Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şura, Government Organization, Cəlilabad, Azərbaycan, Jälilabad.

08/09/2026
Əliqasımlı kəndində İctimai Şura üzvlərinin sakinlərlə görüşü keçirilibCəlilabad Rayon İcra Hakimiyyəti yanında fəaliyyə...
07/07/2026

Əliqasımlı kəndində İctimai Şura üzvlərinin sakinlərlə görüşü keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri tərəfindən rayonun Əliqasımlı kəndində kənd sakinləri, ağsaqqallar, ziyalılar və gənclərlə görüş keçirilmişdir.
Görüş zamanı sakinləri narahat edən sosial, təhsil, kənd təsərrüfatı və infrastruktur sahələrinə aid məsələlər müzakirə olunmuş, vətəndaşların təklif və müraciətləri dinlənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Müzakirə olunan əsas mövzular: ▪️ Gənclərin və xüsusilə qız uşaqlarının təhsilə daha fəal cəlb olunması və peşə təhsilinin təşviqi
▪️ Məktəblərdə tədrisin keyfiyyətinin artırılmasında valideyn–məktəb əməkdaşlığının gücləndirilməsi
▪️ Kənddaxili yolların, küçələrin və digər infrastrukturun vəziyyəti
▪️ İçməli su, suvarma suyu və meliorasiya ilə bağlı mövcud problemlər
▪️ Kənddə təmizlik, yaşıllaşdırma və ekoloji mühitin qorunması
▪️ Səhiyyə xidmətlərinin keyfiyyəti, profilaktik müayinələrin təşkili və tibbi xidmətlərin əlçatanlığı
▪️ Kənd təsərrüfatında dövlət dəstəyi, subsidiya, məşğulluq və sahibkarlığın inkişafı məsələləri
▪️ İmkansız ailələrin və aztəminatlı şagirdlərin təhsilinə ictimai dəstəyin göstərilməsi
▪️ Məktəblilərin sosial şəbəkələrdən təhlükəsiz istifadəsi, kibertəhlükəsizlik və rəqəmsal savadlılıq
▪️ Ailə dəyərlərinin qorunması, erkən nikahın qarşısının alınması və sağlam həyat tərzinin təbliği
▪️ Yas mərasimlərində israfçılığın qarşısının alınması, milli-mənəvi dəyərlərin və sadəliyin təşviqi.
Görüş zamanı səsləndirilən bütün təklif və müraciətlər qeydiyyata alınmış, onların aidiyyəti qurumlarla birlikdə araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, bu cür görüşlər vətəndaşlarla birbaşa dialoqun gücləndirilməsinə, ictimai iştirakçılığın artırılmasına, yerli problemlərin vaxtında müəyyənləşdirilərək həlli istiqamətində səmərəli əməkdaşlığın formalaşdırılmasına mühüm töhfə verir.

02/07/2026

Səyyar ASAN xidmət avtobusu Cəlilabadda vətəndaşlara xidmət göstərəcək

Cəlilabad rayonunda 01-30 iyul 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Masallı “ASAN xidmət” mərkəzinin Səyyar Xidmətin təşkili sektorunun əməkdaşları tərəfindən vətəndaşlara səyyar xidmət göstəriləcəkdir.
Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 138 – (Qala qapısının qarşısı)

04/06/2026

📚 I Cəlilabad Kitab Sərgisi başlayır!

Cəlilabad rayonunda ilk dəfə keçirilən böyük kitab bayramına hərkəsi dəvət edirik!

📅 Tarix: 5-7 İyun 2026
🕒 Saat: 10:00 - 19:00
📍 Məkan: Heydər Əliyev Seyrəngahı

Gəlin, birlikdə oxuyaq, yeni kitablarla tanış olaq!

Address

Cəlilabad, Azərbaycan
Jälilabad

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share