Goranboy rayon Mədəniyyət Mərkəzi

Goranboy rayon Mədəniyyət Mərkəzi Goranboy rayon Mədəniyyət Mərkəzi

Gəncə_Daşkəsən  Regional  Mədəniyyət İdarəsi  Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyət  göstərən Nizami...
20/08/2026

Gəncə_Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyət göstərən Nizami kənd Dİyarşünaslıq evinin təçkilatçılığı ilə Nizami kənd Diyarşünaslıq evində "Narkotiklərə yox deyək" adlı tədbir keçirilmişdir.
Tədbirdə Goranboy rayon Polis Şöbəsinin Nakotiklərlə Mübarizə Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Vahid Əhmədov, Cinayət Axtarış bölməsinin əməkdaşı polis leytinatı İrşad Abdullayev,Faxralı Mədəniyyət evi,Qaradağlı Diyarşünaslıq evi,Dəyirmanlar Mədəniyyət evi,Nizami kənd İcra nümayəndəliyi, , kənd sakinləri iştirak etmişdir.
Tədbirdə çıxış edənlər ,öz çıxışlarında narkomaniya ilə mübarizəyə qarşı ,onun vurduğu saysız hesabsız ziyanın həcminin böyük olduğunu,heç bir ölçüyə sığmadığını,müxtəlif cinayətlərin törədilməsinə təkan verdiyini,cəmiyyətin maddi texniki və intelektual potensialının aşağı düşməsini və bir çox digər halları iştirakçıların nəzərinə çatdırdılar.Çıxışçılar gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasını klubların və Mədəniyyət evlərinin gənclərin asudə vaxtlarının səmərəli təşkilinin vacibliyini vurğuladılar.Sonda gəncləri maraqlandıran suallar polis əməkdaşları tərəfindən cavablandırıldı.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaraçinar...
14/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaraçinar kənd Mədəniyyət Evi və Qaraçinar kənd Kitabxana filialının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq ili"çərçivəsində "Hardan başlanır Vətən "adlı tədbir keçirildi.
2026-cı ilin Azərbaycan Respublikasında "Şəhərsalma və Memarlıq ili"elan edilməsi ilə bağlı gənc memarların çıxışları dinlənildi.Vətənə həsr olunmuş şeir və musiqilər səsləndirildi.
Vətən mövzusunda verilən sualları cavablablandıran iştirakçıların fəallığı tədbiri daha rəngarəng etdi.
Tədbirin davamı olaraq qədim Qaraçinar yaşayış məskəninə baxış keçirdik.Tarixin izlərini yaşadan bu qədim məkanda olmaq,keçmişimizlə bağ qurmaq hər birimiz üçün maraqlı və yaddaqalan oldu.Hər daşında bir iz,hər torpağında bir tarix yaşayan doğma yurdumuzu tanımaq,qorumaq və gələcək nəsillərə ötürmək bizim ən böyük məsuliyyətimizdir.


Vətən qəhrəmanları ilə ucalır, xatirələri ilə yaşayır!       Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon M...
13/08/2026

Vətən qəhrəmanları ilə ucalır, xatirələri ilə yaşayır!
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzi Nadirkənd kənd klubu, Borsunlu kənd mədəniyyət evi və Borsunlu kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsinin unudulmaz qəhrəmanı, şəhid Yusifov Çingiz Oktay oğlunun ailəsi ziyarət edilmişdir.
“Şəhidləri unutmayaq” layihəsi çərçivəsində qəhrəmanımızın böyüyüb boya-başa çatdığı müqəddəs ocaqda — onun evində “Qəhrəmanlar unudulmur: Əbədiyyət yolu” adlı dəyirmi masa təşkil olunmuşdur.
Əbədiyyət yolunun rəşadətli yolçusu: Çingiz Yusifov Kimdir?
1974-cü ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olan Çingiz Yusifov, 1990-cı illərin əvvəllərində Vətən torpaqları erməni işğalçılarının təcavüzünə məruz qaldığı ilk günlərdən etibarən silaha sarılaraq ön cəbhəyə yollanmışdır. O, Goranboyun müdafiəsində, xüsusilə cəbhənin ən qaynar nöqtələrindən olan Gülüstan kəndi və ətrafındakı strateji yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə rəşadətlə vuruşmuşdur. 1993-cü ilin gərgin hərbi əməliyyatları zamanı düşmən hücumlarının qarşısını qəhrəmancasına alarkən şəhidlik zirvəsinə ucalmış və doğma Borsunlu kəndində dəfn olunmuşdur.
Keçirilən anım tədbirində çıxış edənlər şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs etdilər. Ziyarət zamanı şəhid ailəsinin hər zaman dövlətimizin və mədəniyyət işçilərinin diqqət mərkəzində olduğu bir daha vurğulanmışdır. Şəhidimizin ailəsi göstərilən yüksək ehtiram və qayğıya görə təşkilatçılara öz dərin təşəkkürünü bildirmişdir.
Bizə azad və bütöv bir Vətən qoyan canlara minnətdarıq! Ruhun şad olsun, şanlı Azərbaycan Əsgəri!

