01/09/2026
🌞 İsmayıllıda “Günərzi” yay düşərgəsi təşkil olunub! 🏕️
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı rayon Günərzi Qayğı Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına parkda uşaqlar üçün “Günərzi” yay düşərgəsi keçirilib. ☀️
🎯 Düşərgənin əsas məqsədi uşaqların yay tətili günlərini səmərəli və maraqlı keçirmələrinə şərait yaratmaq, onların asudə vaxtını düzgün təşkil etmək, sosial bacarıqlarını inkişaf etdirmək və sağlam həyat tərzini təşviq etməkdir. 🤝💚
Tədbir çərçivəsində uşaqların iştirakı ilə müxtəlif əyləncəli oyunlar, intellektual oyunlar və maraqlı fəaliyyətlər təşkil olunub. 🏃♀️🏃♂️
😊 Uşaqlar həmyaşıdları ilə birlikdə əyləncəli vaxt keçirib, yeni dostlar qazanıb və xoş təəssüratlar əldə ediblər. ✨