İsmayıllı Rayon İcra Hakimiyyəti

İsmayıllı Rayon İcra Hakimiyyəti


Günün istənilən vaxtında bu əlaqə nömrəsindən istifadə edə bilərsiniz.

Permanently closed.

İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq üçün rayon daxili stasionar telefonlardan 164, mobil telefonlardan (020) 28-164 nömrəli "Qaynar xətt" xidmətinizdədir. Növbətçilər tərəfindən müraciətlərin qeydiyyatı aparılır. Qeydiyyata alınan müraciətlər RİH başçısına məruzə olunur. Müraciət edərkən özünüzü təqdim etməyiniz, fikrinizi qısa və aydın şəkildə çatdırmağınız xahiş olunur.

İsmayıllıdan Avropa çempionu! 🇦🇿🥇İsmayıllı idmançısı Ayxan Mirzəzadə gənclər arasında keçirilən Avropa çempionatında qız...
04/09/2026

İsmayıllıdan Avropa çempionu! 🇦🇿🥇

İsmayıllı idmançısı Ayxan Mirzəzadə gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvəyə yüksəldib.

Ayxan final görüşündə fransalı Lüsyen Tiksyeni məğlub edərək Avropa çempionu tituluna sahib olub.

Bu möhtəşəm qələbə münasibətilə Ayxan Mirzəzadəni, onun məşqçiləri Nurlan Salmanzadəni və Əkbər Şəfaqətovu ürəkdən təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq.

İsmayıllının və Azərbaycanın daha bir qürurverici uğuru!

Vətəndaşlarla növbəti səyyar qəbul   kəndində keçirildi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətən...
03/09/2026

Vətəndaşlarla növbəti səyyar qəbul kəndində keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində səyyar qəbullar ardıcıl şəkildə davam etdirilir.

Növbəti səyyar qəbul kəndində təşkil olunub. Qəbul zamanı kənd sakinlərinin müraciət, təklif və onları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərin operativ həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrası təmin olunması üçün qeydiyyata alınıb.

Səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciətlərinin yerində araşdırılması və mövcud problemlərin çevik həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

İsmayıllının gəncləri ilə qürur duyuruq!Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ali məktəblərə ...
03/09/2026

İsmayıllının gəncləri ilə qürur duyuruq!

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ali məktəblərə qəbul olaraq tələbə adını qazanan məzunlarla görüş keçirib.

Bu il İsmayıllı rayonundan 384 məzun ali məktəbə qəbul olub. Onlardan 45 nəfəri 500-dən, 31 nəfəri isə 600-dən yüksək bal toplayıb. Eyni zamanda, 3 məzunumuz məktəbi qızıl, 1 məzunumuz isə gümüş nişanla başa vurub.

Bu nəticələr gənclərimizin əzminin, müəllimlərimizin zəhmətinin və valideynlərin dəstəyinin gözəl göstəricisidir.

Əziz gənclər, hər birinizi bu əlamətdar uğur münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, bundan sonra da qarşıya qoyduğunuz məqsədlərə inamla addımlayacaq, bilik və bacarıqlarınızla ölkəmizin inkişafına töhfə verəcəksiniz.

Yolunuz açıq, gələcəyiniz parlaq olsun! 🇦🇿

03/09/2026

🎬 “Bir Ekran Ümid” Əhən kəndində

“Bir Ekran Ümid” layihəsi çərçivəsində bu dəfə Əhən kəndində uşaqların qonağı olduq.

Uşaqların marağı, səmimi münasibəti və üzlərindəki təbəssüm bizim üçün bu layihənin ən böyük dəyəridir. İnanırıq ki, yaradılan hər gözəl an onların yaddaşında xoş bir xatirə kimi qalacaq.

Layihənin məqsədi rayonumuzun müxtəlif kəndlərində yaşayan uşaqlara yeni təcrübələr qazandırmaq, onların asudə vaxtını daha maraqlı keçirməsinə şərait yaratmaq və hər bir uşağın bərabər imkanlardan yararlanmasına töhfə verməkdir.

Əhən kəndində də bizi səmimiyyətlə qarşılayan bütün uşaqlara təşəkkür edirik.

“Bir Ekran Ümid” layihəsi İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi və Azad Mirzəcanzadə İnkişaf Proqramının nəzdində həyata keçirilir.

Layihənin müəllifi və icraçısı İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Faxtiyevdir.

“Bir Ekran Ümid” — daha çox kəndə, daha çox uşağa, daha çox sevincə doğru! 🎬✨

İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti...
02/09/2026

İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirildi.

Qəbul zamanı rayon sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənildi, qaldırılan məsələlər ətraflı araşdırıldı. Müraciətlərin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verildi, aidiyyəti qurum rəhbərlərinə vəzifələrin məsuliyyətlə icrası tapşırıldı.

