İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Kitab oxumaqdan zövq alın!

04/09/2026
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Talıstan kənd kitabxana filialının fondu yenidən zənginləşib.Kita...
03/09/2026

İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Talıstan kənd kitabxana filialının fondu yenidən zənginləşib.

Kitabxanaya yeni daxil olan, müxtəlif mövzuları əhatə edən rəngarəng və maraqlı nəşrlərdən ibarət növbəti sərgi oxucuların istifadəsinə verilib.

Uşaqların zərərli informasiyadan qorunması mövzusunda tədbir keçirilibSentyabrın 2-də İsmayıllı rayon Mərkəzləşdirilmiş ...
02/09/2026

Uşaqların zərərli informasiyadan qorunması mövzusunda tədbir keçirilib

Sentyabrın 2-də İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Lahıc qəsəbə kitabxana filialında "Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2030-cu illər üçün Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Uşaqların zərərli informasiyadan qorunması mövzusunda tədbir keçirilib.

Tədbir uşaqların kitabxanaya cəlb edilməsi və yaşlarına uyğun kitablara olan maraqlarını daha da artırmaq niyyəti ilə təşkil olunub. Tədbir uşaqlar tərəfindən də yüksək marağa səbəb olub.

02/09/2026
Müəllifdən hədiyyəSentyabrın 1-də İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin qonağı şair və tərcüməçi Qabil ...
01/09/2026

Müəllifdən hədiyyə

Sentyabrın 1-də İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin qonağı şair və tərcüməçi Qabil Nəbiyev olub.

Görüş zamanı Qabil Nəbiyev öz yaradıcılığı, həyat və ədəbi fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Qabil Nəbiyev Yusif oğlu, ədəbi təxəllüsü Qabil Nəbi, 1968-ci ildə İsmayıllı rayonunda anadan olub. Yaradıcılığa, xüsusilə poeziyaya marağı artıb və tədricən ədəbiyyat aləminə gəlib.

Şairin Azərbaycan dilində üç kitabı nəşr olunub. Kitablarından biri Daşkənddə özbək dilində işıq üzü görüb. Müxtəlif əsərlərdən tərcümələri də var.

Qabil Nəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2021-ci ildə Prezident təqaüdünə layiq görülüb. Əsərləri müxtəlif qəzetlərdə, toplularda və antologiyalarda dərc olunub. Kitabları həm Azərbaycanda, həm də ölkə xaricində çap edilib. O, Qazaxıstan, Özbəkistan, Türkiyə və digər ölkələrdə keçirilən müxtəlif kitab, şeir və ədəbiyyat festivallarında iştirak edib.

Qabil Nəbiyev kitabxanaya özünün "Yazmadığım şeir" kitabını, həmçinin rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi yazıçı Beken İbırayımın "İzlərin sirri" adlı detektiv romanını hədiyyə edib.

Görüş qarşılıqlı fikir mübadiləsi və səmimi söhbət şəraitində davam edib.

Yerli turistlər kitabxananı ziyarət ediblərAvqustun 29-da yerli turistlər İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Si...
31/08/2026

Yerli turistlər kitabxananı ziyarət ediblər

Avqustun 29-da yerli turistlər İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Lahıc qəsəbə kitabxana filialını ziyarət ediblər.

Ziyarət zamanı kitabxananın əməkdaşları gələn turistlərə müxtəlif mövzularda olan nəşrlər və kitablar barədə məlumat veriblər.

"İrsə sadiq ziyalı missiyası: Abidədən kitabxanaya uzanan müqəddəs amal" adlı tədbir keçirilibAvqustun 28-də İsmayıllı r...
28/08/2026

"İrsə sadiq ziyalı missiyası: Abidədən kitabxanaya uzanan müqəddəs amal" adlı tədbir keçirilib

Avqustun 28-də İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Azərbaycan Respublikasında 2026-cı ilin Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamının icrası məqsədilə "İrsə sadiq ziyalı missiyası: Abidədən kitabxanaya uzanan müqəddəs amal" adlı tədbir keçirilib.

