Goranboy Rayon Heydər Əliyev Mərkəzi

Goranboy Rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Goranboy Rayon Heydər Əliyev Mərkəzi, Political organisation, Goranboy.

12 avqust 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər K...
12/08/2026

12 avqust 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə 12-Avqust Beynəlxalq Gənclər günü münasibətilə "Azərbaycan gəncliyi gənclərin əlindədir" mövzusunda dəyirmi masa keçirildi.

10 avqust 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər K...
10/08/2026

10 avqust 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə Mülkü-Müdafiə Günü ilə əlaqədar "Mülki müdafiə bilikləri - təhlükəsiz gələcəyimiz" mövzusunda konfrans keçirildi.

07 avqust 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Heydər Əliyev adına Mədəniyyət və ist...
07/08/2026

07 avqust 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği ilə əlaqədar "Heydər Əliyev irsi kitablarda yaşayır" başlıqlı kitab sərgisi təşkil edildi.

Goranboy Rayon İcra Hakimiyyəti və  Goranboy rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərba...
03/08/2026

Goranboy Rayon İcra Hakimiyyəti və Goranboy rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə 31 iyul tarixdə tədbir keçirilib.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən bəhs olunub, Azərbaycan dilinin milli kimliyimizin əsas sütunlarından biri olduğu vurğulanıb.

Çıxışlarda Azərbaycan dilinin zənginliyi, saflığının qorunmasının vacibliyi, milli-mənəvi dəyərlərimizin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində ana dilinin mühüm rolu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Azərbaycan dilinin tarixi, əlifbamızın inkişaf mərhələləri və dilimizin zənginliyini əks etdirən nəşrlərdən ibarət kitab sərgisi təşkil olunub.

Sonda məktəblilər tərəfindən Azərbaycan dilinə həsr olunmuş şeirlər səsləndirilib. Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

22 iyul  2026-cı il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın oxu zalında Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananı...
23/07/2026

22 iyul 2026-cı il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın oxu zalında Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə 22 iyul Milli Mətbuatın yaranmasının 151-ci ildönümü ilə əlaqədar "Mətbuatın cəmiyyətin inkişafında rolu" mövzusunda dəyirmi masa keçirildi.
Çıxış edənlər bildirib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın əsasını qoymuş, xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfələr vermişdir.
Tarix boyu Azərbaycan mətbuatı müxtəlif dövrlərdə çətin sınaqlarla üzləşsə də, cəmiyyətin informasiya təminatında, milli-mənəvi dəyərlərin qorunmasında və vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayıb. Mətbuat həmişə xalqın səsi olmuş, ictimai proseslərin obyektiv işıqlandırılmasına çalışmışdır.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı media sahəsində yeni imkanlar yaratmaqla yanaşı, yeni məsuliyyətlər də formalaşdırır. Bu baxımdan peşəkar jurnalistika cəmiyyət üçün etibarlı informasiya mənbəyi olaraq öz əhəmiyyətini qoruyur.

14 iyul 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəz, Şəhər Kitabxana filialı  və Mərkəzi Kitabxana...
15/07/2026

14 iyul 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəz, Şəhər Kitabxana filialı və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə 14 İyul Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi münasibətilə “Heydər Əliyev İrsi Dövlətçiyin möhkəm təməlidir” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdən ilk öncə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər vurğuladı ki,14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biridir. Onun rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, elm və təhsilin, mədəniyyətin və səhiyyənin inkişaf istiqamətində mühüm tədbirlər həyata keçirildi. Yeni sənaye müəssisələri yaradıldı, şəhər və rayonlarda geniş quruculuq işləri aparıldı. 1991-ci ildə Azarbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət yarandı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidan siyasi hakimiyyətə qayıtdı. Onun rəhbərliyi altında ölkədə sabitlik təmin edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət quruculuğu prosesi sürətləndirildi və hüquqi, demokratik dövlətin təməli möhkəmləndirildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində də mühüm uğurlar əldə olundu. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkənin iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına böyük töhfə verdi. Ordu quruculuğu gücləndirildi, iqtisadi islahatlar həyata keçirildi, təhsil, elm və mədəniyyət sahələrinə dövlət qayğısı artırıldı.Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və müasir Azrbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsində müstəsna xidmətlər göstərmişdir. Onun siyasi irsi bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır. Azarbaycan xalqı Heydər Əliyevin dövlətçilik ideyalarını dərin ehtiramla xatırlayır və gələcək nəsillərə çatdırır.