İsmayıllı “DOST Evi” tərəfindən Basqal qəsəbəsində sərgi-satış yarmarkası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi N...
02/09/2026

İsmayıllı “DOST Evi” tərəfindən Basqal qəsəbəsində sərgi-satış yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialı tərəfindən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi və Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun dəstəyi ilə keçirilib.

Sərgi-satış yarmarkasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və turistlər iştirak ediblər.

Məqsəd filialda hazırlanan əl işlərini daha geniş auditoriyaya tanıdaraq satışını təşkil etmək, həssas təbəqədən olan müəlliflərin əməyini stimullaşdırmaq, iqtisadi fəallığını artırmaq və əmək bazarına inteqrasiyasına dəstək olmaqdır.

Yarmarka çərçivəsində 50-yə yaxın sənət nümunəsi, o cümlədən bədii oyma, vitraj, misgərlik, dərzilik, xalçaçılıq, dulusçuluq əl işlərinin dostart.az elektron satış platforması vasitəsilə satışı gerçəkləşdirilib.

Tədbir iştirakçıları İsmayıllı “DOST Evi”nin təlimçilərinin köməkliyi ilə əl işlərinin hazırlanma prosesi ilə yaxından tanışlıq imkanı qazanıblar. Yerli və xarici qonaqlara filialın xidmət istiqamətləri, inklüzivliyin təşviqi istiqamətində görülən işlər, eləcə də dostart.az platformasının əhəmiyyəti ilə bağlı məlumat verilib.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon İsmayıllıda səfərdə olub.Səfər çərçivəsində İsmayıllı Rayon İcra...
02/09/2026

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon İsmayıllıda səfərdə olub.

Səfər çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə regionun inkişafı, iqtisadi potensialı, investisiya imkanları və ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-Azərbaycan tərəfdaşlığının daha da inkişaf etdirilməsi, iqtisadiyyat, investisiyalar və insanlararası əlaqələr daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə imkan yaradan Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində İsmayıllıda fəaliyyət göstərən Coca-Cola istehsal müəssisəsi və Chabiant Winery şərab zavoduna baş çəkilib, yerli istehsal, kənd təsərrüfatı və turizm potensialı ilə tanışlıq olub.

Həmçinin Basqal qəsəbəsinə səfər edilərək qəsəbənin zəngin tarixi-mədəni irsi, qədim memarlıq nümunələri və turizm imkanları barədə məlumat verilib.

İsmayıllının iqtisadi, kənd təsərrüfatı, turizm və investisiya potensialının inkişaf etdirilməsi istiqamətində keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.

İsmayıllıda abadlıq və təmizlik işləri davam etdirilir.İsmayıllı rayonunun küçə və ərazilərində abadlıq, təmizlik və yaş...
01/09/2026

İsmayıllıda abadlıq və təmizlik işləri davam etdirilir.

İsmayıllı rayonunun küçə və ərazilərində abadlıq, təmizlik və yaşıllıqların qorunması istiqamətində işlər mütəmadi olaraq davam etdirilir.

Hazırda Nərimanov küçəsində suötürücü kanalın lil qatından və yabanı kollardan təmizlənməsi işləri aparılır. İşlərin icrası üçün əraziyə KMK və SSİ-nin texnikaları cəlb edilib.

Bu istiqamətdə işlərin digər küçə və ərazilərdə də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Məqsəd rayonun təmiz, səliqəli və abad görünüşünün təmin olunması, sakinlər üçün daha əlverişli mühitin yaradılmasıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsmayıllıda vətəndaşları qəbul edib.Qəbulda...
01/09/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsmayıllıda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib.

Görüş zamanı İsmayıllı və Ağsu rayon sakinlərinin işlə təmin olunma, hüquqi yardım, ailə məsələləri, uşaqların müalicəsi və əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb.

İsmayıllı rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib.26 avqust tarixində İsmayıllı rayonunda təhsil işçil...
28/08/2026

İsmayıllı rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib.

26 avqust tarixində İsmayıllı rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyeva, Dağlıq Şirvan Regional Təhsil İdarəsi müdirinin müavini Rahim Novruzov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov, İsmayıllı rayonu üzrə təhsil sektorunun müdiri Rəşid Məmmədov və digər təhsil işçiləri iştirak ediblər.

Konfransda yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə uğurlar arzulanıb, qarşıda duran prioritet vəzifələr müzakirə olunub.

Görüş zamanı IV və VI siniflər üzrə aparılan monitorinqlərin, həmçinin IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri ətraflı təhlil edilib. Eyni zamanda, yeni tədris ilində təlimin keyfiyyətinin artırılması və qarşıda duran vəzifələrin icrası istiqamətində görüləcək işlərdən bəhs olunub.

Address

İsmayıllı şəhəri, Heydər Əliyev Pr. 51
Ismayıllı
3100

Alerts

Be the first to know and let us send you an email when İsmayıllı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İsmayıllı Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share