Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı Yeni Azərbaycan Partiyası Gədəbəy rayon Təşkilatının rəsmi Facebook səhifəsi.

Azərbaycan - Özbəkistan münasibətlərinin böyük gələcəyi var        Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü mən...
28/08/2026

Azərbaycan - Özbəkistan münasibətlərinin böyük gələcəyi var

Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü mənzərəsinə nəzər saldıqda bir məqam xüsusilə diqqəti çəkir: iki ölkə arasında siyasi etimad nə qədər möhkəmdirsə, bu etimadın yaratdığı əməkdaşlıq imkanları da bir o qədər genişdir. Prezident İlham Əliyevin Daşkənddə mətbuata bəyanatı məhz bu reallığı bir daha nümayiş etdirdi. Bəyanatda səslənən fikirlər Azərbaycan–Özbəkistan əlaqələrinin sadəcə dostluq münasibətləri deyil, konkret nəticələrə söykənən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.
Bu tərəfdaşlığın ən mühüm xüsusiyyəti qarşılıqlı hörmət və etimadın dövlət siyasətinə çevrilməsidir. Azərbaycan və Özbəkistan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və milli maraqlarına daim hörmətlə yanaşır. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək də bu siyasi yaxınlığın mühüm göstəricilərindəndir. Belə mövqelər ölkələr arasında etimadı daha da möhkəmləndirir və ikitərəfli münasibətlərin sabitliyini təmin edir.
Prezident İlham Əliyevin Daşkənddə verdiyi bəyanatın mühüm məqamlarından biri də iki ölkənin inkişaf göstəricilərinin və qarşıya qoyduğu məqsədlərin bir-birinə yaxın olması ilə bağlıdır. Azərbaycan kimi Özbəkistan da iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmə, yeni investisiyaların cəlb edilməsi və müasir infrastrukturun yaradılması istiqamətində mühüm layihələr həyata keçirir. Bu paralel inkişaf prosesləri əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.
İqtisadi əlaqələrin genişlənməsi isə artıq qarşılıqlı niyyətlərin konkret göstəricilərini ortaya qoyur. Ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin həyata keçirilməsi və birgə müəssisələrin yaradılması iki ölkənin biznes dairələri üçün yeni imkanlar açır. Daşkənddə imzalanmış sənədlər arasında ticarət və investisiya əməkdaşlığına xüsusi diqqət yetirilməsi də bu istiqamətin prioritet olduğunu göstərir.
2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi isə münasibətlərin iqtisadi gündəliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu məqsədin reallaşdırılması üçün yalnız dövlət qurumlarının fəaliyyəti kifayət deyil. Sahibkarlar, investisiya şirkətləri, sənaye müəssisələri və maliyyə institutları arasında birbaşa əlaqələrin genişləndirilməsi də mühüm rol oynayacaq. Belə əməkdaşlıq yeni məhsulların istehsalına, xidmətlərin çeşidinin artırılmasına və iki ölkənin bazarlarının daha sıx inteqrasiyasına imkan verəcək.
Azərbaycan və Özbəkistanın iqtisadi potensialının birləşdirilməsi nəqliyyat və logistika baxımından da böyük perspektivlər vəd edir. Azərbaycanın Xəzər dənizi vasitəsilə Avropa istiqamətində formalaşdırdığı nəqliyyat imkanları Mərkəzi Asiya ölkələri üçün mühüm əhəmiyyət daşıyır. Özbəkistanın bu marşrutlarda fəallığının artması isə Orta Dəhlizin yük potensialının genişləndirilməsinə xidmət edə bilər. Bu prosesə daha geniş prizmadan yanaşdıqda Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni əlaqələr sisteminin əhəmiyyəti daha aydın görünür. Prezident İlham Əliyevin Azərbaycanı və Mərkəzi Asiyanı vahid geosiyasi və geoiqtisadi məkan kimi qiymətləndirməsi də məhz bu reallığa əsaslanır. Nəqliyyat xətlərinin, enerji layihələrinin, ticarət əlaqələrinin və investisiya münasibətlərinin inkişafı bu məkanı getdikcə daha sıx bağlayır. Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycan bu münasibətlərə uzunmüddətli perspektivdən yanaşır. Qarşıya qoyulan iqtisadi hədəflər, yeni investisiya layihələri, nəqliyyat imkanlarının genişləndirilməsi və humanitar əlaqələrin inkişafı münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.