08 iyul 2026-il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində 10 iyul -Tovuz döyüşlərinin 6-cı il dönümü ilə əlaqədar,...
15/07/2026

08 iyul 2026-il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində 10 iyul -Tovuz döyüşlərinin 6-cı il dönümü ilə əlaqədar, Heydər Əliyev Mərkəzi, Şəhər Kitabxana filialı və Mərkəzi Kitabxana əməkdaşlarının birgə təşkilatçılığı ilə "Tovuz Döyüşləri-Qəhrəmanlıq Salnaməsi" mövzusunda disbut söhbət keçirildi. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Çıxış edənlər bildiriblər ki, bu gün biz bura Azərbaycan hərb tarixinin ən şanlı və qürurverici səhifələrindən birini – Tovuz döyüşlərini anmaq, qəhrəmanlarımızın əziz xatirəsini yad etmək üçün toplaşmışıq. 2020-ci il iyulun 12-də mənfur düşmən dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəfildən hücuma keçdi. Onların məqsədi strateji yüksəklikləri ələ keçirmək və Azərbaycanın dünyaya açılan enerji kəmərlərini, mühüm kommunikasiya xətlərini hədəf almaq idi. Lakin düşmən unudurdu ki, qarşısında rəşadətli Azərbaycan Ordusu dayanırdı. 4 gün davam edən şiddətli döyüşlərdə ordumuz düşmənə sarsıdıcı zərbə vurdu. Ermənistanın "yenilməz ordu" mifi bir daha darmadağın edildi, yüzlərlə canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Tovuz döyüşləri bizə sübut etdi ki, Azərbaycan ordusunun zabiti əsgərinin arxasında gizlənmir, əksinə, ona rəhbərlik edərək ön cəbhədə vuruşur.Çıxış zamanı bu döyüşlərdə ölkəmizin 12 mərd oğlu qəhrəmancasına şəhid oldu. Əsgərləri ilə çiyin-çiyinə, ön xətdə vuruşan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev adlarını tariximizə qızıl hərflərlə yazdığı qeyd olundu. Onlar fiziki olaraq aramızdan getsələr də, hər biri bir hünər, bir rəşadət məktəbinə çevrildilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 gündə düşməni diz çökdürdü və Polad Həşimovun, İlqar Mirzəyevin, bütün şəhidlərimizin qisasını döyüş meydanında aldı. Bu gün biz qalib bir ölkənin vətəndaşları olaraq fəxrlə deyirik: Tovuz döyüşləri bizim qürurumuz, unudulmaz qəhrəmanlıq salnaməsdir. Tədbirin sonunda Tovuz döyüşlərindən bəhs edən videoçarx izlənildi.

25 iyun 2026-cı il tarixdə Heydər Əliyev Mərkəzində, Mərkəz, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşki...
29/06/2026

25 iyun 2026-cı il tarixdə Heydər Əliyev Mərkəzində, Mərkəz, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə "Azərbaycan ordusunun şanlı tarixi" mövzusunda konfrans keçirildi. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başladı. Tədbirdə çıxış edənlər Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün əsas təminatçısı Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasəti bu gün uğurla davam etdirilir və Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir.Qeyd olundu ki, Ali baş komandan İlham Əliyevinin komandanlığı və ordumuzun sayəsində otuz ildən çox əsirlikdə qalan torpaqlarımız 44 günlük müharibə zamanı əsirlikdən azad oldu, həmin torpaqlarda quruculuq işləri aparıldı məcburi köçkünlər öz yurdlarına qayıtdılar. Xalqımız Azərbaycan əsgərinin qəhrəmanlığını, cəsarətini və Vətənə sonsuz sevgisini daim yüksək qiymətləndirir. Ordumuzun şanlı zəfərləri, şəhidlərimizin əziz xatirəsi və qazilərimizin fədakarlığı hər birimiz üçün qürur və örnəkdir. Bu əlamətdar gündə vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün hərbi qulluqçularımızı, veteranlarımızı və Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

