03/08/2026
Astaralı güləşçilər ölkələrarası turnirdə iki bürünc medal qazanıblar.
31 iyul-02 avqust tarixlərində Türkiyənin Kocaeli şəhərində keçirilən Hasan Gemici və Qazanfar Bilgenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirində Sərbəst güləş üzrə Azərbaycan Milli komandasının tərkibində astaralı güləşçilər Ramik Heybətov (70 kq) və Musa Ağayev (65 kq) bürünc medal qazanıblar.
İdmançıların şəxsi məşqçiləri Astara Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi müəllimləri "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adını daşıyan Məhərrəm Ağayev və Astara Olimpiya İdman Kompleksinin məşqçisi Nizami Axundovdur.
İdmançılarımızı və məşqçi müəllimləri təbrik edirik.