Laçın mühüm beynəlxalq qovşağa çevrilir                Laçın Azərbaycanın coğrafi xəritəsində sadəcə bir rayon deyil. Bu...
26/08/2026

Laçın mühüm beynəlxalq qovşağa çevrilir

Laçın Azərbaycanın coğrafi xəritəsində sadəcə bir rayon deyil. Bu bölgə tarixən ölkənin qərb sərhədlərinin təhlükəsizliyində, Qarabağla Şərqi Zəngəzur arasında əlaqələrin təmin edilməsində və regionun iqtisadi potensialının formalaşmasında mühüm rol oynayıb. Məhz buna görə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın şəhəri günü elan edilməsi yalnız əlamətdar tarixin rəsmiləşdirilməsi deyil, həm də dövlətimizin bu şəhərin gələcəyinə verdiyi yüksək dəyərin ifadəsidir. Bu gün Laçın yeni inkişaf mərhələsinə qədəm qoyaraq təkcə Azərbaycanın deyil, bütövlükdə regionun strateji əhəmiyyət daşıyan məkanlarından birinə çevrilməkdədir.
Lakin bugünkü uğurlar heç də asan əldə olunmayıb. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin Laçını işğal etməsi rayonun tarixində ən faciəli səhifələrdən birini açdı. Minlərlə sakin öz doğma torpağından didərgin salındı, yüzlərlə insan həlak oldu və ya itkin düşdü. İşğal illərində yaşayış məntəqələri sistemli şəkildə dağıdıldı, məktəblər, səhiyyə müəssisələri, mədəniyyət ocaqları və inzibati binalar viran qoyuldu. Tarixi və dini abidələr vandalizmə məruz qaldı, zəngin meşələr və təbii ehtiyatlar qanunsuz istismar edildi. Ermənistan bununla kifayətlənməyərək beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozdu, yaşayış məntəqələrinin adlarını dəyişdirdi və qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdi. Bütün bunlar bir daha göstərirdi ki, məqsəd yalnız ərazini işğal altında saxlamaq deyil, həm də həmin torpaqların tarixi kimliyini dəyişdirmək idi.
Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər bu planları birdəfəlik puça çıxardı. 2020-ci ilin sonunda Laçın rayonu Azərbaycana qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Bununla bölgədə tamamilə yeni mərhələ başlandı. Dövlət qarşısında duran əsas vəzifə azad olunmuş torpaqları əvvəlki vəziyyətinə qaytarmaq yox, onları müasir inkişaf standartlarına uyğun şəkildə yenidən qurmaq idi. Bu məqsədlə həyata keçirilən layihələr Laçının uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarını təşkil edir.
Həmin layihələrin sırasında yol-nəqliyyat infrastrukturu xüsusi yer tutur. İnşası davam edən Kəlbəcər–Laçın avtomobil yolu mühəndislik baxımından ölkənin ən mürəkkəb layihələrindən hesab olunur. Yeni yol mövcud marşrutdan daha qısa olmaqla yanaşı, iki, üç və dörd hərəkət zolağından ibarət olacaq, üzərində çoxsaylı tunel və körpülər inşa edilir. Bu magistral yalnız nəqliyyat rahatlığını artırmayacaq. O, Qarabağ və Şərqi Zəngəzur arasında iqtisadi əlaqələri gücləndirəcək, yük və sərnişin daşımalarının sürətini yüksəldəcək, regionun sosial-iqtisadi inkişafına əlavə təkan verəcək.
Laçının beynəlxalq əhəmiyyətini artıran ən mühüm layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanıdır. Qorçu kəndi yaxınlığında, dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə inşa edilən bu aeroport Azərbaycanın ən yüksəkdə yerləşən hava limanıdır. Müasir standartlara uyğun tikilmiş uçuş-enmə zolağı və terminal kompleksi istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Laçın, Şuşa və Kəlbəcərə yaxın məsafədə yerləşməsi isə hava limanını təkcə nəqliyyat obyekti deyil, bütövlükdə regionun iqtisadi, turizm və logistika imkanlarını genişləndirən strateji mərkəzə çevirir. Bu layihə Azərbaycanın azad edilmiş əraziləri qısa müddətdə beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya etmək əzmindən xəbər verir.
Bu gün Laçında həyata keçirilən hər bir layihə gələcəyə hesablanmış dövlət siyasətinin nəticəsidir. Burada yaradılan yeni infrastruktur göstərir ki, Azərbaycan işğalın qoyduğu dağıntıları sadəcə aradan qaldırmır, eyni zamanda bölgəni regionun ən müasir inkişaf məkanlarından birinə çevirir. Laçının yenidən qurulan yolları, hava limanı və genişlənən iqtisadi imkanları ölkəmizin güclü dövlət idarəçiliyinin, məqsədyönlü siyasətinin və qalib xalq iradəsinin bariz təzahürüdür. Məhz buna görə 26 avqust – Laçın şəhəri günü keçmişə ehtiramın, bu günün qürurunun və gələcəyə inamın birləşdiyi əlamətdar tarix kimi xüsusi məna daşıyır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.

