Samunida

Samunida Ünvan: Samux şəhər

06/04/2024
15.03.2024-cü il tarixində Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnki...
06/04/2024

15.03.2024-cü il tarixində Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzivə Samux təhsil sektorunun birgə təşkilatçılığı ilə "Narkomanlığın gəncliyə mənfi təsirləri, məktəblərdə bulinq in səbəbləri " mövzusunda seminar keçirilmişdir. Uşaqlara mövzu ətrafında geniş məlumat verilmiş, mövzunu əks etdirən videoçarx nümayiş etdirildi. Daha sonra məktəblilərin sualları cavablandırılmışdır.

12.03.2024-cü il tarixində Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və...
06/04/2024

12.03.2024-cü il tarixində Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycandan dünyaya doğan əql günəşi ulu Nizami Gəncəvinin anım günü ilə əlaqədar olaraq
"Nə qədər şair var, söz var şeir var
Dünyada onlardan mənəm yadigar"
adlı elmi - bədii konfrans keçirilmişdir. Öncə ulu Nizaminin məqbərəsi ziyarət olunmuş, qəbri üzərinə tər çiçəklər düzülmüşdür. Qonaqlar Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən "Könüllü teatr" ın könüllüləri Nizami Gəncəvinin "Xəmsə" sində öz əksini tapmış obrazlardan yeddi gözəl əllərində içərisində Nizami Gəncəvinin hikmətli sözləri olan açıqçaları qonaqlara təqdim edərək qarşılanmışdır. Öncə ekspozisiya zalında şairin yaradıcılığından ilham alınaraq hazırlanmış nadir əl işləri olan keramika, zərb etmə nümunələri həmçinin Gəncə şəhərində Nizami Gəncəvi ünvanlı abidələrdən ibarət foto sərgiyə baxış keçirilmişdir. Tədbir başlamazdan öncə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin rəsmi hissəsində mövzu ətrafında Siyasi Elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmler Akademiyası Fəlsəfə və sosiologiya institutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq şöbəsinin əməkdaşı Sənan Həsənov, Azərbaycan Milli Elmler Akademiyası A.A.Bakixanov adına Tarix İnstitutu. tarix elmləri doktoru İlham Həsənov,
Azərbaycan Milli Elmler Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, Azərbaycan Milli Elmler Akademiyası
Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə filialının müdiri Gülnarə İsmayılova öz elmi çıxışlarını etmişlər. Tədbirdə "Könüllü teatr" ın yarandığı 4 il müddətində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş və tamaşaçılara təqdim olunmuş səhnələrdən yığılmış videoçarx təqdim edilmişdir. Tədbirin bədii hissəsində Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş klassik musiqilərimizdən İslam Əlizadənin ifasında "Sənsiz", Hüseyn Abdullayevin ifasında "Sevgili canan", həmçinin Fuad Ramazanovun ifasında muğam səsləndirilmiş eyni zamanda İslam Əlizadə və Göygöl Dövlət rəqs ansamblının solisti Aygün Məsimovanın ifasında " Leyli və Məcnun " operasından səhnəsi canlandırılmışdır.
Tədbirdə ölkəmizdə və dünyada Nizami Gəncəvinin parçadan hazırlanmış portreti 14 metr uzunluğunda tamamilə əl işi olan portreti nümayiş etdirilmişdir.
Tədbir sonda "açıq mikrafon" ilə yekunlaşmışdır ki, açıq mikrafonda bütün tədbir iştirakçıları Nizami Gəncəvinin qəzəllərini və beşlikdə olan əsərin hər hansı bir hissəsini səsləndirmişlər.

01.03.2024-cü il tarixində Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində 1 Mart Ümumd...
06/04/2024

01.03.2024-cü il tarixində Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində 1 Mart Ümumdünya Mülki Müdafiə günü " ilə əlaqədar olaraq "Mülki Müdafiə sahəsində innovativ texnologiyalar" mövzusunda seminar keçirilmişdir. Tədbir iştirakçılarına mövzunun əhəmiyyətini əks etdirən videoçarx təqdim edildi. Mövzu haqda geniş və ətraflı danışıldı və seminar diskussiya şəklində davam etdirildi.

07.03.2024-cü il tarixində 8 Mart beynəlxalq qadınlar günü münasibətilə Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samu...
06/04/2024

07.03.2024-cü il tarixində 8 Mart beynəlxalq qadınlar günü münasibətilə Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Samux nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev irsinin təbliğində daim dəstək verən müəssisə təşkilatlar "Təşəkkürnamə" ilə təltif edilmişdir.
Hər birinizi ayrılıqda təbrik edir və dərin təşəkkürümüzü bildiririk.

06/04/2024
04.03.2024-cü il tarixində Samux Rayon İcra Hakimiyyəti, Gənclər və idman sektoru, Yeni Azərbaycan Partiyasının Samux ra...
06/04/2024

04.03.2024-cü il tarixində
Samux Rayon İcra Hakimiyyəti, Gənclər və idman sektoru, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, Təhsil sektoru,Samux rayon Heydər Əliyev Mərkəzinin,Gənclərin Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 04 mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatında “5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibəti ilə konfrans keçirilib.
Konfransda Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, icra hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Gənclər və idman sektorunun müdiri Rasim İmamquliyev, Təhsil sektorunun müdiri Nurlana Həsənova, Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Samux rayon nümayəndəliyinin rəhbəri Alagöz Quliyeva, idmançılar, gənclər, məşqçi-müəllimlər və fiziki tərbiyə müəllimləri iştirak edib. Tədbir vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
“5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibəti ilə keçirilmiş onlayın müsabiqənin iştirakçılarının və il ərzində bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə fərqlənən idmançı, məşqçi-müəllim və fiziki tərbiyə müəllimləri təşkilatçılar tərəfindən mükafatlandırıldı.

27 fevral 2024-cü il tarixdə Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Samux Rayon İcra Hakimiyyətinin və YAP Sam...
06/04/2024

27 fevral 2024-cü il tarixdə Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın 5.2.1-ci bəndinin icrası ilə əlaqədar “Həyat dəyərlidir onu narkotikə qurban vermə” mövzusunda keçirilən maarifləndirici tədbirdə iştirak etmişdir.
Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Polis şöbəsinin Narkotilərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Sərxan Sadıqov, Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Samux rayonu Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, narkotik vasitələrin fəsadları barədə geniş məlumat verdi. Narkomaniyanın qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən Samux rayonunda görülən işlərdən, həyata keçirilən tədbirlərdən narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadlardan ətraflı bəhs etdi.
Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxış edərək bildirdi ki,narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır.
Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev çıxışında Azərbaycan gəncliyinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirərək,gənclər arasında sağlam həyat tərzinin təbliği baxımından belə tədbirlərin əhəmiyyəti xüsusi vurğuladı.
Tədbir çərçivəsində narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası barədə çıxışlar və fikir mübadiləsi aparıldı, gənclərə bu zərərli vərdişdən uzaqlaşmaq üçün dəyərli məsləhətlər verildi.

Samux Heydər Aliyev Mərkəzi

Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları  Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbirdə iştirak ...
06/04/2024

Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbirdə iştirak etmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə tər çiçəklər düzülmüş və bir dəqiqəlik sükutla yad edilmişdir.

Address

Kolayır

Opening Hours

Monday 09:00 - 00:00
Tuesday 00:15 - 00:00
Wednesday 00:15 - 00:00
Thursday 01:30 - 00:00
Friday 00:30 - 00:00

Website

Alerts

Be the first to know and let us send you an email when Samunida posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share