buxa...
10/08/2023

10 avqust 1913-cü ildə Rumıniya, Serbiya, Monteneqro, Yunanıstan və Bolqarıstan arasında İkinci Balkan Müharibəsi Buxarest Sülh Müqaviləsi imzalanması ilə başa çatdı.

🟢 Vulpitin yaşıl uşaqları — XII əsrdə, Kral Stivenin hakimiyyəti dövründə, İngiltərənin Suffolk şəhərindəki Vulpit kəndi...
09/08/2023

🟢 Vulpitin yaşıl uşaqları — XII əsrdə, Kral Stivenin hakimiyyəti dövründə, İngiltərənin Suffolk şəhərindəki Vulpit kəndində görünən qeyri-adi dəri rənginə sahib uşaqlardan bəhs edən əfsanə.

◾ Uşaqlar, qardaş və bacı, dərilərinin yaşıl rəngdə olması istisna olmaqla, normal görünüşdə idi. Naməlum bir dildə danışır və yalnız çiy at paxlası ilə qidalanırdılar. Nəhayət onlar digər yeməkləri yeməyi öyrəndilər və yaşıl rənglərini itirdilər, lakin oğlan xəstələndi və bacısı vəftiz olunduqdan sonra öldü.

◾Qız yeni həyatına başladı, lakin o, "davranışında çox boş və istəksiz" hesab edildi.

📷   İtalyan diktatoru Benito Mussolininin həyat yoldaşı Rakele Mussolini (Guidi), ailə məzarındakı mərhum ərinin heykəli...
09/08/2023

📷 İtalyan diktatoru Benito Mussolininin həyat yoldaşı Rakele Mussolini (Guidi), ailə məzarındakı mərhum ərinin heykəlinin yanında, İtaliya, 1970-ci il.

👀 Otello sindromu və ya Patoloji qısqanclıq - şəxsin aşiq olduğu insanı xəstəlik dərəcəsində qısqanması . ◾Otello sindro...
09/08/2023

👀 Otello sindromu və ya Patoloji qısqanclıq - şəxsin aşiq olduğu insanı xəstəlik dərəcəsində qısqanması .

◾Otello sindromu yaşayan insanlar özünü və sevdiyini yoracaq bir şəkildə sahiblənərək baş verəcək bədbəxtliklərdən qoruma altına alır. Bu qısqanclıq, yaşanan p*s bir hadisə nəticəsində adamın sevdiyi şəxsi sədaqətsizliklə günahlandırması ilə ortaya çıxır. Bu sindromun təməlində özgüvən əksikliyi durduğu iddia edilir. Əgər birinin keçmişində tərkedilmə hadisəsi varsa, bu insanlarda Otello sindromu daha çox görülür.

◾Patoloji qısqanclıq kişilərə nisbətən, qadınlarda daha çox görülür və hər iki cinsdə fərqli şəkildə biruzə verilir. Qadınlar patoloji qısqanmanı daha emosional şəkildə və içəqapalı olaraq yaşayır. Kişilərdə isə qısqanclıq daha çox hərəkətlərində şiddət və cinayət olaraq üzə çıxır. Məhz bu səbəblə kişilərdə daha çox olduğuna dair bir fikir yaranır. Bu sindroma tutulan insanlar olmayan şeyləri olmuş kimi düşünürlər. Həyat yoldaşını və ya sevgililərini davamlı olaraq izləyib, hər hərəkətlərini araşdırırlar.

◾Bu sindrom adını Uilyam Şekspirin Otello oyunundan alıb. Orada Otello xanımı Desdemonanın onu aldatdığını düşündüyünə görə onu haqsız yerə öldürür. Sonradan həyat yoldaşını günahsız yerə öldürdüyünü bilərək “Mənim üçün ağılsızca, amma çox sevən biri deyin. Asan qısqanmayan, amma bir dəfə qısqandısa, özünü itirən, biri deyə bəhs edin” deyir və özünü də öldürür.

  9 avqust 1815-ci ildə "Northumberland" gəmisi yola düşdü. Ən əsas sərnişin olan Napoleon Bonapart Müqəddəs Yelena adas...
09/08/2023

9 avqust 1815-ci ildə "Northumberland" gəmisi yola düşdü. Ən əsas sərnişin olan Napoleon Bonapart Müqəddəs Yelena adasına sürgünə gedirdi. Həmin il oktyabrın 16-da Napoleon Müqəddəs Yelenaya çatdı.

