Lerik Rayon İcra Hakimiyyəti

Lerik Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti

Lerikdə təhsil işçilərinin konfransı keçirilib2026-cı il avqustun 31-də Lerik Rayon Mədəniyyət Mərkəzində rayonun təhsil...
31/08/2026

Lerikdə təhsil işçilərinin konfransı keçirilib

2026-cı il avqustun 31-də Lerik Rayon Mədəniyyət Mərkəzində rayonun təhsil işçilərinin konfransı keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti edib, abidənin önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Lerik Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Təhsil sahəsində görülən işlərdən söhbət açaraq müəllim və təhsil işçilərinin fəaliyyətini yüksək qiymətləndirib.
Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında ötən tədris ilinin nəticələrini qeyd edib, tədrisin keyfiyyətinin artırılması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Daha sonra Lənkəran–Astara Regional Təhsil İdarəsinin məsləhətçisi Hicran İbrahimov 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabat təqdim edib. Hesabatda rayonun ümumi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti, imtahanların nəticələri, əvvəlki illərlə müqayisəli göstəricilər, əldə olunan nailiyyətlər, eləcə də mövcud çətinliklər və onların səbəbləri təhlil edilib.
Konfransda yeni tədris ilində nəticələrin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, şagirdlərlə məqsədyönlü işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəb idarəetməsinin təkmilləşdirilməsi əsas fəaliyyət istiqamətləri kimi diqqətə çatdırılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçirilib2026-cı il avqustun 31-d...
31/08/2026

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçirilib

2026-cı il avqustun 31-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçirib. Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak edib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanmış gəncləri yüksək nəticələrə görə təbrik edərək bildirib ki, rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. Bu il rayon üzrə ali təhsil müəssisələrinə qəbul olanların sayı 150 nəfərdir. Bu da ötən ilin göstəricisinə nisbətən 6 nəfər çoxdur. Ali məktəblərə qəbul olanların 50 nəfəri qızlardır. 25 nəfər məzun 500-dən yuxarı, o cümlədən 6 nəfər 600-dən yuxarı bal toplamışdır. Ötən tədris ilində rayon üzrə 1 nəfər şagird respublika fənn olimpiadasında bürünc medal qazanaraq qalib olmuşdur. Sevindirici haldır ki, yüksək bal toplayanların sayı ildən-ilə artır və onlar respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmişdir. Prezident cənab İlham Əliyev də Ulu Öndərin ənənələrinə sadiq qalaraq təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirir, ölkəmizdə təhsil islahatları uğurla davam etdirilir. Hər il ali təhsil müəssisələrinə qəbul planının, xüsusilə də dövlət sifarişli yerlərin nisbətən artırılması gənclərin ali təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitin bariz nümunəsidir.
Dövlətin xüsusi diqqət və qayğısı nəticəsində son illər rayonumuzda onlarla yeni məktəb binası tikilmiş, bir çox məktəb binaları əsaslı təmir olunmuşdur. Hazırda bir sıra məktəblər üçün yeni binaların tikintisi davam etdirilir.
Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək gənclərin intellektual inkişafına, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, ali məktəblərə daxil olan gənclərə uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Görüşdə “ADA” Universitetinin tələbəsi Məsumə Siyabova, Azərbaycan Tibb Universitetinin tələbəsi Əsmər Miriyeva, Qarabağ Universitetinin tələbələri Ramilə Miriyeva və Hökumə Musayeva, Bakı Mühəndislik Universitetinin tələbəsi Cavanşir Qurbanzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Yusif İmanov və Gülay Əmirzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Qafar Qurbanov, respublika fənn olimpiadasının bürünc mükafatçısı Ünal Sucalı və digərləri çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə, tələbələrlə görüşün keçirilməsinə görə rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qəbul imtahanlarında yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş gənclərə təşəkkürnamələr və hədiyyələr təqdim edilib.

Lerikdə qanvermə aksiyası keçirilib14 avqust 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və “Lerik Rayo...
14/08/2026

Lerikdə qanvermə aksiyası keçirilib

14 avqust 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təşkilatçılığı ilə Lerik Rayon Mərkəzi Xəstəxanasında könülü qanvermə aksiyası keçirilib.
Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, aparatın məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri böyük coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulmuşlar.
Aksiyada 150 nəfərə yaxın rayon sakini iştirak edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” publik hüquqi şəxsin Lənkəran regional bölməsinin ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanır və tam sağlam olan 51 nəfər vətəndaşdan qan götürülüb. Yığılan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaqdır.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könülü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Orand və Nuravud kəndlərində növbəti səyyar qəbulunu keçiribRayo...
12/08/2026

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Orand və Nuravud kəndlərində növbəti səyyar qəbulunu keçirib

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 12 avqust 2026-cı il tarixində Orand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Orand və Nuravud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nuravud, Köhnə Orand, Sorsçay və Zərdəbərə kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.
İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Region...
11/08/2026

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edib.

https://president.az/az/articles/view/73252

Prezident İlham Əliyev Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yeni...
11/08/2026

Prezident İlham Əliyev Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub.

https://president.az/az/articles/view/73251

Ədliyyə naziri Fərid Əhmədov 7 avqust tarixində Lerik rayonunda vətəndaş qəbulu keçiribMərkəzi icra hakimiyyəti orqanlar...
07/08/2026

Ədliyyə naziri Fərid Əhmədov 7 avqust tarixində Lerik rayonunda vətəndaş qəbulu keçirib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ədliyyə naziri Fərid Əhmədov 7 avqust tarixində Lerik rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ədliyyə naziri Fərid Əhmədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Lerik rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Qəbulda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarından ümumilikdə 152 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Nüvədi və Soru kəndlərində səyyar görüş-qəbul keçirilibRayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 05 avqust 2026-cı...
05/08/2026

Nüvədi və Soru kəndlərində səyyar görüş-qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 05 avqust 2026-cı il tarixində Nüvədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nüvədi, Brkandul, 40-cı kilometr, Rəzəvül, Vistən kəndlərinin və Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Soru, Əliabad, Gürdəsər və Camaşəir kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.
Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər rayon icra hakimiyyətinin başçısı tərəfindən dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Lerik Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı iclası keçirilib04 avqust 2026-cı il tarixdə Lerik Rayon Ağsaq...
04/08/2026

Lerik Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı iclası keçirilib

04 avqust 2026-cı il tarixdə Lerik Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini Abel Məhərrəmovu və tədbir iştirakçılarını salamlayaraq milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyalarından və regionların inkişafına ayrılan diqqətdən geniş söhbət açıb.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.
Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov, şəhid atası Hüseynverdi Rəhmətov və başqaları çıxış ediblər.
Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından konfrans iştirakçılarını salamlayıb, növbəti dəfə rayonun ağsaqqalları, ziyalıları ilə görüşməkdən böyük məmnunluq hissi duyduğunu bildirib. Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayından, ölkə başçısı cənab İlham Əliyevin Qurultay iştirakçılarına ünvanladığı müraciətdən və bu müraciətdə ağsaqqallara verdiyi yüksək dəyərdən söz açıb.
Sonda konfransda rayon Ağsaqqallar Şurası İdarə Heyətinin yeni tərkibi, Ağsaqqallar Şurasının və təftiş komissiyasının sədrləri səsvermə ilə seçiliblər.

Address

Lerik Rayon Heydər Əliyev Meydanı 1
Lerik
4300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994252746033

Alerts

Be the first to know and let us send you an email when Lerik Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lerik Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share