Goranboy Gənclər evi

Goranboy Gənclər evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,

"Goranboy Gənclər evi" sosial xidmət müəssisəsi

🎓 “Xəyal et, yaşa, ilk addımı at!” 🔷 Goranboy Gənclər Evinin təşkilatçılığı ilə gəncimiz İsa Əliyev tərəfindən “Xəyal et...
21/08/2026

🎓 “Xəyal et, yaşa, ilk addımı at!”

🔷 Goranboy Gənclər Evinin təşkilatçılığı ilə gəncimiz İsa Əliyev tərəfindən “Xəyal et, yaşa, ilk addımı at!” mövzusunda görüş keçirilib.

🔷 Görüş zamanı İsa Əliyev Türkiyədə təhsil almaq qərarı, bu istiqamətdə atdığı addımlar, qarşılaşdığı imkanlar və əldə etdiyi təcrübələr barədə gənclərlə fikirlərini bölüşüb. Həmçinin iştirakçılara xaricdə təhsil imkanları, məqsədlərin müəyyənləşdirilməsi və arzuların reallaşdırılması istiqamətində ilk addımı atmağın əhəmiyyəti barədə məlumat verilib.

💬 Goranboy Gənclər Evi olaraq İsa Əliyevə yeni təhsil həyatında uğurlar, yeni nailiyyətlər və gözəl xatirələrlə zəngin bir yol arzulayırıq! 🇦🇿🇹🇷✨

⏳ “Sənin ideyan, Sənin layihən”🔷 “Sənin ideyan, Sənin layihən” layihəsi çərçivəsində Goranboy Gənclər Evinin təcrübəçisi...
20/08/2026

⏳ “Sənin ideyan, Sənin layihən”

🔷 “Sənin ideyan, Sənin layihən” layihəsi çərçivəsində Goranboy Gənclər Evinin təcrübəçisi Sevinc Musayeva tərəfindən gənclərin komanda ruhunun və liderlik bacarıqlarının inkişafına yönəlmiş “Birlikdə inkişaf” adlı oyun keçirilib.

🔹 Oyun zamanı gənclər komandalara bölünərək müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edib, qarşıya qoyulan tapşırıqları yerinə yetirib, fikir mübadiləsi aparıb, ortaq qərarlar qəbul edib və liderlik bacarıqlarını nümayiş etdiriblər.

➡️ Oyunun əsas məqsədi gənclərdə əməkdaşlıq və ünsiyyət bacarıqlarını gücləndirmək, komanda ilə işləmək və qərarvermə qabiliyyətlərini inkişaf etdirmək olub.

💙 Göstərdiyi təşəbbüsə, peşəkar yanaşmasına və gənclərlə səmərəli fəaliyyətinə görə təcrübəçimiz Sevinc Musayevaya təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!

🇪🇺 "Avropa İttifaqı İmkanları".🔷 Goranboy Gənclər Evi və Gənc Avropa Səfirlərinin birgə təşkilatçılığı ilə Təlim və İnki...
18/08/2026

🇪🇺 "Avropa İttifaqı İmkanları".

🔷 Goranboy Gənclər Evi və Gənc Avropa Səfirlərinin birgə təşkilatçılığı ilə Təlim və İnkişaf Klubu çərçivəsində Gənc Avropa Səfirləri Hüseyn Qasımov və Səbinə Ramazanova tərəfindən “Avropa İttifaqı imkanları" adlı təlim keçirilib.

🔹 Təlim zamanı gənclərə Avropa İttifaqının yaratdığı təhsil, mübadilə, könüllülük və inkişaf imkanları, beynəlxalq proqramlar və bu imkanlardan yararlanma yolları barədə ətraflı məlumat verilib.

💬 Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və Avropa İttifaqının təqdim etdiyi imkanlardan yararlanmaq üçün tövsiyələr verilib.

🎯 Təlimin keçirilməsində məqsəd gəncləri Avropa İttifaqının imkanları barədə məlumatlandırmaq, onların beynəlxalq proqramlarda iştirakını və təmsilçilik bacarıqlarının artırılmasına və şəxsi və peşəkar inkişaflarına dəstək olmaqdır.

