Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu

24/07/2026

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu ilə ATS FOOD MMC və “Ağdaş” yem zavodunun əməkdaşlığı çərçivəsində həyata keçirilmiş eksperimental sınaqlarda süd verən inəklərin gündəlik yem payına çörək tullantısı ununun 37,5% səviyyələrdə daxil edilməsinin 12 həftə müddətində süd məhsuldarlıq göstəricilərinə və cavan heyvanların gündəlik yem payına 34% daxil edilməsinin 50 gün ərzində canlı kütlə artımına təsiri öyrənilmişdir. Sınaq zamanı Holşteyn friz, Simmental, Cersey, Şvis və Aberdin anqus сinslərinin ümumi süd məhsuldarlığı, süddə yağ faizi göstəriciləri və Holşteyn friz, Simmental, Cersey, Şvis cinslərindən olan cavan heyvanların canlı çəki artımı, yemin konversiyası kimi mühüm göstəricilər qeyd edilmişdir.
Süd verən inəklərin gündəlik yem payına 37,5% çörək tullantıları unu əlavə etdikdə ümumi süd istehsalı 23,44–62,34%, bir başdan orta süd məhsuldarlığı isə 23,44–79,39% artmışdır.
Cavan heyvanların gündəlik yem payına 34% çörək tullantıları unu əlavə etdikdə ən çox canlı kütlə artımı Şvis cinsində (41,51%), aşağı artım isə mələz heyvanlarda (20,0%) müşahidə olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, təsərrüfat şəraitində 50 gün yetişdirmə dövründə cavan heyvanların canlı kütləsi 8-10% artmışdır. Müayisədə, 31,5%-ə qədər təcrübə qrupunda daha çox canlı kütlə alınmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 30.06.2026-cı il tarixli qərarı il...
08/07/2026

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 30.06.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun sabiq doktorantı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin elmi işçisi Mirzəyeva Arzu Rəfail qızına 3110.01 – “Kənd təsərrüfatı heyvanlarının (tut ipəkqurdunun) yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması” ixtisası üzrə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Arzu Mirzəyeva “Genetik ehtiyatlardan, seleksion-genetik parametrlərdən və çarpazlaşdırma metodlarından istifadə etməklə təkrar yemləmələr üçün dözümlü tut ipəkqurdu cinslərinin yaradılması” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.

“Ana arı. Texniki şərtlər” Dövlət Standartı Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunda fəaliyyət göstərən “He...
06/07/2026

“Ana arı. Texniki şərtlər” Dövlət Standartı Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunda fəaliyyət göstərən “Heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 24) tərəfindən ölkədə ana arı yetişdirilməsi sahəsində keyfiyyətin yüksəldilməsi, ana arıların istehsalı, bioloji və seleksiya göstəricilərinin qiymətləndirilməsi, markalanması, qablaşdırılması, daşınması, saxlanılması və dövriyyəsinin vahid tələblər əsasında tənzimlənməsi məqsədilə hazırlanmış, Azərbaycan Standartlaşdırma İnstitutunun Q-73/2026 №-li qərarı və AZS 1004:2026 qeydiyyat nömrəsi ilə 02.07.2026-cı il tarixdə təsdiq edilmişdir.
Standartın tətbiqi ana arı istehsalında vahid texniki tələblərin müəyyən edilməsinə, yüksək keyfiyyətli və məhsuldar ana arıların yetişdirilməsinə, cins və populyasiyaların xarakterik xüsusiyyətlərinin qorunmasına, bioloji göstəricilərin sabit saxlanılmasına, həmçinin istehlakçılara təqdim olunan ana arıların keyfiyyət və etibarlılıq səviyyəsinin artırılmasına xidmət edir.
Standart eyni zamanda ana arıların bioloji və morfoloji göstəricilərinin obyektiv qiymətləndirilməsi, seleksiya və damazlıq işinin elmi əsaslarla aparılması, yerli arı genofondunun qorunması, yüksək məhsuldar və xəstəliklərə davamlı arı ailələrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu standartın tətbiqi respublikamızda arıçılığın davamlı inkişafına, bal istehsalının məhsuldarlığının artırılmasına, keyfiyyətli ana arı bazarının formalaşdırılmasına, istehsalçı və arıçıların maraqlarının qorunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də arıçılıq sahəsində beynəlxalq təcrübəyə uyğun keyfiyyət infrastrukturunun formalaşdırılmasına mühüm töhfə verəcəkdir.

“Sənaye qrenası. Texniki şərtlər” Dövlət Standartı Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunda fəaliyyət göstə...
01/07/2026

“Sənaye qrenası. Texniki şərtlər” Dövlət Standartı Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunda fəaliyyət göstərən “Heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 24) tərəfindən ölkədə ipəkçiliyin inkişafı, tut ipəkqurdu qrenasının istehsalı, keyfiyyətinin qiymətləndirilməsi, qablaşdırılması, markalanması, saxlanılması və dövriyyəsinin vahid tələblər əsasında tənzimlənməsi məqsədilə hazırlanmış, Azərbaycan Standartlaşdırma İnstitutunun Q-45/2026 №-li qərarı və AZS 998:2026 qeydiyyat nömrəsi ilə 19.05.2026-cı il tarixdə təsdiq edilmişdir.
Standartın tətbiqi istehsal prosesində vahid texniki tələblərin müəyyən edilməsinə, yüksək keyfiyyətli və sağlam qrena istehsalının təmin olunmasına, məhsulun bioloji göstəricilərinin sabit saxlanılmasına, istehlakçılara təqdim olunan məhsulun etibarlılığının artırılmasına xidmət edir.
Standart həmçinin qrenanın keyfiyyət göstəricilərinin obyektiv qiymətləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, genetik resursların qorunması və damazlıq işinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu standartın tətbiqi Azərbaycan Respublikasında ipəkçiliyin davamlı inkişafına, barama istehsalının artırılmasına, istehsalçıların, təchizatçıların maraqlarının qorunmasına, xaricdən aslılığın aradan qaldırılmasına və beynəlxalq təcrübəyə uyğun keyfiyyət infrastrukturunun formalaşdırılmasına töhfə verəcəkdir.

