Yeni Azerbaycan Partiyasi Imişli rayon təşkilati

Yeni Azerbaycan Partiyasi Imişli rayon təşkilati 03 iyul 1993-cü ildə təsis konfransı olmuşdur.
Üzvlərin sayı: 8538 nəfər

“Ulu Öndərin izi ilə böyüyən nəsil” adlı tədbir keçirilibYeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşkilatçıl...
28/08/2026

“Ulu Öndərin izi ilə böyüyən nəsil” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşkilatçılığı ilə İmişli şəhər 4 nömrəli uşaq bağçasında “Ulu Öndərin izi ilə böyüyən nəsil” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, ETİHİ İmişli rayon komitəsinin sədri Kərim Kərimov, İmişli şəhər 4 nömrəli uşaq bağçasının müdiri Günel Əmirova, əməkdaşlar və uşaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqının milli sərvəti, dövlətimizin inkişaf yolunun isə möhkəm ideoloji təməlidir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənib, ölkəmiz davamlı inkişaf yoluna qədəm qoyub və müasir dövlətçilik ənənələri daha da güclənib. Səfa Ağayev vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Gələcəyimiz olan uşaqların sağlam düşüncəli, savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə məktəbəqədər təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Çünki uşaqlıq illərində formalaşan dəyərlər insanın gələcək həyatında onun dünyagörüşünə və şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir.
ETİHİ İmişli rayon komitəsinin sədri Kərim Kərimov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı müstəsna roldan danışıb. Bildirib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində dövlətçilik, milli birlik və inkişaf anlayışları ilə sıx bağlıdır. Ulu Öndərin zəngin siyasi və mənəvi irsi bu gün də xalqımız üçün böyük örnəkdir.
İmişli şəhər 4 nömrəli uşaq bağçasının müdiri Günel Əmirova tədbirin əhəmiyyətindən danışaraq belə görüşlərin uşaqların milli-mənəvi dəyərlər ruhunda böyüməsinə, onların Vətənə və dövlətə bağlılıq hisslərinin formalaşmasına mühüm töhfə verdiyini bildirib.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə azyaşlıların hazırladıqları müxtəlif bədii kompozisiyalar olub. Uşaqlar şeirlər, mahnılar və səhnəciklərlə çıxış edərək Ulu Öndər Heydər Əliyevə, doğma Azərbaycana və Vətən sevgisinə olan saf və səmimi duyğularını nümayiş etdiriblər. Onların çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

26 Avqust – Laçın şəhəri günü26 avqust Laçının işğaldan azad olunması ilə yaddaşımıza yazılıb. Laçın şəhəri işğaldan aza...
26/08/2026

