Kəlbəcər Xüsusi Nümayəndəliyi

Kəlbəcər Xüsusi Nümayəndəliyi Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi

Avqustun 27-28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Kəlbəcər rayonunda Azərbayca...
28/08/2026

Avqustun 27-28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcər şəhərində aparılan bərpa və quruculuq işlərinə baxış keçiriblər. Ərazidə həyata keçirilən layihələr və görülən işlər nəzərdən keçirilib. Qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirilib Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi...
03/08/2026

Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirilib

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov rayon ərazisində yerləşən qəbiristanlıqlara baxış keçiriblər. Baxış zamanı işğal dövründə dağıdılmış qəbirlərlə tanış olunub, qəbiristanlıqların ümumi bərpası ilə bağlı müzakirələr aparılıb.

Səfər çərçivəsində sakinlərlə görüş keçirilib, onların təklif və fikirləri dinlənilib, tarixi-mədəni irs nümunələrinin qorunması və bərpası istiqamətində fikir mübadiləsi aparılıb.

30/07/2026

30 İyul Beynəlxalq Dostluq Günüdür

Kəlbəcərli uşaqlar hər kəsi dostluğa səsləyirlər. Çünki hər dostluq bir dəvətlə başlayır.

Kəlbəcərdə yol layihələrinə baxış keçirilibAzərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi B...
25/07/2026

Kəlbəcərdə yol layihələrinə baxış keçirilib

Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli rayon ərazisində yol layihələri ilə tanış olublar.

Baxış zamanı icra olunan yol tikintisi və yenidənqurma işlərinin gedişi nəzərdən keçirilib, layihələrin icra vəziyyəti və qarşıdakı mərhələlər müzakirə olunub.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla ...
22/07/2026

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfəri çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər rayonunda olub. Nümayəndə heyəti Kəlbəcər şəhərində və İstisu ərazisində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, regionun sosial-iqtisadi inkişafı və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən tədbirlərlə yaxından tanış olub.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev tərəfindən qonaqlara rayonda həyata keçirilən bərpa-quruculuq layihələri, yaradılan müasir infrastruktur, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər, eləcə də qarşıda duran inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma prinsipləri əsasında genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir.

22/07/2026

Sözün gücünə, peşəkarlığa və obyektivliyə xidmət edən bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edirik!

Kəlbəcərdə təsərrüfatlara və tikinti işlərinə baxış keçirilibAzərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xü...
21/07/2026

Kəlbəcərdə təsərrüfatlara və tikinti işlərinə baxış keçirilib

Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər rayonunda aqrar sahədə həyata keçirilən fəaliyyətlə və tikinti işlərinin gedişi ilə tanış olublar.
Səfər çərçivəsində arıçılıq və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib, həmçinin Zar kəndində tikintisi davam edən fərdi yaşayış evlərində görülən işlər nəzərdən keçirilib. Görüş zamanı aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramının ölkəmizdə, o cümlədən Kəlbəcərdə kənd təsərrüfatının bərpası və inkişafına verəcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.

18/07/2026

Kəlbəcərdə növbəti iməcilik keçirilib

Doğma yurdumuzu təmiz saxlamaq hər birimizin ortaq məsuliyyətidir.

Kəlbəcərdə 14 iyul 1989-cu il faciəsinin qurbanı olan 8 azyaşlının xatirəsi ehtiramla anılıb
14/07/2026

Kəlbəcərdə 14 iyul 1989-cu il faciəsinin qurbanı olan 8 azyaşlının xatirəsi ehtiramla anılıb

08/07/2026

Address

Kälbäjär
AZ3200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər Xüsusi Nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share