20/08/2026
🎓 Təmayül tədris modelinin tətbiq olunduğu İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Qasımzadə Səfurəni təqdim edirik.
📌 Bakalavr təhsili – Gəncə Dövlət Universiteti
📌 Sertifikatlaşdırma nəticəsi – 57 bal
📌 Peşəkar göstəriciləri:
🔹 STEAM müəllimi;
🔹 2022–2023-cü ildən MİE Expert statusuna malikdir.
📌 Şagird nailiyyətləri – son 3 ildə 20-dən çox şagirdinin yüksək nəticə göstərərək tələbə adını qazanmasına töhfə verib.
Yeni təmayül tədris modeli çərçivəsində məktəbimizdə şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha sistemli və məqsədyönlü təşkili qarşıya əsas məqsəd kimi qoyulub.
Bu istiqamətdə peşəkar, təcrübəli və nəticəyönümlü müəllimlərin fəaliyyəti şagirdlərimizin akademik inkişafında mühüm rol oynayır.
İnanırıq ki, Səfurə müəllimin bilik və təcrübəsi şagirdlərimizin gələcək təhsil hədəflərinə çatmasına mühüm töhfə verəcək.