Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri

Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri, Government Organization, Az, Horadiz.

Füzuli Rayon İcra Hakimiyyəti, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru.

Şöbə müdirinin müavini-sektor müdiri: Misirli Hafiz

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Əsədov Şövqi Qarakişi oğlunun doğum günüdür.Şövqi Qarakişi oğlu Əsədov 1 avqust...
01/08/2026

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Əsədov Şövqi Qarakişi oğlunun doğum günüdür.
Şövqi Qarakişi oğlu Əsədov 1 avqust 1973-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1980-ci ildə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
1992-ci il iyulun 7-də həqiqi hərbi xidmətə çağırılan Şövqi Əsədov Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlamışdır. Qısa müddətdə göstərdiyi cəsarət, intizam və döyüşkənliyi ilə silahdaşlarının dərin hörmətini qazanmışdır.
O, 28 iyul 1992-ci ildə Qırmızı Bazar, 15 avqust 1992-ci ildə Məlikcan, 6–7 sentyabr 1992-ci ildə Hacıkənd, 23 sentyabr 1992-ci ildə Xocavənd, 13 oktyabr 1992-ci ildə Üryandağ, həmçinin 5 yanvar 1994-cü ildə Şükürbəyli–Horadiz istiqamətində gedən döyüşlərdə böyük igidlik və şücaət göstərmiş, düşmənin xeyli canlı qüvvəsinin məhv edilməsində fəal iştirak etmişdir.
1994-cü il aprelin 18-də doğulub boya-başa çatdığı Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Marks İbad oğlu Hacıyevin doğum günüdür.Füzuli rayonunun Babı kəndində dünyaya ...
08/07/2026

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Marks İbad oğlu Hacıyevin doğum günüdür.

Füzuli rayonunun Babı kəndində dünyaya göz açan Marks Hacıyev Vətənə və hərbi anda sadiq qalaraq 1992-ci il avqustun 16-da Yuxarı Veysəlli kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Onun şərəfli ömür yolu və müqəddəs əmanəti gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Bu əlamətdar gündə şəhidimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində xalqımız tarixi Zəfərə qovuşaraq Birinci Qarabağ müharibəsi şəhidlərinin qanını yerdə qoymadı.

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Əliyev Möysüm Murad oğlunun nəşi şəxsiyyəti müəyyən edildikdən sonra Fü...
03/07/2026

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Əliyev Möysüm Murad oğlunun nəşi şəxsiyyəti müəyyən edildikdən sonra Füzuli rayonunun Birinci Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.
Uzun illər itkin hesab olunan şəhid Möysüm Əliyev doğma yurdunda izdihamlı vida mərasimi ilə son mənzilə yola salınıb.

Dəfn mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, hərbi qulluqçular, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın heç vaxt unudulmayacağı bir daha vurğulanıb.

Möysüm Murad oğlu Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Bu gün Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən, Daxili Qoşunların Birinci Qarabağ müharibəsində şəhid olmuş əm...
01/07/2026

Bu gün Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən, Daxili Qoşunların Birinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşları — Rüstəmov Siyavuş Qiyas oğlu, Yusifov Fərhad Ramazan oğlu, Daşdıyev Maqsud Xankişi oğlu, Qəhrəmanov Yalçın Məmmədxan oğlu və Abbasov Şahin Cəmaləddin oğlunun əziz xatirəsinə ucaldılmış abidə Füzuli Rayon İcra Hakimiyyətinin, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları, Əhli-Beyit məscidinin imamı, Böyük Bəhmənli kənd İcra nümayəndəsi və əməkdaşı, Böyük Bəhmənli kənd Bələdiyyəsinin sədiri, Füzuli rayonu polis veteranları, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunmuş, abidə önünə tər gül dəstələri düzülmüşdür.
Tədbir zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, onların keçdiyi şərəfli döyüş yolu və Vətən qarşısındakı xidmətləri barədə fikirlər səsləndirilmişdir.

Bu gün Azərbaycanın igid oğlu, Elxan Zülfüqarovun doğum günüdür.Elxan Qaçay oğlu Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli ...
29/06/2026

Bu gün Azərbaycanın igid oğlu, Elxan Zülfüqarovun doğum günüdür.
Elxan Qaçay oğlu Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. Gənc yaşlarından vətənpərvərliyi, cəsarəti və mübariz ruhu ilə seçilmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışsa da, Vətən torpaqlarının işğal təhlükəsi ilə üzləşdiyi dövrdə rahat həyatı deyil, döyüş meydanını seçmişdir.
Birinci Qarabağ müharibəsi başlayanda Elxan Zülfüqarov könüllü olaraq cəbhəyə yollanmış, Laçın, Qubadlı, Zəngilan və Füzuli istiqamətlərində gedən ağır döyüşlərdə böyük şücaət göstərmişdir. Kəşfiyyatçı kimi düşmən arxasında həyata keçirdiyi uğurlu əməliyyatlar onun adını qəhrəmanlıq salnaməsinə yazmışdır. Düşmən belə onun peşəkarlığından və cəsarətindən ehtiyat edirdi.
40-dan artıq döyüş əməliyyatında iştirak edən Elxan Zülfüqarov, 1994-cü il 5 yanvar tarixində Füzuli rayonunun Şükürbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Elxan Zülfüqarov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bu gün doğum günündə onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Elxan Zülfüqarov kimi qəhrəmanlarımız xalqımızın qürur mənbəyi, gələcək nəsillər üçün isə əsl vətənpərvərlik nümunəsidir.