🚢 "Titanik”in ən zəngin sərnişini — Con Yakob Astor (John Jacob Astor IV)ℹ️ Polkovnik-leytenant Con Yakob Astor - amerik...
09/08/2023

🚢 "Titanik”in ən zəngin sərnişini — Con Yakob Astor (John Jacob Astor IV)

ℹ️ Polkovnik-leytenant Con Yakob Astor - amerikalı milyonçu, İspan-Amerika müharibəsinin iştirakçısı, iş adamı və yazıçı idi. O, 1894-cü ildə hadisələri 2088-ci ildə baş verən Saturn və Yupiterə səyahəti təsvir edən "Başqa aləmlərə səyahətlər" romanını yazıb. O, Titanik gəmisinin ən zəngin sərnişini idi.

ℹ️ Gəmi okeanın dibinə enərkən o, arvadını qulluqçuları və tibb bacısı ilə birlikdə qayığa mindirib onlara xoşbəxt həyat arzuladı, özü isə gəmidə qaldı.

  8 avqust 1786-cı il dağ bələdçisi Jak Balma və isveçrəli həkim Mişel Qabriel Pakkard ilk dəfə Alp dağlarının ən yüksək...
08/08/2023

8 avqust 1786-cı il dağ bələdçisi Jak Balma və isveçrəli həkim Mişel Qabriel Pakkard ilk dəfə Alp dağlarının ən yüksək nöqtəsi olan Monblan (Mont Blanc - Ağ dağ) zirvəsini fəth etdilər.

📍 Bu səbəbdən, bu gün — 8 avqust tarixi Beynəlxalq Alpinizm günü olaraq qeyd edilir.

📷   1914-cü il, Harley Davidson-un qurucuları William Harley və Artur Davidson özləri yaratdıqları motosikletlərində
08/08/2023

📷 1914-cü il, Harley Davidson-un qurucuları William Harley və Artur Davidson özləri yaratdıqları motosikletlərində

🍀 İmposter sindromu (ing. Impostor Syndrome) —şəxslərin iş həyatına dərindən təsir edə bilən psixoloji sindromdur.  ◾ Bu...
08/08/2023

🍀 İmposter sindromu (ing. Impostor Syndrome) —şəxslərin iş həyatına dərindən təsir edə bilən psixoloji sindromdur.

◾ Bu sindroma sahib olan insanlar iş və ya təhsil həyatlarında həddindən artıq yüksək mövqeyə gəlib çıxsalar və böyük uğurlar əldə etsələr də, bu uğurun səbəbini öz çalışqanlıqları, bacarıqları və ya əməklərində deyil, tamamilə şans faktorunda görürlər.

◾ Bu şəxslər şansın davamlı olaraq onların üzünə güldüyünü, bu səbəblə də əllərindəki nailiyyətləri qazandıqlarını iddia edir və hətta öz beyinlərində buna uyğun olmayan səbəblər də qururlar. Məsələn, hər hansı bir çox çətin akademik imtahandan yüksək nəticə qazanan şəxs "imtahanda qarşıma çıxan suallar çox asan idi", yüksək bir mövqedəki vəzifə üçün çalışan və sonda əldə edən insan "rəqiblərim çox zəif idi" və ya "o qədər də güclü rəqabət yox idi" deyərək məqsədi yolunda istifadə etdiyi bütün bilik və bacarıqlarını gözardı edib hər şeyi şansa bağlayırlar .

◾Maraqlısı budur ki, araşdırmalara görə bu sindroma qadınlarda və hər hansı bir azlığın (milli, irqi, dini və s.) üzvlərində daha çox rast gəlinir. Səbəb olaraq isə cəmiyyətdə onlara qarşı oturuşmuş steorotiplər göstərilir.

🪞 Dismorfofobiya və ya Güzgü xəstəliyi — hər hansı şəxsdə var olan, amma onun düşündüyü qədər gözə batmayan qüsurların h...
07/08/2023

🪞 Dismorfofobiya və ya Güzgü xəstəliyi — hər hansı şəxsdə var olan, amma onun düşündüyü qədər gözə batmayan qüsurların həmin şəxs tərəfindən kifayət qədər çox şişirdilməsi.

