Cəlilabad Rayon İcra Hakimiyyəti

Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon İcra Hakimiyyəti
Ünvanı : Cəlilabad şəhəri, H.Əliyev prospekti - 203
Tel: (+994 025-24) 5-33-61
E-mail: [email protected]

✅️ Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilibCəlilabad Rayon...
04/09/2026

✅️ Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov hər həftə olduğu kimi vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə icra hakimiyyətinin inzibati binasında qəbul keçirib.
Qəbulda aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.
Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər məsələlər ilə bağlı isə aidiyyəti qurumların yerli nüamyəndələrinə konkret tapşırıqlar verilmişdir.
Vətəndaşlar əhalinin problemlərinin həlli istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

M Ə L U M A T !04 sentyabr 2026-cı il tarixdə saat 10:00-dan 13:00-dək yararsız naqillərin yenilənməsi işləri ilə əlaqəd...
03/09/2026

M Ə L U M A T !

04 sentyabr 2026-cı il tarixdə saat 10:00-dan 13:00-dək yararsız naqillərin yenilənməsi işləri ilə əlaqədar Cəlilabad rayonunun 44 yaşayış məntəqəsi üzrə 8033 abonentin (Kövüzbulaq, Zəhmətabad, Edişə Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac, Buravar, Qarakazımlı, Dələli, Moranlı, Sarxanlı, Zərbəli, Mikayıllı, Qarğılı, Təklə, Abazallı, Babalı, Boyxanlı, Məlikqasımlı, Məşədilər, Dostallı, Novruzallı, Şötüklü, Yusifli, Cəngan, Ağusəm, Çinar, Fərəcullalı, Ləzran, Soltankənd, Tahirli, Cəlayir, Lallar, Mirzəli, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şorbaçı, Mədətli, Məmmədrzalı və Şükürlü kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

✅️ Moranlı kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib02 sentyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyy...
02/09/2026

✅️ Moranlı kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib

02 sentyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Moranlı kənd sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Rayon rəhbəri yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb. Rafiq Cəlilov heç bir müraciətin diqqətdən kənarda qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2026-cı ilin sentyabr ayında keçirəcəyi səyyar qəbulların qr...
31/08/2026

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2026-cı ilin sentyabr ayında keçirəcəyi səyyar qəbulların qrafiki

✅️ Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təh...
27/08/2026

✅️ Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib

27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və rayonun təhsil işçilərinin iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilib.
Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov və təhsil iççiləri iştirak etmişdir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb.
Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təhsil sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıb, müəllim və təhsil işçilərinin fəaliyyətini yüksək qiymətləndirib. RİH başçısı rayonun təhsil sisteminin inkişafı, infrastrukturun yaxşılaşdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə ötən dövr ərzində görülən işlər, təhsil göstəriciləri, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətləri barədə ətraflı məlumat verilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev isə regional təhsil siyasəti, qarşıda duran vəzifələr və gələcək planlar haqqında danışıb. O, təhsil işçilərinin peşəkarlığını artırmaq, təhsilin keyfiyyətini yüksəltmək və müasir tələblərə uyğun şərait yaratmaq istiqamətində görüləcək işlərə toxunub.
Konfransda digər çıxışlar da dinlənilib. Tədbirdə iştirakçılar təhsil sahəsində mövcud vəziyyəti müzakirə edib, təklif və rəylərini bildiriblər.

M Ə L U M A T !27 avqust 2026-cı il tarixdə saat 11:00-dan 13:00-dək 35 kV-luq "Göytəpə" yarımstansiyasına gələn hava xə...
26/08/2026

M Ə L U M A T !

27 avqust 2026-cı il tarixdə saat 11:00-dan 13:00-dək 35 kV-luq "Göytəpə" yarımstansiyasına gələn hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonu üzrə 8270 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

✅️ Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Babaxanlı kənd sakinləri ilə keçirmişdir.Azərbaycan Respublikasının Prezi...
26/08/2026

✅️ Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Babaxanlı kənd sakinləri ilə keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Babaxanlı kənd sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə, müəssisələrin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Rayon rəhbəri yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb. Rafiq Cəlilov heç bir müraciətin diqqətdən kənarda qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

✅️ Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Qarazəncir kənd stadionuna baxış keçiribCəlilabad Rayon İcr...
26/08/2026

✅️ Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Qarazəncir kənd stadionuna baxış keçirib

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Qarazəncir kənd stadionunda olub, orada yaradılacaq şəraitlə bağlı vəziyyətlə tanış olub.
Rayon rəhbəri stadionun mövcud vəziyyətini, infrastruktur imkanlarını və ətraf ərazinin abadlaşdırılması istiqamətində görüləcək işləri nəzərdən keçirib, idman obyektinin müasir tələblərə uyğun qaydaya salınması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanın inkişafı üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayıb.
Rafiq Cəlilov aidiyyəti şəxslərə stadionun təmir-bərpası və digər köməkçi obyektlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

M Ə L U M A T !24 avqust 2026-cı il tarixdə saat 10:00-dan 13:00-dək yararsız naqillərin yenilənməsi işləri ilə əlaqədar...
23/08/2026

M Ə L U M A T !

24 avqust 2026-cı il tarixdə saat 10:00-dan 13:00-dək yararsız naqillərin yenilənməsi işləri ilə əlaqədar Cəlilabad rayonu üzrə 2280 abonentin (Kövüzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac və Buravar kəndləri) və 15:00-dan 17:00-dək 9755 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Hacıcavadlı, Çünzəli, Soyuqbulaq, Vənlik, Güneyli, Darlıq, Ağbulaq, Axtaxana, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Bəcirəvan, Şıxlar, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

Address

Cəlilabad şəhəri, Heydər Əliyev Prospekti/203
Jälilabad
AZ1500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994252453361

Alerts

Be the first to know and let us send you an email when Cəlilabad Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Cəlilabad Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share