Azərbaycan-Özbəkistan münasibətləri strateji əhəmiyyət kəsb edir.Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya...
24/08/2026

Azərbaycan-Özbəkistan münasibətləri strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər ölkələrimiz arasında çoxşaxəli münasibətlərin artıq strateji xarakter aldığını təsdiq edir. Son illərdə yüksək səviyyəli siyasi dialoq əldə edilən nəticələrin əsas şərtlərindən birinə çevrilib. Müntəzəm qarşılıqlı səfərlər və dövlət başçıları arasında sıx təmaslar münasibətlərin ardıcıl siyasi iradəyə söykəndiyini təsdiqləyir. Müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr qarşılıqlı etimadın konkret layihələrdə ifadəsinə imkan yaradır. Bu baxımdan iqtisadi əməkdaşlığın göstəriciləri xüsusilə diqqət çəkir. Belə ki, qarşılıqlı iqtisadi əlaqələr artıq mövcud imkanların sadəcə istifadəsi ilə kifayətlənmir, yeni inkişaf mərhələsinə keçir. Bu prosesdə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xüsusi çəkisi var. 500 milyon dollar ümumi kapitalla yaradılmış bu platforma hər iki ölkədə perspektivli layihələrin maliyyələşdirilməsinə imkan yaradır. İnvestisiya əməkdaşlığının belə institusional mexanizm üzərində qurulması biznes əlaqələrinin təsadüfi təşəbbüslərdən sistemli tərəfdaşlığa çevrilməsi deməkdir.

