Goranboy Rayon İcra Hakimiyyəti

Goranboy Rayon İcra Hakimiyyəti Goranboy

Goranboyda vətəndaş qəbulları davam edirAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraci...
05/09/2026

Goranboyda vətəndaş qəbulları davam edir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq sərəncam və tapşırıqlara uyğun olaraq, eləcə də bu istiqamətdə dövlət siyasəti əsas tutulmaqla, Goranboy rayon İcra Hakimiyyətində və İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərdə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir, onların problem, müraciət və təklifləri dinlənilir.
Vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı tədbirlər görülür, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparılaraq qanunvericiliyin tələblərinə uyğun aidiyyəti üzrə mərkəzi İcra Hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.

Goranboyda yeni inşa olunan internat tipli gimnaziyada tikinti işlərinin gedişinə baxış keçirildiGoranboy rayon İcra Hak...
05/09/2026

Goranboyda yeni inşa olunan internat tipli gimnaziyada tikinti işlərinin gedişinə baxış keçirildi

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhərində yeni inşa olunan Rəsul Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziyada aparılan tikinti işlərinin mövcud vəziyyəti ilə yerində tanış oldu.
Baxış zamanı gimnaziyada görülən işlərə, tikinti prosesinin hazırkı mərhələsinə və layihə üzrə nəzərdə tutulan işlərin icra vəziyyətinə diqqət yetirildi. Aidiyyəti məsul şəxslər tərəfindən layihənin gedişi, görülmüş işlər və növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə rayon rəhbərinə ətraflı məlumat verilərək bildirildi ki, yeni təhsil müəssisəsinin müasir tələblər əsasında inşası şagirdlərin təlim-tərbiyəsi, yaşayışı və hərtərəfli inkişafı üçün əlverişli və müasir şəraitin yaradılmasına imkan verəcək. Gimnaziyada tədris prosesinin səmərəli təşkili ilə yanaşı, şagirdlərin sosial və fərdi inkişafına xidmət edən zəruri infrastrukturun yaradılması nəzərdə tutulur.
Rayon İcra Hakimiyyətinin başçısı tikinti işlərinin gedişini qiymətləndirərək aidiyyəti şəxslərə layihənin müəyyən edilmiş tələblərə uyğun və keyfiyyətlə icra olunması, işlərin layihə-smeta sənədlərinə əsasən aparılması, tikinti zamanı texniki və təhlükəsizlik normalarına ciddi əməl edilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi.
Qeyd edək ki, 2024-cü ildə tikintisinə başlanılmış 320 şagird yerlik müasir təhsil müəssisəsi 7 korpusdan, 17 sinif otağından, 48 yerlik yataqxanadan, inzibati və yardımçı otaqlardan, eləcə də şagirdlərin təhsil və yaşayış şəraitinin təmin olunmasına xidmət edəcək digər zəruri infrastruktur bölmələrindən ibarət olacaq.

Goranboyda Dövlət Proqramının icrası çərçivəsində müasir suvarma sistemlərinin tətbiqi mövzusunda maarifləndirici görüş ...
05/09/2026

Goranboyda Dövlət Proqramının icrası çərçivəsində müasir suvarma sistemlərinin tətbiqi mövzusunda maarifləndirici görüş keçirildi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Goranboy rayonunun Hazırəhmədli kəndində müasir suvarma sistemlərinin tətbiqi mövzusunda maarifləndirici görüş keçirildi.
Görüşdə müasir suvarma sistemlərinin kənd təsərrüfatı istehsalında əhəmiyyəti, su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və məhsuldarlığın artırılması istiqamətində tətbiq olunan müasir texnologiyalar barədə fermer və sahibkarlara ətraflı məlumat verildi.
Daha sonra Həsənov Nadir Sadiq oğluna məxsus bağçılıq təsərrüfatına baxış keçirilib, mövcud suvarma sisteminin təşkili ilə bağlı mövcud vəziyyət ilə tanış olaraq, bu istiqamətdə görülə biləcək işlər barədə müzakirələr aparıldı.

04/09/2026

Goranboyda keçirilən təhsil işçilərinin sentyabr konfransından video xülasə

04/09/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

04/09/2026

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədovun iştirakı ilə rayon İcra Hakimiyyətinin inzibati…

"Xalq" qəzetində "Goranboyda yüksək bal toplayan məzunlarla görüş keçirilib" başlıqlı məqalə dərc edildiRayon İcra Hakim...
04/09/2026

"Xalq" qəzetində "Goranboyda yüksək bal toplayan məzunlarla görüş keçirilib" başlıqlı məqalə dərc edildi