26 Avqust – Laçın şəhəri günü
26 avqust Laçının işğaldan azad olunması ilə yaddaşımıza yazılıb. Laçın şəhəri işğaldan azad edilmiş şəhər olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün və illərlə davam edən yurd həsrətinin sonunun rəmzidir. Laçının taleyində 1992-ci il mayın 18-i ən ağır tarixlərdən biri oldu. Həmin gün şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Laçınlılar doğma evlərini, küçələrini, məktəblərini, ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Sonrakı illərdə Laçın minlərlə insanın qəlbində yaşatdığı bir yurd nisgili kimi qaldı. Amma zaman dəyişdi. Ölkəmizin güclənməsi, ordumuzun modernləşdirilməsi və dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsi Qarabağ münaqişəsinin həlli üçün yeni reallıqlar yaratdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu məqsədin reallaşdığı tarixi mərhələyə çevrildi. 44 gün ərzində Azərbaycan Ordusu Ermənistanın uzun illər ərzində yaratdığı müdafiə sədlərini yararaq işğal altındakı ərazilərimizin böyük hissəsini azad etdi. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Bu tarix Laçının müasir tarixində yeni səhifənin ilk cümləsi oldu. Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil oldu. 30 ilə yaxın davam edən işğal başa çatdı. Laçın məsələsində Azərbaycanın siyasi iradəsi də özünü aydın şəkildə göstərdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, həm də azad edilmiş ərazilərdə yeni həyatın qurulmasına başladı.
2023-cü il mayın 27-dən etibarən laçınlıların doğma şəhərinə qayıdışı başladı. Vaxtilə məcburiyyət qarşısında tərk edilmiş evlərin qapıları yenidən açıldı. Küçələrdə uşaqların səsi eşidilməyə, həyətlərdə həyat canlanmağa başladı. Laçın sakinlərinin doğma yurdlarına qayıtması ikinci ən böyük qələbə idi. Bu gün Laçında aparılan genişmiqyaslı quruculuq işləri keçmişlə gələcək arasında yeni bir körpü yaradır. Müasir yaşayış məhəllələri, sosial obyektlər, yollar, məktəblər və digər infrastruktur layihələri şəhərin simasını dəyişir. İşğal illərinin dağıntıları tədricən aradan qalxır, Laçın yenidən Azərbaycanın həyatında öz layiqli yerini tutur. 31 iyul 2023-cü ildə Cənab İlham Əliyevin imzaladığı Sərəncamla 26 avqustun Laçın şəhəri günü kimi qeyd olunması da bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir.Bu gün Laçına baxanda yeni tikililər, abad küçələr və müasir şəhər mənzərəsi ilə yanaşı, bir xalqın səbrini, şəhidlərin müqəddəs fədakarlığını, Azərbaycan Ordusunun qəhrəmanlığını və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Zəfər siyasətini görmək mümkündür.
26 avqust – Laçın şəhəri gününüz mübarək!
Laçının azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirir, bu tarixi Zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna sonsuz təşəkkürümüzü ifadə edirik.

Hörmətlə,
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri

İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi Mürşüd Nərimanov dəfn olunub        Avqustun 21-də Birinci Qarabağ müharib...
21/08/2026

İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi Mürşüd Nərimanov dəfn olunub
Avqustun 21-də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nərimanov Mürşüd Nadir oğlunun nəşi İmişli rayonunun Məzrəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kollektivləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimdə şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən bütün qəhrəmanların xatirəsi ehtiramla yad edilib, mərasim iştirakçıları şəhid ailəsinə səbir və dözüm arzulayıblar. Dəfn mərasimi zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. İcra başçısı Elçin Rzayev çıxış edərək qeyd edib ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, dövlətimiz Birinci Qarabağ müharibəsində itkin düşən hər bir vətəndaşın taleyinin və kimliyinin müəyyənləşdirilməsi məsələsinə son dərəcə ciddi yanaşır və bu istiqamətdə bütün mümkün və zəruri addımlar atılır. Həmçinin Azərbaycanın igid, qəhrəman oğullarının döyüş meydanlarında göstərdiyi şücaətlərdən və Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan düşmən üzərində tarixi qələbə qazanaraq ilahi ədaləti bərpa edib, 30 illik Vətən həsrətinə son qoyub. Vurğulayıb ki, hazırda işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, soydaşlarımız doğma Qarabağ torpaqlarında azad və təhlükəsiz şəraitdə yaşamağa başlayıblar.
Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Mürşüd Nərimanov 26.01.1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi ərazisində gedən döyüşlərdə iştirak edib və həmin əməliyyatlar zamanı itkin düşmüşdür.
Allah rəhmət eləsin!

“Zəfərə gedən yol” kitabının təqdimatı keçirilibYeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında Azərbaycan Yazıçılar...
18/08/2026

