02/09/2026
🥋 Goranboy UGİM-in məşqçi-müəllimləri peşəkar inkişaf proqramını uğurla tamamladı!
🟢 24–29 avqust 2026-cı il tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkil etdiyi Peşəkar İnkişaf Proqramı uğurla başa çatıb.
Proqramda iştirak edərək təlimləri uğurla tamamlayan Goranboy UGİM-in cüdo üzrə məşqçi-müəllimləri Tural Bədəlov və Rauf Mehdiyev Azərbaycan Cüdo Federasiyası tərəfindən sertifikatla təltif olunub.
Bu uğur məşqçi-müəllimlərin peşəkar bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də cüdo idmanının təbliği istiqamətində mühüm addımdır.
Tural Bədəlovu və Rauf Mehdiyevi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
̇dman