Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü lisey

  • Home
  • Azerbaijan
  • Ganja
  • Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü lisey

Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar  təmayüllü lisey Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü lisey, Government Organization, Nizami küçəsi 158, Ganja.

Gəncə Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə şəhər üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü liseyin rəsmi səhifəsi

20/07/2026

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

Şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər.

Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur. Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.

Lisey və gimnaziyaların keçid balları ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://arti.edu.az/2026/07/20/lisey-v%c9%99-gimnaziyalara-seciml%c9%99rin-n%c9%99tic%c9%99l%c9%99ri-aciqlanib/

Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda oxumaq istəyən məktəblilərin nəzərinə!Müraciət müd...
13/07/2026

Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda oxumaq istəyən məktəblilərin nəzərinə!

Müraciət müddəti 1 gün uzadılıb. Namizədlər 15 iyul saat 12:00-dək müraciət edə bilərlər.

Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun şəkildə yerləşdirilməsi aparılacaq və qəbul nəticələri elan ediləcək. Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq və sənəd qəbulu prosesinə başlanılacaq.

Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi xarakter daşımır. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.

Yaxşı xəbərimiz var!
02/07/2026

Yaxşı xəbərimiz var!

26/06/2026

Lisey və gimnaziyaların qəbul imtahanlarında iştirak edən şagirdlərin nəzərinə!

ℹ️ 30 iyun tarixində 2026/2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi həyata keçiriləcək.

İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim ediləcək. İmtahanda iştirak edən şagirdlərdən aşağıdakı məqamlara xüsusi diqqət yetirmələri tələb olunur:

🔹 İmtahanın keçirildiyi məkana müəyyən edilmiş vaxtdan 1 saat əvvəl gəlmək lazımdır.

🔹 Buraxılış vərəqində göstərilən imtahan mərkəzindən fərqli ünvana getmək qadağandır. Şagird yalnız buraxılış vərəqəsində qeyd olunmuş imtahan mərkəzində imtahanda iştirak edə bilər. İştirakçı protokolunda adı olmayan şagirdin imtahana buraxılması mümkün deyil.

🔹 Şagirdlər imtahana gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsinin çap olunmuş nüsxəsini özləri ilə gətirməlidirlər. Həmin sənədlər təqdim edilmədiyi təqdirdə şagirdin imtahanda iştirakı mümkün olmayacaq.

🔹 İmtahana buraxılış vərəqəsində şagirdin 3x4 ölçülü fotoşəklinin olması mütləqdir. Şəxsiyyət vəsiqəsində fotoşəkli olan şagirdlərin şəkilləri buraxılış vərəqəsinə sistem tərəfindən avtomatik yerləşdirilir. Digər şagirdlər isə buraxılış vərəqəsini çap etdikdən sonra uyğun ölçüdə fotoşəkil əlavə etməlidirlər. Fotoşəkilsiz buraxılış vərəqəsi etibarsız hesab edilir.

🔹 İmtahan mərkəzinə mobil telefon, ağıllı saat, qulaqlıq və digər elektron vasitələr gətirmək QADAĞANDIR! İmtahan mərkəzlərində həmin əşyaların saxlanılması üçün xüsusi yer ayrılmayacaq.

🔹 İmtahan müddətində digər iştirakçılarla ünsiyyət qurmaq, köçürmə hallarına yol vermək və ya imtahanın keçirilməsi qaydalarını pozmaq qadağandır. Bu kimi hallara yol verən şagirdlər barədə müvafiq tədbirlər görülə və onlar imtahandan xaric edilə bilərlər.

Bütün şagirdlərə imtahanda uğurlar arzulayırıq!

🎓 50 İllik Məzun GörüşüBildiyimiz kimi  Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar  təmayüllü lisey  Gən...
19/06/2026

🎓 50 İllik Məzun Görüşü

Bildiyimiz kimi Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü lisey Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbin bazasında yaradılmışdır.

Məktəbin 50 il əvvəl məzunu olmuş dəyərli məzunlarımız doğma təhsil ocaqlarını ziyarət edərək keçmiş xatirələrini yenidən yaşadılar.

Onlar məktəb illərinə qayıdaraq sinif otaqlarını, müəllimlərini və şagirdlik dövrünün ən xoş anlarını yad etdilər. Məzunlarımızın məktəbə olan sevgisi, bağlılığı və doğma təhsil ocağına göstərdikləri ehtiram gənc nəslə də nümunə oldu.

Bu səmimi görüş nəsillər arasında mənəvi körpü yaratmaqla yanaşı, liseyin zəngin tarixini və ənənələrini bir daha nümayiş etdirdi.

