21/06/2026
📢 Gənclər Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə “Gənclərlə, gənclər üçün” şüarı altında “Səyyar Gənclər Xidməti” yenidən start götürür!
🎯 Layihənin əsas məqsədi gənclər siyasəti sahəsində davamlı maarifləndirmə mühitinin formalaşdırılması, dövlətçilik dəyərlərinin qorunaraq yeni nəsillərə ötürülməsi, həmçinin region gənclərinin sosial və intellektual inkişafını dəstəkləyən fəaliyyətlərin həyata keçirilməsidir.
Builki layihə çərçivəsində gənclərin dövlət qurumları və özəl sektorun nümayəndələri ilə görüşlər, gənclərə vətənpərvərlik ruhunun aşılanması, onların yaradıcılıq potensialının inkişafı, rəqəmsal bacarıqların artırılması, şəhərsalma və sağlam həyat tərzi üzrə məlumatlılığının gücləndirilməsi, təhsil və karyera imkanlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif təlim və interaktiv yarışların təşkili nəzərdə tutulur. ✨
ℹ️ Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin cari ilin iyun ayından başlayaraq ölkənin 20 inzibati ərazi vahidində, xüsusilə ucqar kəndlərdə yaşayan 8 mindən artıq gənci əhatə etməsi planlaşdırılır.