Ziya Paşazadə

Ziya Paşazadə ...

21/09/2025

21/08/2025

Prezident İlham Əliyev: “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”.

18/08/2025
20/10/2024
Aşıq Ələsgər Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutan bir şəxsiyyətdir. Onun abidəsinin ermənilər...
02/10/2024

Aşıq Ələsgər Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutan bir şəxsiyyətdir. Onun abidəsinin ermənilər tərəfindən dağıdılması, təkcə mədəni irsə hücum deyil, həm də Qərbi Azərbaycan torpaqlarında xalqımızın tarixi varlığının silinməsinə yönəlmiş bir cəhddir. Buna görə də, gələcəkdə Ağkilsə kəndində bu abidənin bərpası yalnız keçmişi yenidən canlandırmaq deyil, həm də milli kimliyimizin və hüquqlarımızın bərpası demək olacaq.

Aşıq Ələsgərin abidəsinin açılması yalnız mədəniyyət sahəsində deyil, Qərbi Azərbaycan torpaqlarında yaşayan və tarixən ...
02/10/2024

Aşıq Ələsgərin abidəsinin açılması yalnız mədəniyyət sahəsində deyil, Qərbi Azərbaycan torpaqlarında yaşayan və tarixən bu bölgədə öz mədəniyyətini yaşatmış insanların irsinin silinməsinə yönəlmiş cəhdlərə qarşı strateji bir cavabdır.

Ölkə Başçısı cənab İlham Əliyevin Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ə...
02/10/2024

Ölkə Başçısı cənab İlham Əliyevin Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi Azərbaycan xalqının milli mədəniyyətinə, tarixində iz qoymuş şəxsiyyətlərinə və ənənələrinə verdiyi yüksək dəyərin daha bir təzahürüdür. Bu abidənin açılışı təkcə Aşıq Ələsgərin xatirəsini yaşatmağın deyil, həm də milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin nə dərəcədə əhəmiyyətli olmasını göstərir.

Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır. B...
02/10/2024

Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.
Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır və 1918-ci ildə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi azərbaycandan birinci deportasiyası zamanı öz doğma torpaqlarını tərk etməyə məcbur edilmişdi.

Əziz müəllimlər, şagirdlər və tələbələr,Hörmətli valideynlər,Sizi  “Bilik günü” və yeni dərs  ili  münasibətilə  təbrik ...
16/09/2024

Əziz müəllimlər, şagirdlər və tələbələr,
Hörmətli valideynlər,

Sizi “Bilik günü” və yeni dərs ili münasibətilə təbrik edirəm!
Hər birinizə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu edirəm.
Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Ölkəmizdə “Bilik günü” kimi bir bayramın qeyd edilməsi biliyə, təhsilə verilən əhəmiyyəti nümayiş etdirir.
Bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış gənclərimiz üçün xüsusilə əzizdir. “Bilik günü” şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır.
Əziz müəllimlər, şagirdlər və tələbələr!
Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir, ümumxalq firavanlığına aparır.
Elm, inkişaf, tərəqqi simvolu olan “Bilik günü”nüzü təbrik edir, hər birinizə uğurlar arzulayıram!

Hörmətlə,
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri

Address

Azerbaycan
Imishly
AZ3000

Telephone

+994502099417

Website

Alerts

Be the first to know and let us send you an email when Ziya Paşazadə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ziya Paşazadə:

Share