Laçın Simurq Kitabxanası

Laçın Simurq Kitabxanası Laçın rayonu T.Ş.Simurq adına Kitabxananın rəsmi səhifəsi.
(8)

14 fevral — Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə kitab bəxş etmə aksiyası Laçın şəhərində yerləşən Simurq Kitabx...
15/02/2026

14 fevral — Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə kitab bəxş etmə aksiyası Laçın şəhərində yerləşən Simurq Kitabxanasında keçirilib.

Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri yüksək sosial məsuliyyət nümayiş etdirərək müxtəlif mövzularda bədii və maarifləndirici ədəbiyyat nümunələrini könüllü şəkildə kitabxanaya təqdim ediblər. Bağışlanan kitablar kitabxana fondunun zənginləşdirilməsinə, mütaliənin təşviqinə və oxu mədəniyyətinin inkişafına mühüm töhfə verib.

Bu təşəbbüs şagirdlərdə formalaşdırılan vətəndaş məsuliyyətinin, kitaba və biliyə verilən dəyərin bariz nümunəsi kimi dəyərləndirilir.

📚 Əziz izləyicilər!“Mən oxudum, sən də oxu” adlı kitab tövsiyəsi rubrikamız davam edir.Növbəti tövsiyyəmiz Akşin Xəyalın...
30/01/2026

📚 Əziz izləyicilər!

“Mən oxudum, sən də oxu” adlı kitab tövsiyəsi rubrikamız davam edir.

Növbəti tövsiyyəmiz Akşin Xəyalın “Noyabrın payız eşqi” adlı hekayələr kitabıdır.

“Bir də payızı ‘O’nun üçün sevmək var.
Və hamıdan gözəl olanı — payızı sevdiyin halda, bir də payızın sevgisi ilə qarşılaşmış olmaq var.
Bu iki sevgi birləşəndə artıq ‘Payız’ adlı bir eşq yaranır.
Payız qədər narıncı, payız tonları qədər isti…”

Kitabda təkcə sevgi mövzusu deyil, həyatın müxtəlif çalarları, fərqli duyğular və mövzular da oxucuya təqdim olunur.

📚Yazar Kəramət Böyükçöl Laçın Simurq Kitabxanasına öz kitablarını hədiyyə edib. 📚Bu dəyərli töhfə Laçınlı oxucuların müt...
10/01/2026

📚Yazar Kəramət Böyükçöl Laçın Simurq Kitabxanasına öz kitablarını hədiyyə edib. 📚
Bu dəyərli töhfə Laçınlı oxucuların mütaliəsinə, maariflənməsinə və kitab sevgisinin artmasına böyük töhfədir.

Kəramət bəyə kitabxanamız adından səmimi təşəkkürümüzü bildiririk.
Oxucuları Laçın Simurq Kitabxanasına yaxınlaşıb bu dəyərli kitablarla tanış olmağa dəvət edirik.

Doğum gününüz mübarək, cənab Prezident!
24/12/2025

Doğum gününüz mübarək, cənab Prezident!

📚 Hörmətli Bəhram Bağırzadə laçınlı uşaqların oxuyub maariflənməsi üçün Laçın "Simurq" kitabxanasına 100 kitab hədiyyə e...
20/12/2025

📚 Hörmətli Bəhram Bağırzadə laçınlı uşaqların oxuyub maariflənməsi üçün Laçın "Simurq" kitabxanasına 100 kitab hədiyyə etmişdir. Bu dəyərli töhfəyə görə Bəhram bəyə dərin təşəkkürümüzü bildiririk.
✨ Əziz laçınlılar, kitabxanamıza yaxınlaşaraq bu kitabları götürüb, övladlarınızla birlikdə oxuyun. Həmçinin suallara cavab verərək uşaqlarınız üçün Bəhram Bağırzadənin göndərdiyi kitablardan hədiyyə qazana bilərsiniz.
Kitabların Bakıdan Laçına göndərilməsini təşkil etdiyinə görə Qarabağ qazisi, yaxın günlərdə kitabxanamızın qonağı olmuş hörmətli İqbal bəy Səfərova kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.🙏👏

🇦🇿 Heydər Əliyevin Anım GünüBu gün müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmət və eh...
12/12/2025

🇦🇿 Heydər Əliyevin Anım Günü

Bu gün müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Onun müdrikliyi, uzaqgörən siyasəti və xalqa sevgisi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əvəzsiz rolu olub.

Ulu öndərin ideyaları bu gün də yolumuzu işıqlandırır, birlik və güc mənbəyimizə çevrilir.
Allah rəhmət etsin.

Azərbaycan yazıçısı, jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri...
23/11/2025

Azərbaycan yazıçısı, jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Reshad Mecid, Simurq Kitabxanasına dəfələrlə dəyərli kitab hədiyyələri etməklə fondumuzun zənginləşməsinə önəmli töhfə verib.

Kitabsevərlərə yeni dünyalar açan bu davamlı dəstəyə görə ona səmimi təşəkkürümüzü bildiririk.
Hər bir kitab — oxucularımız üçün yeni bir yol, yeni bir kəşfdir. ✨📚

21/11/2025

Bu gün 44 günlük qələbə ilə sona çatan Vətən müharibəsi iştirakçısı, Qarabağ qazisi, ehtiyatda olan zabit İqbal Səfərov ...
19/11/2025

Bu gün 44 günlük qələbə ilə sona çatan Vətən müharibəsi iştirakçısı, Qarabağ qazisi, ehtiyatda olan zabit İqbal Səfərov Laçın Simurq kitabxanasının qonağı oldu. İqbal bəy təvazökarlıq edərək öz döyüş yolu haqqında yox, Qarabağın işğaldan azad edilməsində qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli siyasəti və komandanlığının müstəsna rolundan danışdı. Qəhrəman qazimiz Şərqi Zəngızurda döyüş yolu keçmişdir. Laçına ikinci dəfə gəlməsi onun Vətən, yurd sevgisindən irəli gəlir. Kollektivimiz İqbal bəyə kitabxanamız ilə maraqlandığı və ziyarəti üçün təşəkkür edir.

Address

Lachin

Website

Alerts

Be the first to know and let us send you an email when Laçın Simurq Kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category