Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatı

Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatı Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!

https://sesqazeti.az/news/politics/1354262.html
13/08/2026

https://sesqazeti.az/news/politics/1354262.html

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

https://sesqazeti.az/news/politics/1354263.html
13/08/2026

https://sesqazeti.az/news/politics/1354263.html

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

https://sesqazeti.az/news/politics/1354252.html
13/08/2026

https://sesqazeti.az/news/politics/1354252.html

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

YAP Lənkəran rayon təşkilatında yeni üzvlərlə görüş keçirilib: “YAP üzvü olmaq həm məsuliyyət, həm də fəal vətəndaşlıq m...
05/08/2026

YAP Lənkəran rayon təşkilatında yeni üzvlərlə görüş keçirilib:
“YAP üzvü olmaq həm məsuliyyət, həm də fəal vətəndaşlıq mövqeyidir”

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının inzibati binasında yeni qəbul olunmuş partiya üzvlərinin bacarıqlarının müəyyənləşdirilməsi, maraq dairələrinin aşkarlanması və ideoloji maarifləndirilməsi məqsədilə “YAP üzvü olmaq həm məsuliyyət, həm də fəal vətəndaşlıq mövqeyidir” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, müasir müstəqil Azərbaycan Dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev iştirakçıları salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və Azərbaycanın dövlətçilik salnaməsində oynadığı misilsiz roldan ətraflı bəhs edib.
“Yeni Azərbaycan Partiyası ölkəmizin ağır, taleyüklü günlərində xalqın yekdil arzusu və tələbi ilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında təsis olunub. Ötən illər ərzində YAP yalnız bir siyasi təşkilat kimi deyil, ümumxalq partiyası kimi formalaşaraq dövlətimizin inkişafı, sabitliyi və qüdrətlənməsində mühüm tarixi missiyanı uğurla yerinə yetirib. Bu gün Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə YAP böyük zəfərlərə, möhtəşəm uğurlara imza atan, gələcəyə inamla irəliləyən bir güc mərkəzidir,” — deyə İqbal Əmənullayev vurğulayıb. Sədr bildirib ki, YAP sıralarına daxil olmaq sadəcə bir siyasi mənsubiyyət deyil, eyni zamanda müstəqil dövlətimizin tərəqqisinə töhfə vermək, ümummilli mənafelər uğrunda fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmək deməkdir.
Tədbirdə çıxış edən Viyən kənd ərazi partiya təşkilatının sədri Fəxri Hüseynov yeni qəbul olunan üzvləri səmimiyyətlə təbrik edib. O, öz zəngin təcrübəsindən bölüşərək, rayon təşkilatının fəaliyyətinin gənclərin daxili potensialının üzə çıxarılmasında, onların bir şəxsiyyət və fəal vətəndaş kimi formalaşmasında oynadığı mühüm rolu qeyd edib və gənclərə dəyərli tövsiyələrini verib.
Partiya sıralarına yeni qoşulan gənclərdən Şovu kənd tam orta məktəbinin müəllimi Sevər Bayramova və LDU nəzdində Sosil və Aqrar-Texnoloji Kollecin tələbəsi Elvina Həsənli çıxış edərək Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, ölkə rəhbərinin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasının üzvü adını şərəflə daşıyacaqlarını və bundan böyük qürur duyduqlarını ifadə ediblər.
Tədbirin yekununda təntənəli təqdimat mərasimi keçirilib. YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və ƏPT sədrləri partiyaya yeni qəbul olunan gənclərə üzvlük vəsiqələrini təqdim ediblər. Ərazi partiya təşkilatları sədrlərindən Viyən kənd ƏPT sədri Hüseynov Fəxri, Kosalar kənd ƏPT sədri Abdullayev Kamran və Şovu kənd tam orta məktəbinin direktoru Bayramova Könül, partiya fəalı Qasımova Türkan partiyanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunublar.
Sonda İqbal Əmənullayev bir daha yeni üzvlərə partiya fəaliyyətində uğurlar arzulayaraq, onlara gələcək işlərində məsuliyyətli, təşəbbüskar və Vətənə layiq fərdlər olmalarını tövsiyə edib.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

https://sesqazeti.az/news/politics/1353127.html

https://xeber24.online/2026/08/05/yap-l%C9%99nk%C9%99ran-rayon-t%C9%99skilatinda-yeni-uzvl%C9%99rl%C9%99-gorus-kecirilib/?fbclid=IwY2xjawThAmxwZG9mBWV4dG4DYWVtAjExAGJyaWQRMTdpb0g3ZkIxWHZLRlE5ZDRzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEe67227W_FVNGk1CvYgQgyfJJkb0IzWFrOvG_nRCXRC4CmMa9kr79n6UIlAcU_aem_Xn0f2Bjj6FZ9OiqRS4HqFw

https://sesqazeti.az/news/politics/1352700.html
03/08/2026

https://sesqazeti.az/news/politics/1352700.html

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

https://sesqazeti.az/news/politics/1352339.html
01/08/2026

https://sesqazeti.az/news/politics/1352339.html

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Yeni Azərbaycan Partiyasının Lənkəran və Salyan rayon təşkilatlarının birgə təşəbbüsü ilə görüş keçirilib29 iyul 2026-cı...
30/07/2026

