29/07/2026
Lerik rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasova, Vətən muharibəsi qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş Lerik bələdiyyələri arasında keçirilən futbol turnirinin xatirəsi olaraq, Lerik bələdiyyəsinin "Qartal" komandasının xüsusi forması hədiyyə olaraq təqdim olunub.
Rayon rəhbərinə bu əlamətdar hədiyyəni Lerik Bələdiyyələrinin Əlaqələndirmə şurasının sədri Ceyhun Zahidov təqdim edib.
Təqdim olunan xüsusi formanın üzərində Lerik rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasovun soyadı həkk olunub.
Lerik bələdiyyələri arasında keçirilən futbol turnirinin uğurla baş tutması və rayonda idmanın inkişafına göstərdiyi dəstəyə görə Lerik rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasova dərin təşəkkürümüzü bildiririk.