Qeyd bolunmalıdır ki, birgə istehsal layihələri də iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi xüsusi önəm daşıyır. Bu gün avtomobil sənayesində “Chevrolet” və “Isuzu” markaları üzrə əməkdaşlıq iki ölkənin imkanlarının necə birləşdirilə bildiyini nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərin bərpasında Özbəkistanın iştirakı isə iqtisadi əməkdaşlığa xüsusi mənəvi məzmun qazandırır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi qardaşlığın yalnız siyasi sənədlərdə deyil, gündəlik həyatın özündə də hiss edildiyini göstərən nümunədir. Əlaqələrin coğrafiyası da genişlənir. Özbəkistan investisiyalı şirkətlərin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi, Azərbaycan şirkətlərinin isə Daşkənd və digər ərazilərdə layihələr həyata keçirməsi qarşılıqlı iqtisadi marağın balanslı xarakter daşıdığını göstərir. Turizm, təhsil, media və regionlararası əməkdaşlıq da iqtisadi tərəfdaşlığın sosial dayaqlarını möhkəmləndirir. Xüsusilə qardaşlaşmış şəhərlər arasında əlaqələrin genişlənməsi diqqətəlayiqdir. Bakı ilə Daşkənddən başlayaraq müxtəlif Azərbaycan və Özbəkistan şəhərlərinin tərəfdaşlığı xalqlar arasındakı münasibətlərin bütün səviyyələrə – şəhərlərə, icmalara və insanlara qədər yayılmasına şərait yaradır. Bu, gələcək nəsillərin bir-birini daha yaxından tanıması üçün mühüm zəmin formalaşdırır.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində əksini tapan mənzərə Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız bu günün uğurlarına deyil, sabahın daha böyük imkanlarına söykəndiyini göstərir. Siyasi etimad iqtisadi layihələri, iqtisadi əməkdaşlıq humanitar yaxınlığı, humanitar əlaqələr isə xalqların qarşılıqlı rəğbətini daha da gücləndirir. Məhz bu bütövlük Azərbaycan və Özbəkistan müttəfiqliyini regional əməkdaşlığın mühüm dayaqlarından birinə çevirir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.

Naxçıvan enerji ixrac edən əraziyə çevriləcək        Naxçıvanın gələcək inkişaf perspektivlərindən danışarkən enerji məs...
13/08/2026

Naxçıvan enerji ixrac edən əraziyə çevriləcək

Naxçıvanın gələcək inkişaf perspektivlərindən danışarkən enerji məsələsi xüsusi diqqət tələb edir. Çünki muxtar respublikanın təbii-coğrafi xüsusiyyətləri burada bərpaolunan enerji mənbələrindən geniş istifadə üçün ciddi imkanlar yaradır. Prezident İlham Əliyevin avqustun 11-də Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu məsələyə toxunması və Muxtar Respublikaya səfəri çərçivəsində enerji sahəsində yeni layihələrin gündəmə gətirilməsi Naxçıvanın qarşıdakı illərdə enerji siyasətində mühüm rol oynayacağını göstərir. Naxçıvanın enerji potensialının əsas üstünlüklərindən biri günəş enerjisindən istifadə imkanlarının geniş olmasıdır. Günəşli günlərin çoxluğu fotovoltaik stansiyaların səmərəli fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, Naxçıvanda günəş enerjisinin inkişafı nəticəsində istehsal gücünü 500 meqavatdan daha yüksək səviyyəyə çatdırmaq, hətta potensial olaraq 1000 meqavat həddinə yüksəltmək mümkündür. Bu, muxtar respublikanın enerji balansında ciddi dəyişiklik yarada biləcək perspektivdir.

Məsələnin əhəmiyyəti yalnız əlavə elektrik enerjisi istehsal etməkdən ibarət deyil. Bərpaolunan enerji mənbələrinin genişləndirilməsi həm enerji təhlükəsizliyini möhkəmləndirir, həm də ətraf mühitə təsirin azaldılmasına imkan verir. Azərbaycanın son illərdə yaşıl enerji sahəsində həyata keçirdiyi siyasət fonunda Naxçıvanın da bu prosesdə fəal iştirakı ölkənin ümumi enerji strategiyasına uyğun gəlir. Muxtar respublikanın su ehtiyatları da enerji istehsalı üçün imkanlar yaradır. Su elektrik stansiyalarının fəaliyyətinin genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir. Günəş və su enerjisinin birlikdə inkişaf etdirilməsi isə Naxçıvanın enerji sisteminin daha çevik və dayanıqlı qurulmasına imkan verə bilər. Burada ən mühüm perspektivlərdən biri Naxçıvanın gələcəkdə enerji ixrac edən əraziyə çevrilməsidir. Prezident İlham Əliyevin müsahibəsində bu məqsədin mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər göstərir ki, söhbət artıq yalnız muxtar respublikanın daxili tələbatının ödənilməsindən getmir. İstehsal güclərinin artırılması, enerji saxlanc sistemlərinin yaradılması və elektrik şəbəkəsinin inkişaf etdirilməsi Naxçıvanın enerji potensialının daha geniş iqtisadi dövriyyəyə cəlb olunmasına şərait yarada bilər.

