"tor" art-kafe öz çoxyönlü konseptual fəaliyyəti və gözoxşayan arxitekturası ilə Lənkəran şəhərinə yeni urbanistik nəfəs verməyi hədəflənmiş bir məkandır.
02/02/2024
"O biri otaq"-da ödənişsiz film günlərimiz davam edir. Bu dəfə də sizi W***y Wonkanın məşhur şokolad fabrikinə və sehrli dünyasına daxil olmaq üçün Wonka(2023) filmini izləməyə dəvət edirik✨
Hamınızı "O biri otaq"-da gözləyirik! 🤗
Əlavə olaraq: Popkorn + qazlı içki - 2 azn
18/01/2024
21 yanvar saat 12:00-da Rəvanə Əliyeva ilə birlikdə "Uşaqların məktəbdə davranış qaydaları" haqqında danışacağıq.
Müəllimlər və valideynlər hər biriniz dəvətlisiniz.🤓
Qeydiyyat üçün: 050 531 92 94
07/01/2024
Əziz icma üzvləri, TOR və “O biri otaq” sosial platforması sizi Lənkərançay hövzəsində təşəbbüs qrupunun yaradılması mövzusunda təlimlərə dəvət edir.
Təlimlər Coğrafiya fəlsəfə doktoru, Rövşən Abbasovun kurasiyası ilə 13 - 14 yanvar 2024-cü il tarixlərində həyata keçiriləcək. İştirakçılar təlim zamanı Lənkərançay hövzəsində mövcud çirklənmənin səbəbləri, gələcək fəsadları və həll yolları barədə biliklərini artıra və təlim sonrası yaradılacaq işçi qrupuna qoşula bilərlər. Əgər siz də Lənkərançay hövzəsində çirklənmə mənbələrinin inventarlaşdırılması, həmçinin bərk tullantıların azaldılması və idarə olunması üçün fəaliyyət planının hazırlanmasında iştirak edərək icmaya töhfə verməkdə maraqlısınızsa, o zaman qeydiyyatdan keçərək təlimlərə qatıla bilərsiniz.
İştirak üçün səhifənin biosunda yerləşdirdilən linkdəki sorğunu doldurmağınız gərəklidir.
Sorğu üçün son tarix 11 yanvar 2024-cü il
20/12/2023
Bu həftə sonu Sevinc Lətifova ilə birlikdə toksik münasibətlər haqda danışacağıq. 🤓
Bizə qoşulmaq üçün əlaqə nömrəmizə yaz, qeydiyyatdan keç.
Əlaqə nömrəsi: 050 531 92 94
19/12/2023
Gənc və istedadlı alternativ, r&b və caz ifaçılarından olan 29 dekabr saat 19:00-da live solo konserti ilə -da çıxış edəcək. Hamınızı orada görməyə və -in ruh oxşayan və sehrli ifasını dinləməyə səbirsizlənirik ✨
Giriş(+ içki) - 10 AZN
Ön qeydiyyat və əlavə məlumat üçün: +994 50 531 92 94
Ünvan: Lənkəran şəh., Qala xiyabanı, H.Aslanov küç 13, "Tor" coffee shop
13/11/2023
Dostlar, qaldığımız yerdən davam edirik!
4100 AZN ianəmizin artıq 1400 manatını toplamışıq və geriyə 2700 AZN qalıb. Proyektimizlə daha ətraflı aşağıdakı məlumatlarda tanış ola və ianə edə bilərsiniz.
Bu qış lap sehrli olacaq! Artıq bir neçə ildir ki, yeni ili kəndlərdə balaca dostlarmızla birgə qeyd edirik. Ənənəmizə sadiq qalaraq bu il də sözün əsl mənasında qarlı dağlar aşaraq hədiyyələr və iki günlük “Sehrli qış” proyektimizlə dostlarımızın görüşünə gedəcəyik. Budəfəki istiqamətimiz Lerikin Monidigah kəndidir. Kənd dəniz səviyyəsindən 1297 metr yüksəklikdə yerləşir. Ümumilikdə kənddə 61 uşaq var. Biz bu qış üçün onlara isti geyim və kitab hədiyyə etməyi planlayırıq. Bundan başqa onlarla birlikdə şəkil çəkib, kitab oxuyub, film izləyəcəyik. Bütün bunları etməyimiz üçün 4100 AZN ianəyə ehtiyyacımız var. Əgər sizin də bu uşaqların sevincində payınız olmağını istəyirsinizsə aşağıdakı kart vasitəsi ilə bizə ianə edə bilərsiniz.
4098584465430310
Xaricdə yaşayıb ianə etmək istəyən dostlar zəhmət olmasa bizimlə mesaj bölməsindən əlaqə saxlayın. İanə etdikdən sonra ödəniş qəbzini bizimlə paylaşmağınız arzuolunandır. Proyekt bitdikdən sonra detallı hesabat paylaşılacaq. Poster üzərindəki şəkil keçənilki Alazəpin proyektimizdəndir.
12/11/2023
Hər kəsə salam. Mən Yaqub Zeynalzadə, evimi restorana çevirmişəm və bu təcrübəmi sizinlə bölüşmək istəyirəm.
Biz gəncləri və yerli qida istehsalçılarını öz layihələrimizə cəlb edərək ənənələri qorumağa və faydalı olmağa çalışırıq.