“Zəfərə gedən yol” kitabının təqdimatı keçirilib
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Raziyə Kamilqızının Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizə həsr etdiyi “Zəfərə gedən yol” kitabının təqdimatı keçirilib.
Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev, Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin İmişli rayon şöbəsinin sədri Vaqif Vəliyev, şəhid ailələri, qazilər, veteranlar, partiya fəalları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev kitabın ərsəyə gəlməsini şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib. O bildirib ki, Azərbaycan xalqının əldə etdiyi tarixi Zəfərin arxasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, xalqımızın milli iradəsi və qəhrəman Azərbaycan əsgərinin misilsiz şücaəti dayanır. Səfa Ağayev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad edərək xalqımızın tarixi arzusunu gerçəkləşdirib. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına aparan yolun əsas istiqamətlərindən biri olub. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi isə Zəfər tariximizin mühüm səhifəsini tamamlayıb.
Tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev şəhidlərimizin keçdiyi döyüş yolunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib. O, qeyd edib ki, şəhidlərin həyat hekayələri gənclər üçün yalnız qəhrəmanlıq nümunəsi deyil, eyni zamanda Vətənə sədaqətin, milli həmrəyliyin və fədakarlığın canlı örnəyidir.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, kitabın müəllifi Raziyə Kamilqızı çıxış edərək “Zəfərə gedən yol” kitabının yaranma ideyasından danışıb. Müəllif bildirib ki, əsəri qələmə alarkən əsas məqsədi şəhidlərimizin adlarını yalnız tarix kitablarının səhifələrində deyil, insanların yaddaşında və qəlbində yaşatmaq, onların keçdiyi şərəfli yolu gələcək nəsillərə çatdırmaq olub. Raziyə Kamilqızı kitab üzərində işləyərkən şəhidlərimizin həyat hekayələrinin, ailələrinin xatirələrinin və Vətənə bağlılıqlarının onda böyük mənəvi təsir yaratdığını vurğulayıb.
Çıxış edən şəhid ailələri şəhidlərin keçdiyi ağır və şərəfli yoldan söz açaraq bildiriblər ki, Vətən müharibəsində qazanılan Zəfərin ən böyük qəhrəmanları şəhidlərimizdir. Onların həyatını və əziz xatirəsini yaşatmaq, adlarını daim ehtiramla yad etmək Azərbaycan cəmiyyətinin müqəddəs borcudur. Şəhid ailələri göstərilən yüksək dövlət qayğısına, mütəmadi sosial dəstək tədbirlərinə görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.
Çıxışlardan sonra kitabın müəllifi Raziyə Kamilqızına təşəkkür ifadə olunub, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Deputat Səyyad Aran İmişli rayonunun Aranlı kəndində seçiciləri ilə görüşüb. Səyyar qəbul zamanı millət vəkili ötən dövr...
17/08/2026

Deputat Səyyad Aran İmişli rayonunun Aranlı kəndində seçiciləri ilə görüşüb. Səyyar qəbul zamanı millət vəkili ötən dövr ərzində gördüyü işlər barədə kənd sakinlərinə hesabat verib. Eyni zamanda seçiciləri onları narahat edən bir sıra problemlərlə bağlı deputata müraciət ediblər. Bəzi məsələlər elə yerindəcə müsbət həllini tapıb.
Həlli zaman tələb edən müraciətlərin isə qeydiyyatı aparılıb. Millət vəkili qeyd olunan problemlərin həlli istiqamətində səlahiyyətləri daxilində addım atacağına söz verib.
Qəbulda YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli RİH başçısının Aranlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Tariyel Nurullayev də iştirak edib.

Deputat Səyyad Aran İmişli rayonunun Göbəktala kəndində seçiciləri ilə görüşüb. Qəbul zamanı kənd sakinlərinin müraciətl...
15/08/2026

Deputat Səyyad Aran İmişli rayonunun Göbəktala kəndində seçiciləri ilə görüşüb. Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib. Bir sıra məsələlər yerindəcə müsbət həllini tapıb. Bəzi müraciətlərin isə qeydiyyatı aparılıb və müvafiq dövlət qurumlarına sorğuların göndəriləcəyi diqqətə çatdırılıb.
Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli RİH başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə icra nümüyəndəsi Əli Qurbanov da iştirak edib.

