SARUS Azerbaijan

SARUS Azerbaijan Search and Rescue

Ötən gün “İlk Təmas” təlim proqramını uğurla tamamlayan iştirakçılar üçün sertifikat təqdimetmə mərasimi baş tutub. Təli...
19/01/2026

Ötən gün “İlk Təmas” təlim proqramını uğurla tamamlayan iştirakçılar üçün sertifikat təqdimetmə mərasimi baş tutub. Təlim müddətində gənclər humanitar fəaliyyətlər zamanı ilkin tibbi yardım, ilkin psixoloji dəstək, zərərçəkmişlərlə ilk təmas, təhlükəsiz davranış, risklərin azaldılması, komanda işi və qərarvermə bacarıqları üzrə nəzəri biliklər və praktiki təcrübə qazanıblar.

Sertifikat mərasimi bu intensiv və məsuliyyətli prosesin rəmzi yekunu olmaqla yanaşı, iştirakçıların humanitar sahədə daha hazırlıqlı və məsuliyyətli fəaliyyətə hazır olduqlarını təmsil edir.

Təlimin həyata keçirilməsində dəstək göstərən hər kəsə təşəkkürlərimizi bildiririk.

az


“İlk Təmas” təliminin ikinci günü“İlk Təmas” – gənc humanitarlar üçün təlim proqramının ikinci günü ekstremal hallarda i...
27/12/2025

“İlk Təmas” təliminin ikinci günü

“İlk Təmas” – gənc humanitarlar üçün təlim proqramının ikinci günü ekstremal hallarda ilk yardım və hadisə zamanı atılacaq ilkin addımlar mövzusuna həsr olundu. Təlim zamanı iştirakçılar zərərçəkənə təhlükəsiz yaxınlaşma, triaj (prioritetləndirmə), risklərin qiymətləndirilməsi və operativ qərarvermə üzrə praktik yanaşmalarla tanış oldular.

Təlim SARUS Azerbaijan Təlim-Tədris üzrə İdarə Heyətinin üzvü, XTQ-nin ehtiyatda olan mayoru İlkin Ağazadə tərəfindən həyata keçirildi və real təcrübəyə əsaslanan nümunələrlə zəngin oldu.

Təlimin üçüncü günündə isə nəzəri və praktiki şəkildə öyrənilən biliklərin simulasiya və real ssenarilər əsasında tətbiqi həyata keçiriləcək.

Address

Lerik

Website

Alerts

Be the first to know and let us send you an email when SARUS Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share