⏳ "Sənin ideyan, Sənin layihən.🔷"Sənin ideyan,Sənin layihən" layihəsi çərçivəsində Goranboy Gənclər evinin təcrübəçisi T...
17/08/2026

⏳ "Sənin ideyan, Sənin layihən.

🔷"Sənin ideyan,Sənin layihən" layihəsi çərçivəsində Goranboy Gənclər evinin təcrübəçisi Təcrin Məmmədova tərəfindən "Mindcase" adlı detektiv oyun keçirilib.

🔍 Oyun zamanı gənclər komandalar halında onlara təqdim olunmuş situasiya üzərindən hadisəni analiz edib, ipuclarını birləşdirib, fikir mübadiləsi aparıb və uyğun qərar veriblər.

➡️ Oyunun məqsədi gənclərdə tənqidi və analitik düşüncəni inkişaf etdirmək, müşahidə və diqqət qabiliyyətini artırmaq, komanda işini gücləndirməkdir.

● Göstərdiyi təşəbbüsə, peşəkar yanaşmasına və gənclərlə səmərəli fəaliyyətinə görə təcrübəçimiz Təcrin Məmmədovaya təşəkkür edir, gələcək fəaliyyətində ona uğurlar arzulayırıq.

👥 12 Avqust – "Beynəlxalq Gənclər Günü".🔹12 Avqust – "Beynəlxalq Gənclər Günü" münasibətilə keçirilən görüşdə Goranboy G...
13/08/2026

👥 12 Avqust – "Beynəlxalq Gənclər Günü".

🔹12 Avqust – "Beynəlxalq Gənclər Günü" münasibətilə keçirilən görüşdə Goranboy Gənclər Evinin direktoru Elçin Əliyev, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı Kürdoğlu Abbasov və Goranboy rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Ruslan Nadirli gənclərin cəmiyyətin ictimai, sosial və mədəni həyatında fəal iştirakının vacibliyini vurğulayıb, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeni təşəbbüslərinin dəstəklənməsi və potensiallarından səmərəli istifadə olunmasının əhəmiyyətindən danışıblar.

🎯 Görüşün əsas məqsədi gənclər üçün səmimi ünsiyyət və fikir mübadiləsi mühitinin yaradılması, gənclərin gündəlik fəaliyyətləri, maraqları və gələcək planları barədə müzakirələrin aparılması olub.

💬 Tədbir zamanı gənclərin qarşılaşdığı məsələlər, onların təklif və təşəbbüsləri dinlənilib, müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, ictimai fəallığının artırılması və müxtəlif layihələrdə iştirakının genişləndirilməsi ilə bağlı müzakirələr keçirilib.

🏕️ “Skaut Zone” Goranboy Gənclər Evinin təşkilatçılığı ilə Təlim və İnkişaf Klubu çərçivəsində təcrübəçimiz Nadir Əliyev...
13/08/2026

🏕️ “Skaut Zone”

Goranboy Gənclər Evinin təşkilatçılığı ilə Təlim və İnkişaf Klubu çərçivəsində təcrübəçimiz Nadir Əliyev tərəfindən “Skaut Zone” adlı tədbir keçirilib. 🏕️

🔷 Tədbir zamanı iştirakçılara skaut fəaliyyəti, düşərgə mədəniyyəti, təbiətdə davranış qaydaları, komanda işi və müxtəlif praktiki bacarıqlar barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıların birlikdə fəaliyyət göstərməsinə və komanda ruhunun formalaşmasına yönəlmiş müxtəlif interaktiv tapşırıqlar həyata keçirilib.

💬 Tədbir boyunca iştirakçılar öz bacarıqlarını sınayıb, fikir mübadiləsi aparıb və komanda şəklində müxtəlif fəaliyyətlərdə iştirak ediblər. Bu proses gənclərə həm yeni biliklər qazandırıb, həm də əməkdaşlıq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.

🎯 “Macəra Estafeti”🔹 Goranboy Gənclər Evi və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gə...
13/08/2026

🎯 “Macəra Estafeti”

🔹 Goranboy Gənclər Evi və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə uşaqlar arasında “Macəra Estafeti” adlı əyləncəli idman tədbiri keçirilib.