Şəhidlərimizin doğmalarının yas mərasimlərində iştirak edilib      Avqustun 2-də Vətən müharibəsində şəhidlik zirvəsinə ...
02/08/2026

Şəhidlərimizin doğmalarının yas mərasimlərində iştirak edilib

Avqustun 2-də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Quliyev Əli Tədbir oğlunun uzun müddət xəstəlikdən əziyyət çəkən övladı Mürsəl Quliyevin və şəhid Mehdiyev Əhliman Rəhman oğlunun əmisi Telman Mehdiyevin yas mərasimlərində iştirak edilib.
Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Mərasimdə yas sahiblərinə dərin hüznlə başsağlığı verilib, şəhid ailələrinin qayğı və ehtiyacları ilə yaxından maraqlanılıb.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!

Azərbaycan dili – bizi biz edən ən böyük sərvətBəzən insan bir kəlmənin içində bütöv bir vətəni yaşayır. “Ana” deyəndə t...
01/08/2026

Azərbaycan dili – bizi biz edən ən böyük sərvət

Bəzən insan bir kəlmənin içində bütöv bir vətəni yaşayır. “Ana” deyəndə təkcə bir insan göz önünə gəlmir, uşaqlıq gəlir, doğma ev gəlir, torpaq gəlir. Elə “Vətən” sözünü də bizə sevdirən ilk olaraq ana dilimiz olur. Çünki insan dünyaya göz açanda ilk eşitdiyi səs ana laylasıdır, ilk öyrəndiyi söz isə öz millətinin dilidir. Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil. O, min illərin yaddaşı, xalqımızın düşüncəsi, hissi, ağrısı və sevinci, şairlərimizin misraları, şəhidlərimizin son sözü, analarımızın duasıdır. Bu dil bizi tariximizə bağlayan görünməz, amma qırılmaz bağdır. Bu gün dünyada sərhədlər dəyişə, texnologiyalar yenilənə, həyat sürətlə irəliləyə bilər. Ancaq bir xalq öz dilini itirərsə, zamanla öz kimliyini də itirər. Məhz buna görə də ana dilinə sevgi təkcə filoloqların deyil, hər bir azərbaycanlının məsuliyyətidir. Dilimizi qorumaq onu yalnız düzgün yazmaq və danışmaq deyil. Onu sevmək, ona hörmət etmək, gündəlik həyatımızda yaşatmaq, gələcək nəsillərə saf şəkildə ötürməkdir.
Ulu Öndər Heydər Əliyev “Millətin milliliyini yaşadan onun dilidir” deyərkən əslində bir xalqın gələcəyini ifadə edirdi. Məhz onun siyasi iradəsi nəticəsində latın qrafikalı əlifbaya keçid həyata keçirildi və 1 avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi tariximizə yazıldı. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ana dilimizin qorunması, zənginləşdirilməsi və dünya miqyasında tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu, sadəcə dövlət siyasəti deyil, milli varlığımıza verilən ən böyük dəyərdir.
Xüsusilə gənclər bilməlidirlər ki, xarici dilləri öyrənmək inkişafdır, amma ana dilini unutmaq inkişaf deyil. Çünki insan neçə dil bilsə də, ürəyinin səsi həmişə ana dilində danışır. Vətən sevgisi də, ailə sevgisi də, xatirələr də məhz həmin dildə yaşayır.
1 Avqust bizə bir daha xatırladır ki, dilimizi qorumaq gələcəyimizi qorumaq deməkdir. Gəlin sözlərimizin dəyərini bilək, ana dilimizi sevək, onu yad təsirlərdən qoruyaq və övladlarımıza ən qiymətli miras kimi ötürək. Çünki Azərbaycan dili sadəcə danışdığımız dil deyil, bizim kimliyimiz, qürurumuz və milli varlığımızın əbədi möhürüdür.