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qazanbul...
12/08/2026

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qazanbulaq qəsəbə Mədəniyyət evinin təşkilatçılığı ilə körpələr evində "Nagıl saatı" təşkil edildi. Tədbirdə uşaqlara nagıllar söylənildi. Musiqi sədaları altında rəqs nümunələri göstərildi. Balacaların sevincindən bizlərdə pay düşdü. Tədbirin məqsədi uşaqlara xoş anlar yaşatmaq, xalq nağıllarına marağı artırmaq idi. Sonda uşaqlarla şəkillər çəkdirdik.


“Milli musiqimizin təbliği” mövzusunda folklor tədbirGəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyə...
12/08/2026

“Milli musiqimizin təbliği” mövzusunda folklor tədbir
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Zeyvə kənd Folklor Evində folklor mövzusunda “Milli musiqimizin təbliği” adlı tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi Azərbaycan milli musiqisinin, xalq rəqslərinin və folklor nümunələrinin təbliği, gənc nəslin milli-mənəvi dəyərlərimizə bağlılığının daha da gücləndirilməsi olmuşdur.
Tədbir zamanı milli musiqi nümunələri səsləndirilmiş, qızların ifasında Azərbaycan xalq rəqsləri nümayiş etdirilmişdir. İştirakçılara milli musiqimizin zənginliyi, qədimliyi və xalqımızın mədəni irsindəki mühüm rolu haqqında məlumat verilmişdir.
Milli musiqimiz və folklorumuz xalqımızın tarixini, adət-ənənələrini və mənəvi dünyasını yaşadan qiymətli sərvətimizdir. Bu zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin əsas vəzifələrindən biridir.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzi Məşədiqaralar kənd Sənətkarlıq Evinin kolle...
12/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzi Məşədiqaralar kənd Sənətkarlıq Evinin kollektivi tədbirlər planına əlavə olaraq 12 avqust 2026-cı il tarixdə Məşədiqaralar kənd Sənətkarlıq Evində Beynəlxalq Gənclər Günü münasibətilə"Gənclər Vətənin işıqlı sabahı,nurlu gələcəyidir!"adlı dəyirmi masa təşkil etdi.
Tədbirdə Məşədiqaralar kənd Sənətkarlıq Evinin kollektivi,Məşədiqaralar kənd Kitabxanasının direktoru və bir qrup gənc iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Məşədiqaralar kənd Sənətkarlıq Evinin direktoru Vəliyeva Türkan tədbir iştirakçılarını salamladi və Beynəlxalq Gənclər Günü münasibətilə bütün gəncləri təbrik etdi və bildirdi ki,Goranboy şəhəri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2026-cı il üçün rəsmi "Gənclər Paytaxtı" seçilib.Fevral ayında Goranboy şəhərində "GəncFest" və rəsmi açılış olub.Daha sonra bildirdi ki,gənclər vətənin işıqlı sabahı,nurlu gələcəyidir.Gəncliyin savadlı,dünyagörüşlü,yüksək əxlaqlı,tərbiyəli,vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir.Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir.
Daha sonra çıxış edən Məşədiqaralar kənd Sənətkarlıq Evinin bədii rəhbəri Ülviyyə Allahverdiyeva və Məşədiqaralar kənd kitabxananın direktoru Şəbnəm Ələsova gəncləri təbrik etdilər və gələcək həyatlarında uğurlar arzu etdilər.