Enerji məsələsi Naxçıvanın sənayeləşməsi ilə də sıx bağlıdır. Səfər zamanı Naxçıvan Sənaye Parkında 300 meqavat gücündə istilik elektrik stansiyasının təməlinin qoyulması bu əlaqənin əyani nümunəsidir. Yeni sənaye müəssisələrinin fəaliyyət göstərməsi üçün sabit və etibarlı enerji təminatı vacibdir. Deməli, enerji infrastrukturunun genişləndirilməsi gələcəkdə istehsal sahələrinin sayının artmasına da birbaşa təsir göstərəcək. Eyni zamanda Naxçıvanın enerji potensialının artması onun regional əhəmiyyətini də yüksəldə bilər. Nəqliyyat bağlantılarının inkişafı ilə enerji infrastrukturunun yenilənməsi paralel getdikcə muxtar respublikanın iqtisadi imkanları bir-birini tamamlayan istiqamətlər üzrə genişlənəcək. Bir tərəfdən yeni yollar və dəmir yolu bağlantıları Naxçıvanı regional bazarlara yaxınlaşdıracaq, digər tərəfdən güclü enerji bazası sənaye və xidmət sahələrinin inkişafını dəstəkləyəcək.
Beləliklə, Naxçıvanda enerji sahəsində həyata keçirilən və planlaşdırılan layihələr yalnız bugünkü ehtiyaclara cavab vermir. Onlar gələcək iqtisadi inkişafın dayaqlarından birini formalaşdırır. Günəş və su enerjisi, yeni generasiya gücləri, enerji saxlanc imkanları və müasir şəbəkə infrastrukturu birlikdə Naxçıvanın daha dayanıqlı enerji sisteminin əsasını yarada bilər.
Prezident İlham Əliyevin səfəri zamanı enerji məsələsinə verilən diqqət də bu baxımdan mühüm mesajdır. Azərbaycanın enerji strategiyasında Naxçıvan üçün yeni imkanlar yaranır və muxtar respublikanın öz təbii potensialından istifadə etməklə həm daxili tələbatını daha etibarlı ödəməsi, həm də gələcəkdə enerji ixracatçısına çevrilməsi qarşıya qoyulan real hədəflər sırasındadır. Bu perspektiv Naxçıvanın iqtisadi inkişaf xəritəsində onun çəkisini daha da artıracaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.

Bişkek görüşü: Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığının yeni siyasi konturlarıMüasir beynəlxalq münasibətlər sist...
03/08/2026

Bişkek görüşü: Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığının yeni siyasi konturları

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin dinamikası, qlobal iqtisadi çağırışlar və regional təhlükəsizlik məsələləri dövlətlər arasında etibarlı strateji tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına dövlət səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanat təkcə iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafını deyil, bütövlükdə Türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm diplomatik hadisə kimi dəyərləndirilməlidir.

Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə söykənən möhkəm təməl üzərində formalaşıb. Son illər dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli siyasi dialoq və müxtəlif sahələrdə həyata keçirilən birgə təşəbbüslər bu əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Prezident İlham Əliyevin Bişkekdə səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığın inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir və bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət həyata keçirir.Müasir geosiyasi reallıqlar göstərir ki, Türk dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsi təkcə ortaq tarix və mədəniyyət amili ilə məhdudlaşmır. Bu birlik artıq siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya əlaqələri, enerji təhlükəsizliyi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək kimi strateji istiqamətləri də əhatə edir. Bu baxımdan Azərbaycanın irəli sürdüyü təşəbbüslər ölkəmizin Türk dünyasında birləşdirici və təşəbbüskar dövlət kimi mövqeyini daha da möhkəmləndirir.Bişkekdə keçirilən görüşlər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, sənaye kooperasiyasının inkişafı və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi əsas müzakirə mövzularından biri oldu. İqtisadi münasibətlərdə siyasi etimadın həlledici rol oynadığı nəzərə alınarsa, əldə olunmuş razılaşmalar yaxın perspektivdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşəcəyini göstərir.

