Goranboy

Goranboy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Goranboy, Landmark & historical place, Goranboy.

Qəhrəmanlar diyarı!Aşağı Ağcakənd.GORANBOY!
15/04/2016

Qəhrəmanlar diyarı!
Aşağı Ağcakənd.GORANBOY!

11.01.2014-cü il gecə saatlarında əslən Goranboy rayonunun Xanqərvənd kəndindən olan istedadlı Azərbaycan şahmatçısı, be...
12/01/2014

11.01.2014-cü il gecə saatlarında əslən Goranboy rayonunun Xanqərvənd kəndindən olan istedadlı Azərbaycan şahmatçısı, beynəlxalq dərəcəli qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə yığmamızın heyətində həlledici qələbə qazanaraq Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Allah Vüqara rəhmət eləsin, yaxınlarına, valideyinlərinə səbr versin! Vüqarın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

http://www.youtube.com/watch?v=lKBStMLyzoo

13/11/2012
GORANBOY
13/11/2012

GORANBOY

Bayramlar bereketdir, ümiddir, hesretdir. Sabahlar niyyetdir. Kesdiyiniz qurban ve dualarınız qebul olsun, sevdikleriniz...
24/10/2012

Bayramlar bereketdir, ümiddir, hesretdir. Sabahlar niyyetdir. Kesdiyiniz qurban ve dualarınız qebul olsun, sevdikleriniz hemiŞe sizinle olsun.. Bayramınız mübarek olsun...
bu Bayram Vetenimiz Milletimiz ucun duserli olsun Insallah....


http://www.facebook.com/lamekan.sari

19/08/2012

Salam Aleykum..Ramazan bayraminiz mubarek olsun............ insallah Qildiqiniz Namazlar, Tutduqunuz oruclar, Etdiyiniz dualar Qebul olar......Allah her kese Hidayet qismet etsin Insallah...

RAMAZAN BAYRAMİNİZ MUBAREK
19/08/2012

RAMAZAN BAYRAMİNİZ MUBAREK

LaMeKaN
17/08/2012

LaMeKaN

15/08/2012

Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər – qalası yerləşir. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün «Albaniya tarixi» kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, şabran və Şəmkirlə eyni səviyyədə idi. Qədim mənbələrdən məlum olur ki, Şatal V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl, Şutur kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şatal şəhərini yerlə yeksan etmişlər. Şatal şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi «qala yeri», yaxınlıqdakı kənd isə «sevinc, şənlik, səadət» mənasında Şadlı adlanır. Rayon ərazisində aşağıda adları çəkilən tarixi və memarlıq abidələri var: Goran stansiyasında 2,5 km şimalda bizim eradan əvvəl I minilliyə aid insan məskənlərinin qalıqları; Goranboy şəhərində 2 km şimal-şərqdə tunc dövrünə aid Qoçtəpə yaşayış yeri; Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni, Balakürd kəndi yaxınlığında VII – VIII əsrlərə aid «Tosal ocağı» adlı abidə; Xangərvənd kəndi yaxınlığında XVIII əsrə aid abidə; Səfikürd kəndində XX əsrin əvvəllərində tikilmiş türbə, qala (XIII əsr) və XIX əsrdə tikilmiş məscid; Rəhimli kəndində XVIII – XIX əsrlərə aid türbə kompleksi, XIX əsrdə ucaldılmış Şatal qalası, XX əsrə aid Mirzə Adıgözəl bəy türbəsi; Qazanbulaq kəndində orta əsrlərə aid türbələr; Kürəkçay kəndində XIX əsrə aid qala, Gülüstan kəndində XII – XVII əsrlərə aid Gülüstan qalası. Nisbətən yaxın vaxtlarda Naftalan adlı kəndin yerində yaranmış Naftalan şəhəri bu rayonun məşhurlaşmasında mühüm rol oynamışdır. Kurort şəhəri olan Naftalanda bir neçə sanatoriya və pansionat var. Naftalanın əsas sərvəti – Naftalan neftidir. Naftalan adının etimologiyası «süzülən» və ya «axıb gedən» mənasını verən «nafta» sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar. Müalicəvi xassələrə malik olan Naftalan nefti əsəb, genikoloci, uroloci və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqlarının və dayaq – hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumalarının müalicəvi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur. Təsadüfi deyildir ki, qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğıdan qoruyur, bədəninə alov təhlükəsi olmamaq xassəsi bəxş etmişdir. Hələ qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan şərq ölkələrinə yollanırdı. 1887-ci ildə Yeqer familiyalı bir alman mühəndisi Almaniyada «Naftalan» məlhəmini istehsal etməyə başlamışdır. Bu məlhəm dünyanın bir sıra ölkələrinə ixrac edilirdi. Rus – Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: «Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın». Naftalanda dünyada yeganə olan bir muzey var: bu muzeyin eksponatları – atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldığı üçün onlara qoltuq ağacları daha lazım deyildi, buna görə də onlar həmin ağacları Naftalanda qoyub gedirdilər.

LaMeKaN

Address

Goranboy

Website

Alerts

Be the first to know and let us send you an email when Goranboy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy:

Share