Dəyərli məzunlarımıza ziyarətləri üçün təşəkkür edir, onlara möhkəm cansağlığı, ailə səadəti və yeni uğurlar arzulayırıq. Məktəbimizin qapıları hər zaman onların üzünə açıqdır!

Liseyə qəbul qaydaları ilə bağlı təbliğat görüşləri davam etdirilir 📚🎓Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyi...
17/06/2026

Liseyə qəbul qaydaları ilə bağlı təbliğat görüşləri davam etdirilir 📚🎓

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən etibarən Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü liseyə şagirdlərin 7-ci sinfə qəbulla bağlı təbliğat görüşləri davam etdirilir.

Görüşlərdə lisey rəhbərliyi və pedaqoji heyət iştirak edir.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə ilə bağlı ətraflı müzakirələr aparılıb.

📌 Qeyd edək ki, 2026–2027-ci tədris ilindən etibarən liseyin 7 -ci sinifləri üzrə şagird qəbulu həyata keçiriləcək:

Təbliğat görüşlərinin növbəti günlərdə digər təhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur. 🎯📖

🔔 “Son Zəng” tədbiri keçirilmişdir.13 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mü...
13/06/2026

🔔 “Son Zəng” tədbiri keçirilmişdir.

13 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq təlimat və tövsiyələrinə uyğun olaraq liseyimizdə “Son Zəng” tədbiri keçirilmişdir.

Tədbirdə qonaq qismində iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov və Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Fuad Ələkbərov çıxış edərək məzunları təbrik etmiş , onlara gələcək həyat yollarında uğurlar arzulamışdır.

Cari tədris ili ərzində əldə olunan uğurlardan bəhs edilmiş, müxtəlif müsabiqə, olimpiada və layihələrdə fərqlənən şagirdlər diplom və təşəkkürnamələrlə təltif olunmuşlar.
Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü liseyin 5a1 sinif şagirdi Quliyeva Əsmər Asim qızı Lütfi Zadə adına Riyaziyyat Məntiq Olimpiadasında lll yer qazanaraq bürünc medala layiq görüldüyünə görə və onun müəllimi liseyin riyaziyyat müəllimi Gülnar İmranova " Fəxri Fərman" la təltif edilmişdir.

Tədbirin ən yaddaqalan anlarından biri ənənəvi açar təqdimatı mərasimi olmuş, bilik və məsuliyyət rəmzi olan açar məzunlar tərəfindən gələcək məzunlara təhvil verilmişdir.

Sonda “Son Zəng” sədaları altında məzunlar məktəb illəri ilə vidalaşmış, tədbir iştirakçılarının alqışları ilə tədbir öz işini başa çatdırmışdır.
Məzunlarımızı həyatlarının yeni mərhələsinə qədəm qoymaları münasibətilə ürəkdən təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq.

13/06/2026
Diqqət ! Diqqət !Valideynlərin nəzərinə !Liseyimizin 7-ci siniflərinə şagird qəbulu elan olunur.Gəncə-Daşkəsən Regional ...
12/06/2026

Diqqət ! Diqqət !
Valideynlərin nəzərinə !
Liseyimizin 7-ci siniflərinə şagird qəbulu elan olunur.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü liseyin 7-ci siniflərinə 2026–2027-ci tədris ili üzrə şagird qəbulu həyata keçiriləcək.

Qəbul prosesi mərkəzləşdirilmiş qaydada təşkil olunacaq. Liseylərdə təhsil almaq istəyən şagirdlər imtahanda iştirak etmək üçün müvafiq qeydiyyat linki vasitəsilə 20 iyun 2026-cı il saat 18:00-dək onlayn qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/1zHmnlGcRmW8s29Juw6kxyIkGveEM-rRpZD6_HCEgQzs/edit?pli=1

Qəbulun əsas məqsədi şagirdlərin bilik, bacarıq və potensialını qiymətləndirərək təmayül istiqamətlərinə uyğun istedadlı və yüksək nailiyyət göstərən şagirdlərin müəyyənləşdirilməsi, onların keyfiyyətli təhsil imkanlarından yararlanmasına şərait yaradılmasıdır.

Qeydiyyat prosesi ilə bağlı hər hansı çətinlik yarandığı təqdirdə vətəndaşlar adıçəkilən təhsil müəssisələrinə və ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 146-0-2 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü lisey və Göygöl şəhər Texniki və təbiət fənləri təmayüllü liseyin 7-ci siniflərinə şagird qəbulu elan edilir

Address

Nizami Küçəsi 158
G***a

Telephone

+994222542551

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə şəhəri S.Vurğun adına 41 nömrəli təbiət və humanitar təmayüllü lisey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share