👥 Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Goranboy UGİM-in idmançıları, gənclər və könüllülər iştirak ediblər.

🎯 Tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması, idmana marağın gücləndirilməsi və asudə vaxtın səmərəli təşkilindən ibarət olub.

🏃‍♀️🏃‍♂️ Tədbir çərçivəsində uşaqlar müxtəlif maraqlı və əyləncəli estafetlərdə iştirak edərək sürət, çeviklik, dəqiqlik və komanda bacarıqlarını nümayiş etdiriblər. Müxtəlif maneələrin dəf edilməsi və tapşırıqların yerinə yetirilməsi iştirakçılar arasında böyük maraq və yüksək əhval-ruhiyyə yaradıb.

➡️ Sağlam gələcək üçün birlikdə hərəkət edək!

👤 “Körpü” layihəsi.Goranboy Gənclər Evində əlilliyi müəyyən olunmuş şəxslərlə gənclər arasında sosial əlaqələrin güclənd...
12/08/2026

👤 “Körpü” layihəsi.

Goranboy Gənclər Evində əlilliyi müəyyən olunmuş şəxslərlə gənclər arasında sosial əlaqələrin gücləndirilməsi məqsədilə “Körpü” layihəsinin təqdimatı keçirilib.

Layihənin müəllifi Nazim Allahyarov tərəfindən təqdim olunan təşəbbüsün əsas məqsədi əlilliyi müəyyən olunmuş şəxslərlə gənclər arasında ünsiyyət prosesinin asanlaşdırılması, qarşılıqlı anlaşma və əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də birgə fəaliyyətlərin təşkilinə şərait yaradılmasıdır.

Təqdimat zamanı layihənin məqsəd və vəzifələri, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri və gözlənilən nəticələr barədə məlumat verilib.

“Körpü” layihəsi inklüziv mühitin təşviqinə və gənclərin ictimai fəallığının artırılmasına töhfə verməyi hədəfləyir.


🧠🏆 “Brain Arena”Goranboy Gənclər Evinin təşkilatçılığı ilə Təlim və İnkişaf Klubu çərçivəsində əməkdaşımız Sünbül Məmməd...
12/08/2026

🧠🏆 “Brain Arena”

Goranboy Gənclər Evinin təşkilatçılığı ilə Təlim və İnkişaf Klubu çərçivəsində əməkdaşımız Sünbül Məmmədova tərəfindən “Brain Arena” adlı Kahoot intellektual yarış keçirilib. 🧠🏆

🔷 Yarış zamanı iştirakçılar müxtəlif mövzuları əhatə edən suallar vasitəsilə öz bilik və dünyagörüşlərini sınayıb, sürətli düşünmə və düzgün qərarvermə bacarıqlarını nümayiş etdiriblər.

💬 Yarışın sonunda nəticələr açıqlanıb və yüksək nəticə göstərən iştirakçılar müəyyənləşdirilib.

👤 “Şəxsiyyət Yüksəlişi” 🔹 Goranboy Gənclər Evi və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "...
06/08/2026

👤 “Şəxsiyyət Yüksəlişi”

🔹 Goranboy Gənclər Evi və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "Şəxsiyyət yüksəlişi" mövzusunda psixoloji treninq keçirilib.

🔹 Goranboy Uşaq və Ailə Dəstək Mərkəzinin psixoloqu Aytac Əliyeva tərəfindən keçirilən treninqin məqsədi gənclərin özünü tanıma bacarıqlarının inkişaf etdirilməsi, güclü tərəflərinin müəyyənləşdirilməsi, stressin idarə olunması üzrə praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

🎯 Treninq zamanı fərdi və qrup şəklində tapşırıqlar yerinə yetirilib, interaktiv psixoloji oyunlar keçirilib.

Address

Heydər Əliyev Prospekti
Geran'boy
2200

Alerts

Be the first to know and let us send you an email when Goranboy Gənclər evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy Gənclər evi:

Shortcuts

Share