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun “Yemləmə və  yemlərin analizi laboratoriyasının” əməkdaşları böyük...
30/06/2026

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun “Yemləmə və yemlərin analizi laboratoriyasının” əməkdaşları böyük elmi işçi Məhərrəmova V.İ., elmi işçi Poladov F.C., böyük laborant Həsənova M.Ə., “Yerli tut formalarından, hibridlərdən, genofondunda olan introduksiya olunmuş sortlardan istifadə edərək yeni tut sortlarının yaradılması” mövzusunun yerinə yetirilməsi üçün aparılan çöl təcrübələrində iştirak edirlər.
Faxralı Arıçılıq təcrübə stansiyasında yerləşən 2-ci seleksiya tingliyində olan seçilmiş formaların, 3-cü tut genefondunda olan introduksiya olunmuş sortların biomorfoloji xüsusiyyətləri öyrənilir.

19.06.2026-cı il tarixində Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun Elmi Şurasında sabiq doktorant Əliyeva ...
24/06/2026

19.06.2026-cı il tarixində Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun Elmi Şurasında sabiq doktorant Əliyeva Vüsalə Ramiz qızının 3110.01. “Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması” ixtisası üzrə “Kiçik Qafqaz bölgəsində Bozdağ Qafqaz arı cinsinin (apis mellifera l.caucasica gorbachev) Qabaqtəpə arı populyasiyasının (populatio wabaqkendik) məhsuldar seleksiya damazlıq qrupunun yaradılması və reproduksiyası” adlı dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə HBETİ-nin Elmi Şura üzvləri ilə yanaşı ADAU və Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin əməkdaşları iştirak etmişdir. Müzakirə müvəffəqiyyətlə başa çatmış, Əliyeva Vüsalə Ramiz qızının aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin uyğun olaraq növbəti mərhələdə müzakirə olunması qərara alınmışdır.

18/06/2026
Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunda istehsalat təcrübəsində iştirak edən Gəncə Dövlət Aqrar Kollecinin...
17/06/2026

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunda istehsalat təcrübəsində iştirak edən Gəncə Dövlət Aqrar Kollecinin “Aqrar fermer təsərrüfatının təşkili” və “Baytarlıq” ixtisasları üzrə tələbələri institutun elmi-tədqiqat və istehsalat fəaliyyəti ilə yaxından tanış olmuş, praktiki bilik və bacarıqlarını artırmışlar.
Təcrübə müddətində fəal iştirak edən tələbələrə Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu tərəfindən sertifikatlar təqdim edilmişdir.

14/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

11/06/2026

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun “Tut İpəkqurdunun Seleksiyası” laboratoriyasında cari mövsüm üzrə ipəkqurdu yetişdirilməsi, seleksiya və elmi-tədqiqat işləri uğurla başa çatdırılıb.

Mövsüm ərzində tut ipəkqurdlarının yetişdirilməsi bütün aqrozootexniki tələblərə uyğun şəkildə həyata keçirilib, qrenaların sağlam inkişafı təmin edilib və yüksək keyfiyyətli barama məhsulu əldə olunub. Laboratoriyada aparılan gündəlik müşahidələr nəticəsində ipəkqurdlarının inkişafı dövründə hər hansı xəstəlik və ya fizioloji gerilik müşahidə edilməyib.

Bununla yanaşı, seleksiya istiqamətində mühüm nailiyyətlər əldə olunub. Belə ki, “Ordubad-1”, “Ordubad-2” cinsləri və “Namazlı 3 x Mizuri-1” hibridi seleksiya nailiyyəti kimi Dövlət Reyestrinə daxil edilib. Hazırda yüksək məhsuldarlıq göstəricilərinə malik sağlam və keyfiyyətli baramalar seçilərək, növbəti mərhələ olan paplionaj (kəpənəklərin cütləşdirilməsi) işləri həyata keçirilib. Eyni zamanda, yerli “Qarabağ” cinsi üzərində aparılan seleksiya işləri çərçivəsində cinsin qiymətli bioloji xüsusiyyətlərinin qorunması, təkmilləşdirilməsi və məhsuldarlığının artırılması istiqamətində tədqiqatlar davam etdirilib.

Laboratoriyanın kolleksiyasında saxlanılan yerli və xarici tut ipəkqurdu cinsləri, eləcə də müxtəlif rəngli (dekorativ) barama nümunələri üzrə genetik ehtiyatların qorunması və tədqiqi istiqamətində mühüm işlər görülüb.

Hazırda laboratoriyada yaradılan yeni cins və hibridlərin qiymətləndirilməsi, onların məhsuldarlıq və keyfiyyət göstəricilərinin öyrənilməsi, həmçinin gələcəkdə patentləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün hazırlıq işləri davam etdirilir. Bu fəaliyyətlər ölkədə ipəkçiliyin inkişafına, yerli genetik ehtiyatların mühafizəsinə və yüksək keyfiyyətli seleksiya materiallarının yaradılmasına xidmət edir.

Mütəxəssislərin rəyinə görə, laboratoriyada əldə olunan nəticələr Azərbaycan ipəkçiliyinin elmi əsaslarla inkişafına və sahənin rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.

Address

Firuzabad Qəsəbəsi
Kol-Yelendorf
AZ2500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222022330

Alerts

Be the first to know and let us send you an email when Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu:

Shortcuts

Share