24  iyun 2026-cı il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın oxu zalında 26 İyun-Narkomaniya və Narkobiznesə qarşı Be...
29/06/2026

24 iyun 2026-cı il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın oxu zalında 26 İyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Şəhər Kitabxana filialının birgə təşkilatçılığı və Goranboy rayon Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının iştrakı ilə "Narkomaniya gələcəyin və cəmiyyətin düşmənidir" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, narkomaniya bəşəriyyətin üzləşdiyi ən ciddi sosial problemlərdən biridir. Narkotik vasitələr insanın sağlamlığına, psixikasına, ailə münasibətlərinə və cəmiyyətə böyük zərər vurur. Narkotikdən istifadə edən şəxslər tədricən öz sağlamlıqlarını, iradələrini və həyata olan maraqlarını itirirlər. Bu bəla xüsusilə gənclərin gələcəyini təhlükə altına alır. Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, hər il 26 iyun tarixi Dünyada Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. Bu günün məqsədi insanları narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, xüsusilə gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və cəmiyyəti bu təhlükəyə qarşı birgə mübarizəyə səsləməkdir. Narkomaniyanın qarşısının alınmasında ailənin, məktəbin, kitabxanaların, mədəniyyət və təhsil müəssisələrinin rolu böyükdür. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların idmana, elmə, incəsənətə və mütaliəyə cəlb olunması bu bəlanın qarşısının alınmasına kömək edir. Unutmayaq ki, sağlam cəmiyyət sağlam gənclikdən başlayır. Gəlin, birlikdə narkomaniyaya "Yox!", sağlam həyata isə "Bəli!" deyək. Sağlam gələcək naminə hər birimiz bu ümumbəşəri problemə qarşı mübarizədə fəal iştirak etməliyik.

16 iyun 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəzi, Mərkəzi Kitabxana, Şəhər Kitabxana filialı v...
18/06/2026

16 iyun 2026-cı il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəzi, Mərkəzi Kitabxana, Şəhər Kitabxana filialı və gənc könüllülərin iştirakı ilə İnsan hüquqları aylığı çərçivəsində “İnsan hüquqları–ləyaqətli həyatın təminatıdır” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edənlər mövzu ətrafında iştirakçılara geniş məlumat verdilər. İştirakçılara insan hüquqları hər bir insanın yalnız insan olduğu üçün doğulduğu andan malik olduğu əsas hüquq və azadlıqlardan söhbət açdılar. Bu hüquqlar insanların irqi, milliyyəti, dili, dini, cinsi və sosial mənşəyindən asılı olmayaraq hamıya bərabər şəkildə şamil edilir. İnsan hüquqlarına yaşamaq, təhsil almaq, fikir və söz azadlığı, əmək, sağlamlığın qorunması, təhlükəsiz yaşamaq və qanun qarşısında bərabərlik hüquqları haqqında söz açdılar. Qeyd olundu ki,bu hüquqların qorunması cəmiyyətdə ədalətin, bərabərliyin və insan ləyaqətinin təmin olunmasına xidmət edir. Hüquqlarımızı bilmək və onlardan düzgün istifadə etmək hər bir vətəndaşın borcudur. Eyni zamanda, hər bir insan öz hüquqları ilə yanaşı, başqalarının da hüquq və azadlıqlarına hörmət etməlidir. İnsan hüquqlarının qorunması demokratik və hüquqi dövlətin əsas prinsiplərindən biridir. Maarifləndirici söhbətin məqsədi insanlarda hüquq mədəniyyətini artırmaq, öz hüquqlarını tanımağa və onları qorumağa təşviq etməkdir. Unutmayaq ki, hüquqlarını bilən insan cəmiyyətin daha fəal və məsuliyyətli üzvünə çevrilir.

Address

Goranboy

Opening Hours

Monday 09:00 - 12:00
Tuesday 09:00 - 12:00
Wednesday 09:00 - 12:00
Thursday 09:00 - 12:00
Friday 09:00 - 12:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Goranboy Rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share