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədovun iştirakı ilə keçirilən görüşdə builki qəbul imtahanlarında yüksək nəticə göstərən gənclər bir araya gəliblər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə məzunların uğurlarından söz açılıb. Məhərrəm Quliyev gəncləri qazandıqları nəticələr münasibətilə təbrik edərək bu uğurun təsadüfi olmadığını bildirib. Qeyd olunub ki, yüksək nəticələrin əldə edilməsində müəllimlərin fədakar əməyi, valideynlərin diqqət və qayğısı, eləcə də məzunların əzmkarlığı mühüm rol oynayıb.
Rayon rəhbəri gənclərə ali təhsil həyatında da uğurlar arzulayıb, seçdikləri ixtisaslar üzrə yaxşı mütəxəssis kimi formalaşmalarının və gələcəkdə ölkənin inkişafına töhfə vermələrinin vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Anar Məmmədov da məzunların nəticələrini yüksək qiymətləndirib. O, gəncləri qazandıqları uğurlarla kifayətlənməməyə, təhsil və elmə daim üstünlük verməyə, yeni nailiyyətlər qazanmağa çağırıb.
Görüşdə çıxış edən digər natiqlər də məzunları təbrik edərək onlara tələbəlik illərində uğurlar arzulayıblar.
Rəqəmlər də Goranboy məzunlarının builki qəbulda əldə etdiyi nəticələrin miqyasını göstərir. 500–700 bal intervalında nəticə göstərərək ali məktəblərə qəbul olan 53 məzundan 11-i 600-dən yuxarı bal toplayıb.
Yüksək nəticə göstərən məzunların hər birinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunub.
Belə görüşlər gənclərin əməyinin qiymətləndirilməsi ilə yanaşı, məktəblilərə və gələcək məzunlara da bir mesaj verir: zəhmət, məqsəd və əzmkarlıq nəticəsiz qalmır.
Sonda xatirə şəkli çəkdirilib.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

https://xalqqazeti.az/az/tehsil/278066-goranboyda-yuksek-bal-toplayan-mezunlarla?fbclid=IwY2xjawUHkmxwZG9mAWV4dG4DYWVtAjExAGJyaWQRMVQ1VkpVdmNwaUprd2pjOXpzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeXpgm-Nf7cg9Rf1Vg0aOgfEAK9slkveg4EXb76Uie7nXWMtKwiLBPW67CNoM_aem_T0OG9Idero9jewYR8EMWMA

04/09/2026

Goranboy rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, görü

Goranboyda yüksək balnan ali məktəblərə qəbul olan məzunlarla görüş keçirildiGoranboy rayon İcra Hakimiyyətinin başçısı ...
04/09/2026

Goranboyda yüksək balnan ali məktəblərə qəbul olan məzunlarla görüş keçirildi

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədovun iştirakı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin dəstəyi ilə rayon İcra Hakimiyyətinin inzibati binasında ali məktəblərə yüksək balnan qəbul olan məzunlarla görüş keçirildi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev məzunları ali məktəblərə qəbul olmaları və yüksək nəticələr göstərmələri münasibətilə təbrik edərək, onların qazandıqları uğurların rayonun təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, müəllimlərin fədakar əməyinin, valideynlərin diqqət və qayğısının, eləcə də məzunların göstərdikləri əzmkarlığın nəticəsi olduğunu bildirərək gənclərə ali təhsil mərhələsində də yüksək nəticələr əldə etməyi, seçdikləri ixtisas üzrə peşəkar mütəxəssis kimi formalaşmağı və gələcəkdə ölkəmizin inkişafına öz töhfələrini verməyi arzuladı.
Milli Məclisin deputatı Anar Məmmədov çıxışında məzunların yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olmalarını təqdirəlayiq hal kimi qiymətləndirərək gəncləri qazandıqları uğurları daha böyük nailiyyətlərlə davam etdirməyə, təhsilə və elmə xüsusi önəm verməyə çağıraraq, gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı.
Tədbirdə çıxış edən digər natiqlər də məzunların əldə etdikləri yüksək nəticələrin əhəmiyyətindən danışaraq, onları təbrik etdilər və gələcək təhsil həyatlarında uğurlar arzuladılar.
Tədbirdə 500–700 bal intervalında yüksək nəticə göstərmiş, ümumilikdə 53, o cümlədən 600-dən yuxarı bal toplamış 11 məzuna rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edildi.
Sonda xatirə şəkili çəkdirildi.

Goranboyda sakinlərin qəzalı körpü ilə bağlı müraciəti həll olunduGoranboy rayon İcra Hakimiyyəti başçısının Zeyvə kəndi...
04/09/2026

Goranboyda sakinlərin qəzalı körpü ilə bağlı müraciəti həll olundu

Goranboy rayon İcra Hakimiyyəti başçısının Zeyvə kəndində keçirdiyi səyyar qəbul zamanı kənd sakinləri tərəfindən ikinci pay torpaqlarına gediş-gəlişində mühüm əhəmiyyət daşıyan qəzalı körpünün cari təmir olunması ilə bağlı etdikləri müraciət Goranboy rayon İcra Hakimiyyəti, Su Meliorasiya Sistemləri İstismarı İdarəsi və yerli bələdiyyənin birgə təşkilatçılığı ilə həll edildi.

Address

Geran'boy
AZ2200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222451053

Alerts

Be the first to know and let us send you an email when Goranboy Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share