Prezident İlham Əliyevin bəyanatında nəqliyyat və logistika məsələlərinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyildi. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz artıq Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji marşrutlardan birinə çevrilib. Bu layihə yalnız iqtisadi əhəmiyyət daşımır, eyni zamanda region ölkələri arasında qarşılıqlı asılılığı artıraraq sabitliyə və uzunmüddətli əməkdaşlığa xidmət edir. Qırğızıstanın bu prosesdə fəal iştirakı isə Türk dünyasının iqtisadi inteqrasiyasını daha da sürətləndirə bilər.Dövlət başçısının bəyanatında beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi fundamental məsələlərin xüsusi vurğulanması Azərbaycanın xarici siyasət kursunun dəyişməz prinsiplərini bir daha nümayiş etdirdi. Bu mövqe ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirir.Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin uğuru təkcə iqtisadi potensial və hərbi güclə deyil, həm də etibarlı tərəfdaşlıq münasibətləri qurmaq, regional təşəbbüslərə liderlik etmək və çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak etməklə ölçülür. Azərbaycan son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, Avrasiya məkanında etibarlı və məsuliyyətli tərəfdaş kimi də öz mövqeyini möhkəmləndirib. Qırğızıstan ilə münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması da məhz bu strateji baxışın məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlar göstərdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının daha da güclənməsini, üzv dövlətlər arasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və humanitar əməkdaşlığın genişlənməsini strateji prioritet hesab edir. Bu gün Türk dünyası artıq yalnız ortaq tarix və mədəniyyət məkanı deyil, həm də ortaq maraqlar, qarşılıqlı dəstək və birgə inkişaf prinsiplərinə əsaslanan nüfuzlu əməkdaşlıq platformasına çevrilməkdədir. Azərbaycanın bu prosesdə fəal rolu ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır və regional əməkdaşlıqda aparıcı mövqeyini gücləndirir.Xüsusilə Orta Dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, investisiya və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi Azərbaycan–Qırğızıstan əməkdaşlığına yeni strateji məzmun qazandırır. Bu istiqamətlər yalnız iki ölkənin iqtisadi maraqlarına xidmət etmir, həm də Avrasiya məkanında dayanıqlı ticarət əlaqələrinin, logistika imkanlarının və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və mətbuata verdiyi bəyanat Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişaf tarixində mühüm mərhələ təşkil edir. Səfər çərçivəsində səsləndirilən siyasi mesajlar, müəyyənləşdirilən əməkdaşlıq istiqamətləri və nümayiş etdirilən qarşılıqlı siyasi iradə göstərir ki, iki qardaş ölkə bundan sonra da strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirəcək. Bu isə həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verəcəkdir.

Anar Məmmədov
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Siyasi etimaddan strateji gələcəyə        Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə verdiyi ən böyük dəyər qarşıl...
03/08/2026

Siyasi etimaddan strateji gələcəyə

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə verdiyi ən böyük dəyər qarşılıqlı etimaddır. Məhz etimad olduqda siyasi dialoq dərinləşir, iqtisadi layihələr genişlənir, imzalanan sənədlər isə formal xarakter daşımayaraq real nəticələr doğurur. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər məhz belə möhkəm etimad üzərində qurulub. Çolpon-Atada keçirilən görüşlər və əldə olunan razılaşmalar iki qardaş ölkənin əməkdaşlığının uzunmüddətli strateji xarakter daşıdığını bir daha təsdiqlədi.