◾ İlk dəfə E.Morselli tərəfindən 1886-cı ildə işlədilmişdir. Yunanca "δυσ" (dis) anti, "μορφή" (morfo) forma, "φόβος" (fobos) qorxu deməkdir. Çox vaxt heç estetiklə əlaqəsi olmayan bu xəstəlik əslində psixoloji xəstəlikdir. Şəxs bu kiçik qüsuruna fikir verir və onunla daimi məşğul olur.

◾Bu tip insanlarda bu qüsuru düzəltmə meyli ortaya çıxar. Əslində heç gözə batmayan bu qüsurları görən həkimlər xəstəni psixoloqa yönləndirirlər. Amma bu insanlar psixoloji problemləri olduqlarını heç vaxt qəbul etməzlər. Və müalicə olunmağı rədd edirlər. Estetik əməliyyatlar üçün bütün pullarını səfərbər etməyə hazırdırlar.

◾Dismorfofobiya əsasən içinə qapanan, çox dostu olmayan, çox gözəl olmayan, həmişə qıraqda qalan və ya çox kök olan insanlarda ortaya çıxır. Son zamanlarda məşhur insanların efirlərdə özlərini nümayiş etdirmələri bu cür şəxslərdə özlərini onlara oxşatma hissini oyadır.

📷   7 avqust 1974-cü ildə Filip Petit Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində Şimal və Cənub b...
07/08/2023

📷 7 avqust 1974-cü ildə Filip Petit Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində Şimal və Cənub bürcləri arasında, 400 metr hündürlükdə kəndir üzərində gəzmişdir.

🎥 2015-ci ildə rejissor Robert Zemekis tərəfindən onun həyatından bəhs edən Gəzinti (The Walk) filmi çəkilmişdir. Filmdə Filipp Petitin obrazını kinoaktyor Cozef Qordon Levitt canlandırmışdır.

🔐" Ayşə tətilə çıxsın " parolu necə yaranıb ? ◾Kiprlə bağlı Cenevrədə aparılan danışıqrlarda türk əhalinin adanı tərk et...
07/08/2023

🔐" Ayşə tətilə çıxsın " parolu necə yaranıb ?

◾Kiprlə bağlı Cenevrədə aparılan danışıqrlarda türk əhalinin adanı tərk etməsi və Türkiyənin də onlara yardımlarını dayandırması üçün Yunanıstanı dəstəkləyən Qərbin təzyiqləri davam etməkdə idi. Ankaranı Kiprlə bağlı proseslərdən tam kənarlaşdırmaq, adanın isə faktiki olaraq tam şəkildə yunanların ixtiyarına buraxılması üçün mümkün olan bütün təzyiq vasitələrindən istifadə edilməkdə idi.

◾Ayşə Cenevrə konfransına qatılan o vaxtkı xarici işlər naziri Turan Günəşin qızının adı idi.Turan Günəş özü bu “parol” hadisəsini belə izah edir: "İkinci Cenevrə Konfransına getməzdən əvvəl Baş nazir Ecevitlə son dəfə vəziyyəti qiymətləndirmək üçün müzakirələr aparır və hazırlıqları nəzərdən keçirirdik. Bu arada konfransın yarımçıq qalma ehtimalından da danışdıq. O zaman qərara gəldik ki, aramızda bir parol təyin edək. Elə bu vaxt Orxan Birgit mənə zəng etdi. Ona dedim ki, Cenevrə danışıqları uzana bilər, ona görə də uşaqlarımın məni gözləmədən tətilə getmələrini istədim. Mən telefonla danışığımı bitirdikdən sonra baş nazir mənə tərəf dönüb dedi: "Mən parolu tapdım: “Ayşə tətilə çıxsın”.

◾İşlər qırılma nöqtəsinə gəlsə, burada işlər uzanacaq, mənə “Ayşə tətilə çıxsın” de, mən başa düşərəm...". Beləliklə, biz də parol üzərində qərarlaşdıq”.

Address

G***a
LIKANTROPIA

Website

Alerts

Be the first to know and let us send you an email when Likantropia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category