Səfa Ağayev
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri

Dərin hüzn hissi ilə bildiririk ki, Vətən müharibəsi şəhidi Quliyev Əli Tədbir oğlunun əziz övladı Quliyev Mürsəl Əli oğ...
31/07/2026

Dərin hüzn hissi ilə bildiririk ki, Vətən müharibəsi şəhidi Quliyev Əli Tədbir oğlunun əziz övladı Quliyev Mürsəl Əli oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bu ağır itki xəbəri hər kəsi dərindən sarsıtmışdır. Vətən uğrunda canından keçərək ən ali zirvəyə ucalmış qəhrəman şəhidimizin ailəsinin üzləşdiyi bu böyük kədər hər birimiz üçün olduqca ağrılıdır. Şəhid ailələri xalqımızın ən əziz, ən müqəddəs dəyərlərindən biridir. Onların sevinci bizim sevincimiz, kədəri isə hamımızın kədəridir. Mürsəlin vaxtsız dünyasını dəyişməsi ailəsi, doğmaları və onu tanıyan hər kəs üçün ağır və əvəzolunmaz itkidir. Uca Allahdan mərhuma rəhmət diləyir, məkanını cənnət etsin deyə dua edirik.
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev və təşkilatın əməkdaşları adından şəhidimiz Quliyev Əli Tədbir oğlunun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, bu ağır və sarsıdıcı dərdin qarşısında onlara səbr, dözüm və Allahdan qüvvət arzulayırıq.
Allah mərhum Quliyev Mürsəl Əli oğluna rəhmət eləsin, ruhunu şad etsin.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid ailələrini qorusun və onlara səbr versin.

Uğurlu karyeraya doğru bir addımYAP İmişli rayon təşkilatı və “YARAT” Təhsil və Karyera Mərkəzinin birgə təşkilatçılığı ...
30/07/2026

Uğurlu karyeraya doğru bir addım
YAP İmişli rayon təşkilatı və “YARAT” Təhsil və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Karyera Forumu” keçirilib. Forumda YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev, DSMF Mil-Muğan Regional filialının direktor müavini Tural Məmmədov, “YARAT” Təhsil və Karyera Mərkəzinin təsisçi-direktoru Ziya Rzayev, Gənclər və İdman Nazirliyinin Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Səbinə Abdullayeva, müəllimlər və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan “YARAT” Təhsil və Karyera Mərkəzinin təsisçi-direktoru Ziya Rzayev gənclərin karyera planlaması, şəxsi inkişafı və əmək bazarının müasir tələbləri barədə ətraflı məlumat verib. Təqdimat vasitəsilə iştirakçılara düzgün peşə seçimi, məqsədlərin müəyyənləşdirilməsi və uğurlu karyera quruculuğunun əsas prinsipləri izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra çıxış edən YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev gənclərlə səmimi fikir mübadiləsi apararaq bildirib ki, müasir dövrdə uğurlu karyera yalnız peşə bilikləri ilə deyil, həm də daim öz üzərində işləmək, yeni bacarıqlar qazanmaq və vətənə faydalı vətəndaş olmaq istəyindən keçir. O, gəncləri bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə, ictimai fəallıqlarını artırmağa və gələcəyin çağırışlarına hazır olmağa çağırıb.
DSMF Mil-Muğan Regional filialının direktor müavini Tural Məmmədov isə çıxışında sosial müdafiə sahəsində həyata keçirilən yeniliklərdən, rəsmi məşğulluğun üstünlüklərindən, əmək münasibətlərinin düzgün qurulmasının və sosial sığortanın gələcək karyera üçün əhəmiyyətindən bəhs edib. O, gənclərin əmək bazarına daxil olarkən hüquq və vəzifələrini bilmələrinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də karyera planlaması, peşəkar inkişaf və gənclərin gələcək uğurlarında düzgün seçim etmələrinin əhəmiyyəti barədə fikirlərini bölüşərək iştirakçılara tövsiyələr veriblər.
Sonda gənclərin maarifləndirilməsi və karyera istiqamətində göstərdiyi səmərəli fəaliyyətə görə “YARAT” Təhsil və Karyera Mərkəzinin təsisçi-direktoru Ziya Rzayevə YAP İmişli rayon təşkilatının sədri adından "Fəxri Fərman" və xatirə hədiyyəsi təqdim olunub.

Address

İmişli şəhər
Imishly

Telephone

+994505017111

Alerts

Be the first to know and let us send you an email when Yeni Azerbaycan Partiyasi Imişli rayon təşkilati posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Azerbaycan Partiyasi Imişli rayon təşkilati:

Shortcuts

Share