Xaçmaz, Çiləgir

Xaçmaz, Çiləgir Xaçmaz rayonunun Çiləgir kəndinin facebook səhifəsi

14/08/2026

Şəhid Amid Qədirovun doğum günüdür!

Qədirov Amid Qurban oğlu 14 avqust 2000-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində doğulub.
2006-cı ildə Ə.H.Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində birinci sinfində təhsil almağa başlayıb.
Təhsilini bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərb sahəsinə böyük marağı olduğundan Amid Qədirov müvafiq dövlət qurumlarına peşəkar hərbçi kimi çalışmaq üçün müraciət edib. Vətənpərvər gənc 2021-ci ildən Müdafiə Nazirliyinin əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidməti dövründə cəsurluğu ilə seçilən çavuş Amid Qədirov komandalıq tərəfindən dəfələrlə mükafatlandıırlıb.
Amid Qədirov Azərbaycan Ordusunun 2023-cü il 19-20 sentyabr tarixində Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı Ağdərə istiqamətində düşmənə qarşı qəhrəmalıqla döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərdə göstərdiyi şücaətə görə Amid Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!

Kəndimizin ziyalı sakinlərindən Əhməd Nemətov 71 yaşında vəfat edib. Əhməd müəllim uzun illər Çiləgir kənd tam orta məkt...
14/08/2026

Kəndimizin ziyalı sakinlərindən Əhməd Nemətov 71 yaşında vəfat edib. Əhməd müəllim uzun illər Çiləgir kənd tam orta məktəbində tarix fənnini tədris edib.
Allah rəhmət eləsin!

26/07/2026

Burada çimmək hər oğulun işi deyil🛀
Dərindir, suyu isə buz kimi soyuqdur🥶

📢Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin rekordu yenilənib. ✅Bu il məktəbdən məzun olan Yusifli Ayxan Elxa...
26/06/2026

📢Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin rekordu yenilənib.
✅Bu il məktəbdən məzun olan Yusifli Ayxan Elxan oğlu buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ümumilikdə 673,5 bal toplayaraq məktəb tarixində ən yüksək göstəricini əldə edib.
⬇️Bundan əvvəl yüksək nəticə göstərən məzunlarla aşağıdakı fotoda tanış ola bilərsiniz.

11/05/2026

Bu da "maestro" Arda Babayevin futbol şousu 🤩

Bizim Arda💪Nə Arda Turan nə də Arda Gülər🙂Söhbət səkkiz yaşlı çiləgirli Arda Babayevdən gedir.Arda "Qarabağ"ın U-9 koman...
11/05/2026

Bizim Arda💪
Nə Arda Turan nə də Arda Gülər🙂
Söhbət səkkiz yaşlı çiləgirli Arda Babayevdən gedir.
Arda "Qarabağ"ın U-9 komandasında oynayır. Onu dəqiq ötürmələri, fintləri və qapıya qarşısıalınmaz zərbələrinə görə "maestro" deyə çağırırlar. Başa çatan çempionatda Arda ən yaxşılar arasında yer alıb. O, U-9 liqasının Fair-play mükafatına layiq görülüb. Ardaya növbəti yarışlarda uğurlar arzulayırıq.🙏
Növbəti paylaşımda Ardanın necə istedadlı futbolçu olduğunu göstərən video təqdim edəcəyik 👍

27/04/2026

Kəndimizdə çəkilən maraqlı video 🙂

Amma təəssüf ki, gölün ətrafı görünüşünü tamamilə dəyişib. Ərazidəki böyük ağaclardan əsər-əlamət qalmayıb. Gözəllik məhv olub!

📚👍🎓
19/04/2026

📚👍🎓

📢Fəxrimiz Ayxan Yusifli!

📚Məktəbimizin XI sinif şagirdi Ayxan Yusifli buraxılış imtahanında böyük uğura imza atıb.
🎓Ayxan 295.4 bal toplayaraq Xaçmaz rayonu üzrə ən yüksək nəticəni göstərib.
🖋️Şagirdimizi ürəkdən təbrik edir, gələcək təhsil həyatında yeni-yeni uğurlar arzulayırıq!

02/12/2025

🏡 Çiləgir haqqında mahnı 🙂

Sözlərin müəllifi: Məmməd Qədir
İfa süni intellekt vasitəsilə canlandırıb.

Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Əfqan Hacağa oğlu Yəhyayevin xatirəsi anılıb.Bu gün əlli üç ...
30/10/2025

Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Əfqan Hacağa oğlu Yəhyayevin xatirəsi anılıb.
Bu gün əlli üç yaşı tamam olan Əfqan həmişə 19 yaşlı gülərüz və cəsarətli qəhrəman kimi xatırlanacaq.

Address

Çiləgir
Khachmaz
2700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz, Çiləgir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share