Səfərin ən mühüm nəticəsi olan müttəfiqlik münasibətləri haqqında Müqavilə iki dövlət arasında əməkdaşlığı yeni siyasi mərhələyə yüksəltdi. Bu sənədin əhəmiyyəti yalnız hüquqi çərçivənin genişlənməsi ilə məhdudlaşmır. Müqavilə göstərir ki, Azərbaycan və Qırğızıstan regional və beynəlxalq məsələlərdə bir-birini etibarlı tərəfdaş kimi görür, gələcək inkişaf strategiyalarını da qarşılıqlı dəstək prinsipi üzərində qururlar. Müttəfiqlik statusu, əslində, uzun illər ərzində formalaşmış dostluğun və strateji tərəfdaşlığın məntiqi davamıdır.
Dövlətlərarası Şuranın üçüncü iclası zamanı səsləndirilən fikirlər də bu reallığı təsdiqlədi. Tərəflər əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsi əzmində olduqlarını nümayiş etdirdilər. Xüsusilə iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, turizm, təhsil və humanitar sahələr üzrə qarşıya qoyulan məqsədlər münasibətlərin çoxşaxəli inkişaf etdiyini göstərir. Bu istiqamətlər gələcək illərdə iki ölkə arasında əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevriləcək.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri Qırğızıstanın inkişafına verilən səmimi qiymət idi. Bu yanaşma Azərbaycanın dost ölkələrin uğurlarını öz uğuru kimi qəbul edən xarici siyasət fəlsəfəsinin növbəti təzahürü oldu. Eyni zamanda Qarabağın bərpasına göstərilən dəstəyə görə minnətdarlığın ifadə edilməsi, Ağdamdakı Manas adına məktəbin qardaşlığın rəmzi kimi dəyərləndirilməsi humanitar əməkdaşlığın siyasi münasibətləri daha da möhkəmləndirdiyini göstərdi. Səfər çərçivəsində dövlət başçılarının qarşılıqlı şəkildə ali dövlət ordenləri ilə təltif olunması da xüsusi siyasi məna daşıyır. Prezident İlham Əliyevə birinci dərəcəli “Manas” ordeninin təqdim edilməsi Azərbaycanın Qırğızıstan üçün etibarlı və strateji tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirdi. Prezident Sadır Japarovun “Heydər Əliyev” ordeni ilə təltif olunması isə Azərbaycanın qardaş ölkə ilə münasibətlərə verdiyi yüksək dəyərin ifadəsi oldu. Bu qarşılıqlı ehtiram münasibətlərin gələcək inkişafı üçün əlavə mənəvi və siyasi stimul yaradır.
Mətbuata bəyanatlar zamanı səsləndirilən fikirlər də göstərdi ki, tərəflər artıq konkret nəticələr əldə etmiş əməkdaşlığı daha geniş miqyasda davam etdirmək niyyətindədirlər. Qırğız-Azərbaycan Fondunun fəaliyyətinin genişləndirilməsi, investisiya layihələrinin artırılması, nəqliyyat və logistika imkanlarından birgə istifadə perspektivləri, turizm sahəsində yeni təşəbbüslər bunun real göstəriciləridir. Bütün bunlar münasibətlərin yalnız siyasi dialoqdan ibarət olmadığını, real iqtisadi məzmun qazandığını təsdiqləyir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın xarici siyasətinin ardıcıllığını və etibarlılığını növbəti dəfə nümayiş etdirdi. Bu səfər nəticəsində qəbul olunan qərarlar iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, Türk dünyasında inteqrasiyanın güclənməsinə də mühüm töhfə verir. Ən əsası isə Çolpon-Atada atılan addımlar göstərdi ki, Azərbaycan ilə Qırğızıstanın müttəfiqliyi bugünün siyasi uğuru olmaqla kifayətlənməyəcək, gələcəyin də möhkəm strateji dayaqlarından birinə çevriləcək.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.

Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlət...
31/07/2026

Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
https://president.az/az/articles/view/73162

Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Jap...
31/07/2026

Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
https://president.az/az/articles/view/73161

Address

Gədəbəy şəhəri, Heydər Əliyev Prospekti
Kedabek

Telephone

+994553062636

Alerts

Be the first to know and let us send you an email when Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı:

Shortcuts

Share