İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Government Organization, A. Aslanov küçəsi 6, İsmayıllı, Azərbaycan, Ismayıllı.

📌Vətəndaş qəbulunun vaxtı dəyişdirilibAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 11...
06/09/2026

📌Vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 11 sentyabr 2026-cı il tarixində Kəlbəcərdə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul 18 sentyabr 2026-cı il tarixində saat 11:00-da Kǝlbəcǝr rayonu, Bəhmən Cəfǝrov adına 1 nömrǝli tam orta məktəbdə keçiriləcəkdir.

🔗 https://family.gov.az/az/news/kelbecerde-vetendas-qebulu-kecirilecek

04/09/2026
📌Kəlbəcərdə vətəndaş qəbulu keçiriləcəkAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 s...
02/09/2026

📌Kəlbəcərdə vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 sentyabr 2026-cı il tarixində, saat 11:00-da Kǝlbəcǝr rayonu, Bəhmən Cəfǝrov adına 1 nömrǝli tam orta məktəbdə vətəndaşları qəbul edəcək.

🖇https://family.gov.az/az/news/kelbecerde-vetendas-qebulu-kecirilecek

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəf...
01/09/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 28 avqust 2026-cı il tarixində mərkəzdə valideyn və övlad münasibətlərində yaranan çətinliklərlə bağlı psixoloji və pedaqoji məsləhətləşmə keçirilib.
Görüşdə UADM-in direktoru Ülviyyə Zeynalova, sosial pedaqoqlar Xatirə Bağırova və Rəsul Rəhimli, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Mərkəzin ekspert qrupunun üzvü Şahməmməd Dağlaroğlu, Əməkdar müəllim Mirvari Musayeva, şəhid anası Sənubər Səmədova və valideynlər iştirak ediblər. Görüşdə çıxış edənlər valideyn və övlad arasında qarşılıqlı anlaşmanın, sağlam ünsiyyətin əhəmiyyəti barədə məlumat veriblər. Valideynlərə övladlarının yaş xüsusiyyətlərini nəzərə alaraq, onların fikir və hisslərini dinləmək, problemlərə anlayışla yanaşmaq və münasibətdə müsbət ünsiyyət üsullarından istifadə etmək barədə tövsiyələr verilib.
Həmçinin valideyn və övlad münasibətlərində yaranan anlaşılmazlıqların səbəbləri, onların düzgün həlli yolları və emosional gərginliyin azaldılması istiqamətində psixoloji yanaşmalar izah olunub.
Görüş zamanı iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici bukletlər təqdim olunub.

01/09/2026

👪“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!

💠“Ailə Könüllüləri” layihəsi ailələri könüllülük fəaliyyəti ətrafında bir araya gətirərək həmrəyliyin və ailə dəyərlərinin gücləndirilməsinə, sosial məsuliyyətin artırılmasına və cəmiyyətimiz üçün daha işıqlı gələcəyin qurulmasına töhfə verir.

ℹ Layihəyə qoşulan ailələr:

· sosial və ictimai əhəmiyyətli təşəbbüslərdə, könüllülük fəaliyyətlərində iştirak edirlər

· ailə dəyərlərinin, sağlam və fəal həyat tərzinin təbliğinə töhfə verirlər;

· həssas vəziyyətdə olan ailələrə sevgi, diqqət, qayğı və dəstək göstərirlər;

· cəmiyyət üçün faydalı sosial layihə və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edirlər.

Siz də ailənizlə birlikdə bu gözəl təşəbbüsün bir parçası olun!

🔗 Qeydiyyat linki:
https://drive.google.com/drive/folders/1z28YAOe0fyiu2q0z8z1D2FM-sFaslN9h?usp=sharing

📞 Telefon: (012) 493 79 62

✅ Ətraflı:
🖇https://family.gov.az/az/news/aile-konulluleri-layihesine-siz-de-qosulun

31/08/2026

📱Uşaqlar texnologiyadan öyrənə, onunla inkişaf edə və əylənə bilərlər. Bunun üçün əsas şərt düzgün seçim və valideyn nəzarətidir.

✅Yaşa uyğun məzmun seçin.
✅Ekran vaxtını idarə edin.
✅Rəqəmsal dünyada uşaqlarınıza bələdçi olun.

ℹValideyn nəzarəti qadağa deyil - qayğıdır.

Address

A. Aslanov Küçəsi 6, İsmayıllı, Azərbaycan
Ismayıllı
3100

Website

Alerts

Be the first to know and let us send you an email when İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share