Cəlilabad

Cəlilabad Cəlilabad şəhəri 1967-ci ildən görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin adını daşıyır

TARİXİMİZ
Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eramızdan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala divarları ilə əhatə olunduğu göstərilmişdir. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların

Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir

03/06/2014

CƏLİLABADIN COGRAFİ MOVQEYİ
Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Kür-Araz ovalığının sərhədində yerləşir. Rayonun ərazisi düzənlik və alçaq dağlıqdır, şərq hissəəsində bəzi yerlər dəniz səviyyəsindən aşağıdadır. Yayı quraqlıq keçən mülayim-isti yarımsəhra-və quru çöl iqlimə malikdir. Relyefinə görə Aran-düzənlik (Muğan düzünün cənubu və Lənkəran ovalığının bir hissəsi) və alçaq dağlıqdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay, Həməşəra və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvül-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və s növlüdür. Rayonun mərkəzi olan Cəlilabad şəhəri Bakı-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir

CƏLİLABADIN RELYEFİ

Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvial-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və sair növlüdür.

CƏLİLABADIN TƏBİƏTİ

Cəlilabadda 14,7 min hektar meşə, habelə quş qışlaqları vardır. Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və dovlaq yaşayır

CƏLİLABADİN İQLİMİ

Cəlilabad yayı quraqlıq keçən mülayim-isti iqlimə malikdir. Orta temperatur qışda 1-3 °C, yayda isə 25-30 °C-dir. İllik yağıntı 400-600 mm-dir.

Flora və Fauna
Cəlilabadda 14.7 min hektar meşə, habelə quş quşlaqları vardır.Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qirqovul, leylək və dovlaq yaşayır

Əhali
Rayon əhalisinin sayı 195300 nəfərdir. Əhalinin orta sıxlığı isə 1 km2–də 135.5 nəfər. Əhalinin 29.3 %-i şəhərlərdə, 70.7 %-i isə kəndlərdə yaşayır. Rayon əhalisinin 49.4 %-i kişilər, 50.6 %-ni isə qadınlar təşkil edir. İri yaşayış məntəqələri Cəlilabad, Göytəpə şəhərləri, Alar, Uzuntəpə, Günəşli,Üçtəpə, Maşlıq, Sabirabad kəndləridir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Cəlilabad rayonunda Azərbaycan Müəllimlər İnstitutunun rayon filialı, Astara Pedaqoji Texnikumunun rayon şöbəsi, peşə liseyi, peşə məktəbi, 18 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 126 ümumtəhsil məktəbi (ondan 75-i tam orta, 39-u ümumi orta, 12-si ibtidai), 1 Təhsil İşçiləri Evi, 94 kitabxana, 19 mədəniyyət evi, 24 klub, 1 uşaq incəsənət, 1 musiqi məktəbi, Heydər Əliyev mərkəzi, tarix-diyarşünaslıq muzeyi, şəkil qalereyası, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.

Rayonda 147 idman qurğusu, o cümlədən 112 sadə idman qurğusu var. Dövlət Proqramında nəzərdə tutulmuş Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

Əhaliyə 5 şəhər, 3 kənd sahə xəstəxanası, 28 həkim, 40 tibb məntəqəsi, Təcili Tibbi Yardım Stansiyası, Müalicə-diaqnostika mərkəzi tibbi xidmət göstərir.


03/06/2014

TARİXİMİZ
Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eramızdan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala divarları ilə əhatə olunduğu göstərilmişdir. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir.

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

Address

CƏLİLABAD
Jälilabad
AZ1500

Website

Alerts

Be the first to know and let us send you an email when Cəlilabad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share