Tədbir İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri rəhbər və əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə İsmayıllı rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin foto şərgisi və "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən natiqlər vurğulayıblar ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunması, gələcək nəsillərə çatdırılması və təbliği hər bir vətəndaşın, xüsusilə də ziyalıların qarşısında duran mühüm və müqəddəs vəzifələrdəndir. Ölkəmizin müxtəlif bölgələrində qorunub saxlanılan tarix və mədəniyyət abidələri xalqımızın çoxəsrlik tarixinin, milli-mənəvi dəyərlərinin və memarlıq ənənələrinin canlı nümunələridir. Bu abidələrin mühafizəsi ilə yanaşı, onların tədqiqi, tanıdılması və ictimaiyyət arasında təbliği də mühüm əhəmiyyət daşıyır.

Çıxışlarda qeyd olunub ki, kitabxanalar da milli-mədəni irsin təbliğində mühüm rol oynayan mədəniyyət ocaqlarıdır. Tarix və mədəniyyət abidələri haqqında məlumatların, elmi və tarixi ədəbiyyatın kitabxanalarda toplanması, qorunması və oxuculara təqdim olunması irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu baxımdan abidədən kitabxanaya uzanan yol, əslində, tarixi yaddaşın qorunmasından onun bilik və maarif vasitəsilə yaşadılmasına aparan mənəvi bir körpüdür.

Natiqlər "Şəhərsalma və Memarlıq İli"nin ölkəmizin şəhər və yaşayış məntəqələrinin tarixi-memarlıq simasının qorunması, müasir şəhərsalma prinsipləri ilə milli memarlıq ənənələrinin vəhdətinin təmin edilməsi, eləcə də mədəni irsə diqqətin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. İsmayıllı rayonunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin də bu məqsədlərə xidmət etdiyi diqqətə çatdırılıb.
Tədbirin əsas məqsədi İsmayıllı rayonunda yerləşən tarix və mədəniyyət abidələrinin tanıdılması və təbliği, onların qorunmasının əhəmiyyəti barədə ictimaiyyətin, xüsusilə gənc nəslin məlumatlandırılması, milli-mədəni irsə hörmət və məsuliyyət hissinin gücləndirilməsi, həmçinin kitabxanaların tarixi-mədəni irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasındakı rolunun diqqətə çatdırılması olub. Eyni zamanda, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində milli memarlıq irsinin qorunması, tarix və müasirliyin vəhdətinin təbliği, ziyalıların və mədəniyyət müəssisələrinin bu istiqamətdə birgə fəaliyyətinin təşviqi tədbirin əsas məqsədlərindən biri kimi qeyd edilib.

"Müəmmalı təbəssüm" romanının müzakirəsi keçirilibAvqustun 25-də İsmayıllı rayon Mərkəzi kitabxanasında "Mütaliəçilər" k...
26/08/2026

"Müəmmalı təbəssüm" romanının müzakirəsi keçirilib

Avqustun 25-də İsmayıllı rayon Mərkəzi kitabxanasında "Mütaliəçilər" kitab klubunun təşkilatçılığı ilə fransız ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı və ssenarist Fransuaza Saqanın "Müəmmalı təbəssüm" romanının müzakirəsi keçirilib.

İlk öncə klubun üzvü Sədəf Bağıyeya yazıçı haqqında geniş məlumat verib. Sonra klubun üzvləri əsəri müzakirə ediblər, qarşılıqlı fikir mübadiləsi aparıblar.

Əsərdə gənc Parisli tələbə Dominikanın gündəlik həyatından darıxan, sevgilisinin dayısı, yaşlı və evli kişi olan Lükla münasibətində bəhs edilir.
Lükün həyat yoldaşı Frasuaza bu münasibətdən əvvəldən xəbəri olsada, hisslərini biruzə vermir və vəziyyəti "müəmmalı təbəssüm" altında ifadə edir.....

"Ümumiyyətlə, heç bir şeydən xoşbəxt və ya bədbəxt olmaq daha yaxşıdır"....

Kitab və nəşrlərə baxış keçirilib Avqustun 25-də Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşı və bir qrup...
25/08/2026

Kitab və nəşrlərə baxış keçirilib

Avqustun 25-də Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşı və bir qrup gənclə birgə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının fəaliyyəti ilə yaxından tanış olub, müxtəlif mövzularda nəşrlərə və kitablara baxış keçiriblər.

Gənclərin mütaliəyə marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və dünyagörüşünün zənginləşdirilməsi məqsədilə keçirilən görüşdə kitab oxumağın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

25/08/2026

Address

H. Əliyev Pr. 59
Ismailly
AZ3100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+994202853437

Alerts

Be the first to know and let us send you an email when İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi:

Shortcuts

Share

Category