Yeni Azərbaycan Partiyasının Lənkəran və Salyan rayon təşkilatlarının birgə təşəbbüsü ilə görüş keçirilib

29 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran və Salyan rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Gənc fəallar arasında operativ məlumat mübadiləsi və peşəkar əlaqələrin qurulması” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hər iki rayon təşkilatlarının əməkdaşları və fəalları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Lənkəran şəhər Heydər Əliyev Mərkəzini, General Həzi Aslanovun Ev-Muzeyini, Tarix-Diyarşünaslıq Muzeyini (Xan Evi), "Dairəvi Qala"nı və şəhərin digər tarixi-memarlıq abidələrini ziyarət edərək Lənkəranın zəngin memarlıq irsi, şəhərsalma ənənələri və tarixi-mədəni irsi ilə yaxından tanış olublar. Həmçinin, onlar Xanbulan gölü ətrafındakı istirahət məkanlarında və Hirkan Milli Parkında olublar.
Daha sonra tədbir YAP Lənkəran rayon təşkilatında davam etdirilib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, rəqəmsal platformaların və sosial media alətlərinin əhatə dairəsinin genişləndiyi müasir dövrdə milli informasiya resurslarının potensialının artırılması və qlobal informasiya məkanında mövqelərin daha da möhkəmləndirilməsi mühüm vəzifələrdəndir. O qeyd edib ki, partiya təşkilatları arasında təcrübə mübadiləsi bilik və bacarıqların paylaşılması, əməkdaşlığın inkişafı və gənclərin təşkilati fəaliyyətə daha fəal cəlb olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Təşkilat sədri həmçinin, vurğulayıb ki, ölkədə elan olunmuş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilən belə tədbirlər gənclərin milli memarlıq irsi, müasir şəhərsalma prinsipləri və şəhər mühitinin qorunmasına məsuliyyətli yanaşma ruhunda maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək bildirib ki, belə görüşlər iş prosesinin daha operativ və səmərəli təşkilinə, peşəkar əlaqələrin genişlənməsinə, yeni yanaşmaların və müasir iş metodlarının öyrənilməsinə mühüm töhfə verir. O qeyd edib ki, son illər media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun qurulması və cəmiyyətimizi narahat edən mənfi halların aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə olunub. Elmar Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ölkəmizdə müasir şəhərsalma siyasətinin, memarlıq irsinin qorunmasının və yaşayış məntəqələrinin davamlı inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bir daha nümayiş etdirir. Bu baxımdan belə tədbirlər müxtəlif rayon təşkilatları arasında əməkdaşlığın genişlənməsinə, müasir yanaşmaların və müsbət təcrübələrin paylaşılmasına da töhfə verir.
Sonra YAP Lənkəran və Salyan rayon təşkilatlarının əməkdaşları və fəalları çıxış edərək belə tədbirlərin qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsi, işgüzar əlaqələrin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, bu cür görüşlər gənclərin həm peşəkar, həm də şəxsi inkişafına töhfə verir, yeni bilik və bacarıqların əldə olunmasına, fərqli baxış bucaqları ilə tanış olmağa və gələcək birgə fəaliyyət üçün möhkəm əlaqələrin qurulmasına əlverişli şərait yaradır.
Tədbirin sonunda YAP Lənkəran rayon təşkilatının qonağı olan Salyan rayon təşkilatının rəhbərliyi və əməkdaşları çay süfrəsi arxasında Lənkəran rayon təşkilatının rəhbərliyi ilə bir araya gələrək səmimi fikir mübadiləsi aparıblar. Görüş zamanı partiya fəaliyyətinin müxtəlif istiqamətləri, təşkilati işin təkmilləşdirilməsi, gənclərlə işin daha da gücləndirilməsi, partiyanın strateji hədəfləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.
Sonda YAP salyan rayon təşkilatının nümayəndə heyəti göstərilən yüksək qonaqpərvərliyə və səmimi qarşılanmaya görə YAP Lənkəran rayon təşkilatına təşəkkürünü bildirib, bu cür birgə tədbirlərin qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından davamlı xarakter daşımasının vacibliyini vurğulayıb.

https://yap.org.az/az/view/news/107127/yap-lenkeran-ve-salyan-rayon-teshkilatlarinin-birge-teshkilatchiligi-ile-tedbir-kechirilib

https://sesqazeti.az/news/politics/1351788.html
30/07/2026

https://sesqazeti.az/news/politics/1351788.html

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Address

Lankaran
4200

Telephone

+994556517779

Alerts

Be the first to know and let us send you an email when Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatı:

Shortcuts

Share