Füzuli rayonunda şəhid övladları məzun oldularBu gün respublikamızın bütün ümumtəhsil məktəblərində XI sinif şagirdləri ...
13/06/2026

Füzuli rayonunda şəhid övladları məzun oldular

Bu gün respublikamızın bütün ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün “Son zəng” çalındı. Respublikanın digər bölgələrində olduğu kimi, Füzuli rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən “Son zəng” tədbirləri keçirildi.

2025–2026-cı tədris ilində Füzuli rayonu üzrə 1068 nəfər XI sinif şagirdi məzun adını qazandı. Bu məzunların sırasında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladları da yer alır.
Belə ki, şəhid övladlarından Füzuli rayon B. Əliyev adına Əhmədalılar kənd tam orta məktəbinin məzunu Həmidli Fərid Orxan oğlu, Ə. Səlimov adına Kərimbəyli kənd tam orta məktəbinin məzunu Əsədov Uğur Anar oğlu və M.M. Xəzani adına Musiqi Təmayüllü Gimnaziyanın məzunu Babayev Pərviz Fariz oğlu bu il məzun olan şəhid övladlarındandır.

Şəhid övladlarını məzun olmaları və “Son zəng” münasibətilə təbrik etmək məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev adıçəkilən təhsil müəssisələrində olub.
Məzunları təbrik edən rayon rəhbəri çıxışında dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu bir daha gənclərin diqqətinə çatdıran Alı Alıyev məzunları hər zaman dövlətimizə və xalqımıza layiqli vətəndaş olmağa, Vətəni və torpağı sevməyə çağırıb, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Rayon rəhbəri şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayaraq bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın bizlərə əmanəti olan şəhid övladlarına xüsusi diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

Sonda məzun şəhid övladlarına rayon rəhbəri tərəfindən hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əslən Füzuli rayonunun Saracıq kəndində qeydiyyatda olan, haz...
09/06/2026

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əslən Füzuli rayonunun Saracıq kəndində qeydiyyatda olan, hazırda keçmiş məcburi köçkün kimi Mingəçevir şəhərində yaşayan Vətən müharibəsi şəhidi Nicat Cahangir oğlu Hacıyevin anası Əsli Hacıyevanı ziyarət etmişdir.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinin qayğı və problemləri ilə yaxından maraqlanmış, onların müraciətlərini dinləmişdir. Səsləndirilən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir

01/06/2026

Füzuli rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarının iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələrinə və övladlarına dövlət tərəfindən göstərilən diqqət və qayğının əyani təzahürü olaraq uşaqlar üçün müxtəlif əyləncəli proqramlar təşkil olunmuş, onlara bayram sevinci yaşadılmışdır.

Füzuli rayonunda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Qəhrəmanların əmanəti, bayramınız mübarək” a...
01/06/2026

Füzuli rayonunda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Qəhrəmanların əmanəti, bayramınız mübarək” adlı tədbir keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, şəhid ailələri və şəhid uşaqları iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şəhid övladları ilə birgə Horadiz şəhərində yerləşən ”Qəhrəmanlar Parkı”nı ziyarət etdilər. Ziyarət zamanı vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramlarını ifadə edərək onların abidələri önünə gül dəstələri düzdülər və xatirə şəkli çəkdirdilər.
Tədbir Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyev və bütün şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Daha sonra dövlət-uşaq siyasətindən bəhs edən videoçarx izlənildi.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən, həssas təbəqədən olan ailələrin və uşaqların daim dövlətin diqqət mərkəzində olmasından bəhs etdi. Müzəffər ordumuzun Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində qazandığı böyük Zəfərdən söz açan Alı Alıyev, şəhid övladlarını 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ürəkdən təbrik etdi, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzuladı.

Sonra Yap Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyevə çıxış edərək, şəhid övladlarını bayram münasibəti ilə təbrik etdi. Azərbaycan Respublikasının Prezidneti tərəfindən uşaqların sosial müdafiəsinin gücləndirilməsindən, təhsil və inkişaf imkanlarının genişləndirilməsindən danışan Nazimə Şamıyeva xüsusilə şəhid övladlarına göstərilən qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirdi.

Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən uşaqlar üçün hazırlanmış tamaşa təqdim olundu.
Rayon İcra Hakimiyyəti tərəfindən bayram hədiyyəsi olaraq şəhid övladlarının şəxsi hesablarına maddi vəsait köçürülmüşdür. Həmçinin YAP Füzuli rayon təşkilatı tərəfindən şəhid övladlarına hədiyyələr təqdim olundu.

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti 33 ildən sonra nəşinin qalıqları tapılaraq dəf...
17/05/2026

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti 33 ildən sonra nəşinin qalıqları tapılaraq dəfn olunan, Birinci Qarabağ Müharibəsinin şəhidi Ələddin Həziyevin yas mərasimində iştirak ediblər.

Bakı şəhəri, Pirallahı rayonunda keçirilən yas mərasimində iştirak edən rəsmilər mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verib, ruhuna dualar oxuyaraq ehtiramlarını bildiriblər.

Address

Az
Horadiz

Alerts

Be the first to know and let us send you an email when Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri:

Shortcuts

Share