12/03/2026
Bu gün ‘Kompüter mühəndisliyi və telekommunikasiya’ kafedrasında magistr tələbələrinin elmi-pedaqoji təcrübəsinin müdafiəsi təşkil olunmuşdur. Tələbələr bir ay ərzində əldə etdikləri praktiki tədris vərdişləri barədə məruzələr təqdim etmişlər. Kafedranın təcrübəli professor-müəllim heyəti və universitetin Magistratura və Doktorantura şöbəsinin nümayəndələri magistrantları dinləyərək onların qazandıqları bilik və bacarıqları yüksək qiymətləndirmiş, həmçinin öz tövsiyə və məsləhətlərini tələbələrə çatdırmışlar.
Fotolarda 34224A qrup tələbəsi Əliyev Zəfər Əli oğlu keçdiyi praktikaya dair hesabatını təqdim edir.