18 noyabr 14:00-da olacaq infosessiyaya hər biriniz dəvətlisiniz.
Qeydiyyat üçün: 050 531 92 92
İştirak ödənişsizdir
11/11/2023
Ədəbiyyat söhbətləri 19 noyabr qaldığı yerdən davam edir. Budəfəki qonağımız Həmid Piriyevdir.
Tərcümənin dünyadakı və Azərbaycandakı tarixindən, tərcümənin hansı proseslərdən keçdiyindən, müasir tərcümənin problemlərindən danışacağıq.
Həmid Piriyev 2011-ci ildən etibarən tərcüməçiliklə məşğuldur. Həmçinin onun "Balaca delfinin macəraları" və "Şanapipik haqqında mahnı" adlı kitabları da var.
Qeydiyyat üçün: 050 531 92 94
İştirak ödənişsizdir.
02/11/2023
Bu qış lap sehrli olacaq!
Artıq bir neçə ildir ki, yeni ili kəndlərdə balaca dostlarmızla birgə qeyd edirik. Ənənəmizə sadiq qalaraq bu il də sözün əsl mənasında qarlı dağlar aşaraq hədiyyələr və iki günlük “Sehrli qış” proyektimizlə dostlarımızın görüşünə gedəcəyik.
Budəfəki istiqamətimiz Lerikin Monidigah kəndidir. Kənd dəniz səviyyəsindən 1297 metr yüksəklikdə yerləşir. Ümumilikdə kənddə 61 uşaq var. Biz bu qış üçün onlara isti geyim və kitab hədiyyə etməyi planlayırıq. Bundan başqa onlarla birlikdə şəkil çəkib, kitab oxuyub, film izləyəcəyik.
Bütün bunları etməyimiz üçün 4100 AZN ianəyə ehtiyyacımız var. Əgər sizin də bu uşaqların sevincində payınız olmağını istəyirsinizsə aşağıdakı kart vasitəsi ilə bizə ianə edə bilərsiniz.
4098584465430310
Xaricdə yaşayıb ianə etmək istəyən dostlar zəhmət olmasa bizimlə mesaj bölməsindən əlaqə saxlayın.
İanə etdikdən sonra ödəniş qəbzini bizimlə paylaşmağınız arzuolunandır. Proyekt bitdikdən sonra detallı hesabat paylaşılacaq.
Poster üzərindəki şəkil keçənilki Alazəpin proyektimizdəndir.
01/11/2023
“O biri otaq” sosial platformasının avqust və sentyabr aylarında “İcma İştirakı üçün Təşəbbüs Qruplarının dəstəklənməsi” layihəsi çərçivəsində "Təhsildə ictimai qınaq və mental sağlamlıq" mövzusunda təşkil etdiyi təlimlər uğurla başa çatdı. Təlim zamanı iştirakçılar regionda yayılmış gender stereotipləri, bullinq və zorakılıq kimi mövzular haqqında biliklərini artırıb və mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə ediblər. Təlimlər gender üzrə mütəxəssis və Gender Hub Azərbaycan təşkilatının həmtəsisçisi Məryəm Məcidova tərəfindən həyata keçirilib. Bu layihə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf agentliyi (USAID) və Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (BST) maliyyə dəstəyi ilə həyata keçirilir.
29/10/2023
da intellektual oyunlar davam edir. 🥳
Tarix: 05.11.2023
Saat: 14:00
Giriş: 3 azn
Bu bazar sizi obiriotaqda keçiriləcək Nə? Harada? Nə zaman? tipli "Comeback" adlı intellektual oyuna dəvət edirik.🧠
Hər komandada minimum 3 nəfər olmalıdır. Komandası olmayan şəxslər tək gəlib komanda yarada bilər.
Əlaqə üçün: 050-531-92-94
Moderator: Aslanzadə Xanımqız
24/10/2023
Bu şənbə da baş tutacaq "Conversation Club" a hərkəs dəvətlidir.
İngilis dilinizi təkmilləşdirməyə,maraqlı söhbətlər etməyə və birlikdə öyrənməyə tələsin.
Be the first to know and let us send you an email when O biri otaq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
"tor" müasir kitabxana və mediateka öz çoxyönlü konseptual fəaliyyəti və gözoxşayan arxitekturası ilə Lənkəran şəhərinə yeni urbanistik nəfəs verməyi hədəflənmiş bir məkandır.
Müxtəlif fəaliyyət növləri ilə məşğul olan insanlar burada həm işləmək, həm istirahət, həm də əylənmək üçün bir araya gələcəklər.
Musiqi, kino, ədəbiyyat, sağlam həyat tərzinə yönəlmiş tədbirlər fəaliyyətimizin əsas prioritetidir və intensiv olaraq həyata keçiriləcək, hətta, artıq keçirilir də, deyə bilərik.
"tor" sosial biznes layihəsi olduğundan əldə olunan gəlirlərin bir qismi sosial layihələrin maaliyələşdirilməsinə, icmanın inkişafına dəstək olaraq yönləndiriləcək.
Təbii ki, bütün bu gözoxşayan fəaliyyətləri cana gətirmək üçün bizə enerji lazımdır. Onu da "tor"un sağlam meyusundan əldə edəcəyik. Axı yuxarıdakı bütün o yaxşı işləri görməklə yanaşı, biz həm də kafeyik 😉