"Goranboy 2026- Gənclər Paytaxtı " çərcivəsində Şəfəq kənd Mədəniyyət evinin təşkilatçılığı ilə velosiped yarışı keçiril...
06/08/2026

"Goranboy 2026- Gənclər Paytaxtı " çərcivəsində Şəfəq kənd Mədəniyyət evinin təşkilatçılığı ilə velosiped yarışı keçirildi.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəfəq kənd Mədəniyyət evinin əməkdaşları tərəfindən uşaqlar arasında velosiped yarışı təşkil olundu. Yarışın keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək, onların sağlam həyat tərzinə marağını artırmaq, idmana olan həvəslərini gücləndirmək, asudə vaxtlarını faydalı və mənalı keçirmələrini təmin etmək, eyni zamanda onları mədəniyyət evinin fəaliyyətinə cəlb edərək ictimai fəallıqlarını artırmaq idi. Böyük maraq və yüksək əhval-ruhiyyə şəraitində keçirilən yarışda iştirakçılar öz bacarıq və çevikliklərini nümayiş etdirdilər.Sonda I, Il və lll yerlərin qalibləri müəyyən edilərək pul mükafatı ilə təltif olundular. Şəfəq kənd Mədəniyyət evi bundan sonra da uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, onların yaradıcılıq və ictimai fəallıqlarını artırılması istiqamətində bu kimi tədbirlərin həyata keçirilməsini davam edəcəkdir.Bu cür layihələr gənc nəslin sağlam və fəal və vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor ...
05/08/2026

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə müsabiqə elan edir.

Namizədlər “MyCulture” vahid şəxsi kabineti üzərindən müraciət edə bilərlər.

https://my.culture.az/

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaraçinar...
05/08/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaraçinar kənd Mədəniyyət Evi və Qaraçinar kənd Kitabxana filialının birgə təşkilatçılığı ilə Qaraçinar kənd uşaq bağçasında "Nağılların sehirli dünyasında"adlı ədəbi-bədii tədbir keçirildi.
Tədbirdə uşaqlara maraqlı nağıllar oxundu,Azərbaycan xalq musiqisinin ayrılmaz tərkib hissəsi olan sazda ifalar səsləndirildi.Balacalar şeirlər söyləyərək öz bacarıqlarını nümayiş etdirdilər,müxtəlif tapmacaları cavablandırdılar.Musiqi sədaları altında rəqs edən uşaqların sevincindən bizə də pay düşdü.Tədbirimizin məqsədi həm uşaqlara xoş anlar yaşatmaq,həm də onlarda xalq nağıllarına,milli musiqimizə marağın artırılması idi.
Sonda uşaqlarla xatirə şəkilləri çəkdirildi.

🎬 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mə...
03/08/2026

🎬 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Zeyvə kənd Folklor Evində uşaqlar üçün "Sehrli Xalat" filminin nümayişi təşkil olundu.
Tədbirin məqsədi uşaqlarda Azərbaycan kinosuna marağı artırmaq, milli kino irsimizi tanıtmaq və onlarda vətənpərvərlik, dostluq, xeyirxahlıq kimi dəyərləri aşılamaq idi.
Nümayiş zamanı balaca izləyicilər filmi böyük maraq və sevinc hissi ilə izlədilər. Azərbaycan filmləri milli-mənəvi dəyərlərimizin qorunması, tariximizin, mədəniyyətimizin və adət-ənənələrimizin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
🎥 Azərbaycan Kinosu Günü mübarək! Milli kino irsimizi qoruyaq və yaşadaq!

Address

Goranboy Rayon Heydər Əliyev Prospekti 3
Geran'boy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994706546414

Website

Alerts

Be the first to know and let us send you an email when Goranboy rayon Mədəniyyət Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy rayon Mədəniyyət Mərkəzi:

Shortcuts

Share